İDMAN
Koronavirus səbəbindən Formula 1 Bəhreyn Qran-Prisinin keçirilməsi ilə bağlı çətinliklər yarana bilər
Bakı, 26 fevral, AZƏRTAC
Koronavirus səbəbindən Formula 1 Bəhreyn Qran-Prisinin keçirilməsi ilə bağlı çətinliklər yarana bilər.
AZƏRTAC xəbər verir ki, Bəhreyndəki Təlim və Tibbi Araşdırma Mərkəzində keçirilən mətbuat konfransında vətəndaşların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təcili tədbirlər görüldüyü bildirilib.
İrandan Bəhreyn Beynəlxalq Hava Limanına Dubay və Şarja yolu ilə gələn insanlar arasında 23 koronavirusa yoluxma hadisəsi baş verdiyi üçün yaxın iki gün ərzində bu istiqamətdəki bütün uçuşlar dayandırılıb.
İki həftə ərzində bütün uşaq bağçaları, məktəblər və universitetlər karantində olacaq.
Bəhreyn Qran-Prisinə bir ay qalır. Xatırladaq ki, artıq Çin Qran-Prisi koronavirus səbəbindən təxirə salınıb.