Bayden: BCM prokurorunun İsrail liderlərinə qarşı həbs orderi tələbi təhqiredicidir
Vaşinqton, 21 may, AZƏRTAC
Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunun İsrail liderlərinə qarşı həbs orderi tələb etməsi təhqiredicidir.
AZƏRTAC-ın verdiyi məlumata görə, bu barədə ABŞ Prezidenti Co Baydenin bəyanatında deyilir. O açıqlamasında tərəfləri bərabər tutmağın düzgün olmadığını bildirib: “Bir məsələyə aydınlıq gətirim - prokurorun nəyi nəzərdə tutmasından asılı olmayaraq İsraillə Həmas arasında heç bir ekvivalentlik yoxdur. Biz İsrailin təhlükəsizliyinə qarşı istənilən təhdiddə həmişə onun yanında olacağıq”,- deyə bəyanatda qeyd olunur.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan İsrailin Baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant, həmçinin HAMAS liderləri Yahya Sinvar və digərlərinin həbsinə order verilməsini tələb edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]