DÜNYA
Köhnə əşyaların arasından 38 milyon avro tapılmışdır
Bakı, 8 fevral (AZƏRTAC). Parisdə yaşayan həvəskar kolleksiyaçı məşhur rəssam Qüstav Kürbenin "Dünyanın mənşəyi" əsərinin bir hissəsini tapdığını bəyan etmişdir.
AZƏRTAC xəbər verir ki, XIX əsrdə yaşamış Kürbenin bu əsəri çox qalmaqal yaratmışdır. Bu səbəbdən Kürbe əsərini iki yerə parçalamış, lüt soyunub poza vermiş qadının portretinin başını bədənindən “ayırmış”, “baş” hissəsini evində saxlamışdır.
Sərgilərdə yalnız “bədən”dən ibarət “Dünyanın mənşəyi” göstərilirdi. Fermye də məhz həmin “baş”ı tapdığını demişdir. O, portretin hissəsini Parisdə işlənmiş mallar satılan dükanlardan birində 1400 avroya satın almışdır.
Kürbenin bu əsərinin dəyəri isə 38 milyon avrodur.
Həmin “baş”ın indi Parisdəki Musee d'Orsayda nümayiş olunan “Dünyanın mənşəyi” əsərinin yoxa çıxmış hissəsi olub-olmadığı araşdırılır.
Sənətşünas, Küкbenin əsərlərinin kataloqunun müəllifi Jan-Jak Ferneyenin dediyinə görə, tədqiqatlar bu yaxınlarda başa çatacaqdır.