RƏSMİ SƏNƏDLƏR
KOLUMBİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ALVARO URİBEYƏ
Hörmətli cənab Prezident,
Kolumbiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasında yaranan dostluq münasibətləri daim xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 may 2002-ci il