Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kəlbəcərdə Tunel qətliamı

Kəlbəcərdə Tunel qətliamı

Bakı, 31 mart, AZƏRTAC

Birinci Qarabağ müharibəsində işğal edilən rayonlardan biri olan Kəlbəcərin əhalisi ermənilər tərəfindən ağır məhrumiyyətlərə düçar edilmişdi. Uzun müddət müqavimət göstərilməsinə baxmayaraq, böyük güclərə arxalanan Ermənistan Kəlbəcər rayonunu işğal etmək üçün hərbi əməliyyatlara başladı. 1993-cü ilin mart ayının sonu və aprelin əvvəli Azərbaycanın Kəlbəcər rayonu tarixində ən ağır faciələrindən birini yaşadı. Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində rayon mühasirəyə düşdü, on minlərlə mülki sakin həyati təhlükə qarşısında qalaraq doğma yurdlarını tərk etməyə məcbur oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayevin “1993-cü il 31 mart - Kəlbəcərdə Tunel qətliamı” adlı məqaləsində yer alıb.

Məqalədə, həmçinin bildirilib:

- Ermənilər 1993-cü il martın 27-də bir neçə istiqamətdən Kəlbəcərə hücuma keçdilər. Hücum əməliyyatları Ermənistanın Göyçə mahalı istiqamətindən, Ağdərə-Kəlbəcər yolu, Qozlu Körpü-Çərəktar-Tunel istiqamətində həyata keçirilirdi. Eyni zamanda, Ağdərə-Murov dağ istiqamətindən Kəlbəcərin Yanşaq kəndinə doğru əlavə hücum xətti açılmışdı. Eləcə də, Laçın istiqamətindən hücuma keçən ermənilərin və müxtəlif hərbi birləşmələrin davamlı hücumu bir-birindən uzaq məsafədə yerləşən dağ kəndlərində vəziyyəti daha da ağırlaşdırmışdı. Kəlbəcər əhalisinin rayondan çıxması üçün yalnız bir yol var idi. O da həmin dövr üçün çətin, dağlıq ərazini əhatə edən Murov zirvəsindən keçən yol idi. Həmin dövrdə rayonun müdafiəsi çox zəif təşkil olunmuşdu. Görünür, ciddi hərbi mütəxəssislərin hesablamalarına ya diqqət edilməmiş, yaxud səhlənkarlıq olmuşdu. Azərbaycan Ordusuna məxsus hərbi texnikalar Laçın istiqamətinə cəmləşdirilmişdi. Laçının böyük hissəsi də işğalda olduğundan Ağdərə-Laçın istiqamətindən hücuma keçən ermənilər Laçında olan hərbi hissələri mühasirəyə saldılar. Bu zaman Azərbaycan əsgərləri texnikaları oradan çıxara bilmədilər. Məcburiyyət qarşısında qalan ordu texnikaları orada saxlayıb, çətinliklə dağ yolları ilə mühasirəni yarıb keçdi. Kəlbəcərin müdafiəsi və əhalinin çıxarılması rayonda yerləşən polis işçilərinin və könüllü batalyonun imkanları daxilində idi. 60 mindən yuxarı əhalisi olan Kəlbəcəri belə vəziyyətdə xilas etmək həqiqətən çox çətin idi. Martın 27-dən hücuma keçən ermənilər martın 31-də artıq bir neçə istiqamətdə böyük təhlükə yaradırdılar. Kəlbəcər rayonunda elə dağ kəndləri var ki, orada insanlar həm hadisədən çox gec xəbər tutmuşdular, həm də rayonun belə qısa müddətdə işğalını təsəvvür etməzdilər. Bəzi yerlərdə insanlar kəndi tərk etmək istəmir və ov silahı ilə olsa da, döyüşmək istəyirdilər. Belə bir vəziyyət əhalinin evakuasiyasını çətinləşdirir, digər tərəfdən fikir ayrılığı yaradırdı. Kəlbəcərin 30-dan yuxarı kəndi var ki, orada sakinlər ərazini tərk edən zaman gəlib bu tuneldən keçməli idilər. Bütün bunlar Ermənistan hərbi qüvvələri tərəfindən nəzərə alınmışdı. Buna görə də tuneldə pusqu quraraq insanlara qarşı qətliam törətmək planlaşdırılmışdı. Orada mühasirəyə düşərək məhv edilən və əsir götürülən insanlar haqqında orada olmuş, o faciələrin şahidi olmuş şəxslərin söylədikləri faktlara əsasən təhlil edərək şərh vermək olar.

Martın 31-də Çobangərəkməz kənd sakini Nizami Davudoğlunun “KamAZ” markalı maşınında olan Çormanlı kənd sakini Qara kişinin ailəsi orada əsir götürülür. Sonradan o ailədən əsirlikdən azad edilənlər oldu. Lakin əksəriyyətindən hələ də xəbər yoxdur. Kəlbəcərin Zağalar kəndindən Şamama adında bir qadın orada ağır yaralandı. Ağcakənddən olan başqa bir qadın ağır yaralandı. Tuneli keçmək istəyən Xallanlı kəndindən Qafar adlı kişinin əsir götürülərək güllələnməsi haqqında məlumatlar var. Orada şəhid olmuş Qafar kişinin cəsədi uzun illərdən sonra bu yaxınlarda tapılaraq Kəlbəcərdə dəfn edildi. Tuneldə əsir götürülən və sonradan əsirlikdən azad olunan Nəsibə Quliyevanın danışdıqları insanı dəhşətə gətirir. Nəsibə Quliyeva qeyd edir ki, 6 güllə yarası alıb və qardaşları da ağır yaralanıb. Onları işgəncə altında Ağdərənin Vəng kəndinə gətirirlər. Nəsibə xanım deyir: “Su istəyirdik, vermirdilər. Yadımdadır ki, bizi gölə atmaq istəyirdilər”. Bundan başqa 3 il 2 ay əsirlikdə olan Bəşir Qarayevin söylədikləri daha tükürpərdicidir. O qeyd edir: “Biz “KamAZ” maşınında gedərkən tuneli keçən zaman pusquya düşdük və ermənilər maşını qranatomyotla vurdular. Maşında təxminən 50 nəfərə yaxın Kəlbəcər sakini var idi. “KamAZ”da olan insanların əksəriyyəti güllələndi, mən cəsədlərin arasında gizlənsəm də, “KamAZ” yandırılan zaman məcbur olub ayağa qalxdım və yaralı olaraq əsir götürüldüm”. Ermənilər onun əllərini arxadan məftillə bağlayaraq digər sağ qalmış yaralılarla birlikdə Ağdərə rayonunun “Heyvalı” kəndinə gətirirlər. Uşaqlara tətbiq edilən işgəncələrə dair onun bildirdiyi faktlar ermənilərə xas olan xüsusi amansızlığın bariz göstəricisidir. Onlar oradan Xankəndinə, daha sonra isə Şuşa türməsinə aparılır. Onun Şuşa türməsində erməni vəhşiliyi haqqında söylədikləri daha dəhşətlidir. Qeyd edir ki, ermənilər Şuşa türməsində əsirlərə işgəncələr zamanı xüsusi saxlanmış itlərdən də istifadə edirdilər. İnsanları itlərə yedirtmələri haqqında danışan Bəşir Qarayevin qocalara qarşı ermənilərin işgəncələrindən bəhs etməsi çox ağırdır.

O hadisələri təhlil edərkən belə bir qənaətə gəlmək olur ki, tunelin ermənilər tərəfindən nəzarətə götürülməsi haqqında əvvəldən məlumat alanlar olur. Əks halda, orada daha dəhşətlər yaşana bilərdi. Tunel yaxınlığında mülki nəqliyyat vasitələrinin atəşə tutulması, qaçış yollarının bağlanması və insanların girov götürülməsi bu prinsiplərin açıq pozuntusudur və beynəlxalq hüquq baxımından hərbi cinayət kimi qiymətləndirilə bilər.

Bütün bu tip qətliam və cinayətləri təhlil edərək hazırda o hadisələrə münasibət bildirəndə ancaq bir məsələni qeyd etmək olar ki, Azərbaycan xalqı heç vaxt bu cinayətləri unutmamalıdır. Tariximizi unutsaq, oradan səhvlərimizi ayırd etməsək, dost-düşmənimizi qiymətləndirə bilməsək, gələcəkdə hansısa problemlər yaşaya bilərik. Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək döyüş meydanında bərabər şərtlər altında necə mübarizə aparılmalı olduğunu bütün dünyaya sübut etdi. Azərbaycanın “Dəmir yumruq” əməliyyatı ilə Ermənistana elə zərbə vuruldu ki, onlar “kapitulyasiya aktı” imzalamağa məcbur oldular. Nəticədə doğma Kəlbəcər rayonu da döyüşsüz azad olundu. Bütün bunlar onu göstərir ki, “Dəmir yumruq” həmişə ucalarda olmalı, Azərbaycanda xalq-hakimiyyət birliyi əbədi qorunmalı, şanlı Zəfəri bizə yaşadan şəhidlərimizin ruhu daim hörmətlə anılmalıdır.

Müxbir – Göyçək Mahmudlu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır

“Əbədi yaşayanlar” - Marneulidə şəhidlərin xatirəsi anılıb

Naxçıvan şəhərində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib

İran Prezidenti: Məkkə Müdafiə Sazişi müsəlman birliyinə doğru müsbət addım ola bilər

Yaponiyada yağışlarla əlaqədar 740 mindən çox sakinə təxliyə olunmaları tövsiyə edilib

Avropa mətbuatı Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna geniş yer ayırıb

Atatürk Universitetinin rektoru ADPU-da olub

Qəzzaya endirilən hava zərbələri nəticəsində 7 nəfər ölüb, 38 yaralı var

Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib

Kanadada helikopter qəzaya uğrayıb, ölənlər var

İstanbulda şəhidlər yad ediliblər VİDEO

İstanbulda şəhidlər yad ediliblər VİDEO

Almaniyanın xarici işlər naziri BMT-də süni intellekt üçün qlobal təhlükəsizlik standartlarının tətbiqinə çağırıb