REGİONLAR
Kənd təsərrüfatı subyektlərinə 782 min 100 manat məbləğində kredit verilmişdir
Naxçıvan, 19 fevral (AZƏRTAC). Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 2011-ci ilin yanvarında muxtar respublikada 5 milyon 768 min 300 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Bu, 2010-cu ilin müvafiq göstəricisini 12 faiz üstələmişdir. Kənd təsərrüfatı sahəsində mövcud inkişaf templərini qoruyub saxlamaq məqsədilə 2011-ci ilin yanvar ayında kənd təsərrüfatı profilli təsərrüfat subyektlərinə 782 min 100 manat məbləğində kredit verilmişdir. Cari ilin yanvarında MR əhalisinin tələbatı üzrə gündəlik ət istehlakının həcmi 26 ton səviyyəsində olmaqla, bir il əvvəlki göstəricini 6 faiz üstələmişdir.