Azərbaycan Dövlət İnformasiya Agentliyi

Londonda “Bu gün burada” adlı sərginin açılışı olub
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışda iştirak ediblər

London, 25 noyabr, AZƏRTAC 

Noyabrın 24-də Londonda Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin “Qırmızı kitab”ının 50 illik yubileyinə həsr edilmiş “Bu gün burada” (“Here Today”) adlı sərginin açılışı olub.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva sərginin açılışında iştirak ediblər.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib ki, bu sərgi həyatı təhlükə altında olan bütün heyvan növlərinin gözəlliyini, onların vacibliyi və müdafiəsinin önəmini vurğulamaq üçün yaxşı bir fürsətdir.

Ümumdünya Parklar Konqresinin toplantısında iştirak etmək üçün Avstraliyaya səfərini xatırladan Leyla Əliyeva gələcək nəsillərin təbiəti qorumasının vacibliyini bildirib və bu istiqamətdə ölkəmizdə həyata keçirilən layihələrdən danışıb.

Leyla Əliyeva deyib: “Biz Azərbaycanda gəncləri ətraf mühitin mühafizəsi istiqamətində maarifləndiririk. Azərbaycan qədim ənənələrə və zəngin tarixə malik olan ölkədir. Şərq ilə Qərbin qovuşuğunda yerləşən ölkəmizdə Şərqin müdrikliyi, Qərbin tərəqqisi var. Ötən müddətdə Azərbaycan tarixi İpək Yolunda əsas mərkəzə çevrilib. Azərbaycanın tolerantlıq, dialoq və yeni fikirlər ölkəsinə çevrilməsinin mədəniyyətimizin inkişafına böyük təsiri olub. Avropa, Asiya və Orta Şərq arasında nadir coğrafi mövqedə yerləşmək gözəl landşaftlar yaratmaqla təkcə mədəniyyətimizə yox, həm də təbiətimizə təsir edib. Azərbaycan qarlı dağlar, göllər, çaylar, sıx meşələr, ovalıqlar və çəmənliklər ölkəsidir. Dünyada mövcud olan on bir iqlim qurşağından doqquzu Azərbaycanda var və bu, çox zəngin biomüxtəliflik yaradır. Buna görə üç il bundan əvvəl biz “Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq” İctimai Birliyini - IDEA-nı yaratdıq. Hələ qət edəcəyimiz yolun əvvəlində olmağımıza baxmayaraq, biz artıq bir çox layihələr həyata keçirmiş və müsbət nəticələr əldə etmişik. Bizim bəzi layihələrimizə Azərbaycanda yaşayan 3 milyon gənci təmsil etmək məqsədilə 3 milyon ağacın əkilməsi, çöl ceyranının vəhşi təbiətə buraxılması və 8 mindən artıq uşağın ətraf mühiti qorumaq üçün maarifləndirilməsi kimi işlər daxildir. Biz, həmçinin təbiətimizin məşhur “beşliyi”ni müəyyən etmişik. Bu, qonur ayı, boz qurd, qartal, ceyran və Qafqaz bəbiridir”.

Leyla Əliyeva Azərbaycanda Qafqaz biomüxtəlifliyi sammitinin keçirildiyini, ölkəmizin Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin üzvü olduğunu xatırladıb, hazırda isə Qafqaz bəbirini məhv olmaq təhlükəsindən qurtarmaq və təbiətə qaytarılmasını təmin etmək üçün Dünya Vəhşi Təbiəti Mühafizə Fondu, Pantera təşkilatı və bu sahədə fəaliyyət göstərən digər təşkilatlarla sıx işlərin aparıldığını bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti sərginin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını çatdırdı, təbiəti qorumağın vacibliyini bir daha qeyd etdi.

Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin “Qırmızı kitab”ının 50 illik yubileyinə həsr edilmiş tədbirin yüksək səviyyədə keçdiyini vurğulayan qurumun baş direktoru xanım Culia Marton-Lefevre bugünkü tədbirin onun üçün daha əlamətdar olduğunu vurğuladı. Bildirdi ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və dünyada maraqlı layihələri ilə tanınan IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın tədbirdə iştirakı sərgini daha da maraqlı edib. Baş direktor IDEA-nın layihələri barədə məlumatlı olduğunu deyərək, bu layihələrin dünyada gedən ekoloji maarifləndirmə işlərinə töhfə verdiyini diqqətə çatdırdı. Rəhbərlik etdiyi təşkilatın ötən 50 ildə uğurlu yol keçdiyini və bir çox nailiyyətlər qazandığını deyən Culian Marton Lefevre bundan sonra da planetin flora və faunasının qorunması istiqamətində mühüm tədbirlər reallaşdıracaqlarını vurğuladı. “Bu gün buradayıq, sabah da bir yerdə olaq”, - deyən baş direktor təşkilatın fəaliyyətinə göstərdikləri diqqətə görə bir daha hamıya təşəkkür etdi.

Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin və “Baku” jurnalının dəstəyi ilə baş tutan sərgiyə böyük maraq göstərən London sənətsevərlərinə müasir incəsənətin müxtəlif istiqamətlərini təmsil edən əsərlər təqdim edilib. Sərgidə müxtəlif ölkələrin müasir incəsənət nümayəndələri ilə yanaşı, Azərbaycan rəssamları da təmsil olunur. Leyla Əliyeva, Aida Mahmudova, Fərid Rəsulov, Rəşad Ələkbərov sərgiyə maraqlı kompozisiyaları ilə qatılıblar. Bundan əlavə, sərgidə Corc Kondo, Teysi Emin, Endi Varol, Qavin Turk, Piter Bleyk, Duqlas Qordon, Stefani Kveyle və müasir incəsənətin digər tanınmış nümayəndələrinin nəsli kəsilməkdə olan flora və fauna növlərini əks etdirən əsərləri nümayiş etdirilir.

Sərginin keçirilməsində məqsəd ekosistemin və onun mühafizəsinin əhəmiyyəti barədə ictimai maarifləndirmə aparmaq və bu istiqamətdə sosial məsuliyyəti gücləndirməkdir. Sərgini ziyarət edənlər də o fikirdədirlər ki, burada təqdim olunan əsərlərin hər biri özlüyündə müasir dünyanın bəlasına çevrilən qlobal ekoloji təhlükənin yaratdığı risklərin azaldılmasına xidmət edir. Bu istiqamətdə Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin fəaliyyəti də böyük maraq doğurur. Bir sıra ekoloji problemlərin həlli, o cümlədən flora və fauna növlərinin qorunması ilə bağlı ciddi layihələr həyata keçirən IDEA-nın bu fəaliyyətinin sənətə də transfer etməsi mütəxəssislər tərəfindən maraqla qarşılanır.

Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyə 160 ölkədən 1200 hökumət və qeyri-hökumət təşkilatı daxildir. Birliyin “Qırmızı kitab”ı vəhşi təbiətin, eləcə də təhlükə altında olan növlərin qlobal mühafizəsi üzrə ən əhatəli məlumat toplusu hesab edilir.

Sərgi dekabrın 17-dək davam edəcək.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada miqrasiya siyasətinin sərtləşdirilməsindən ötən bir həftə ərzində 739 nəfər sərhəddən geri qaytarılıb

Türk Dövlətləri Təşkilatı ilk dəfə müşahidəçi ölkədə toplanacaq

Afyonkarahisarda Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə olunub

Ağdaşda yol qəzası olub, ölən və yaralananlar var

Bakıda “Azerbaijan Fashion Week 2025” başlayır

Almaniyanın Azad Demokratlar Partiyasının yeni sədri seçilib

Prezident Ərdoğan: Rusiya və Ukrayna arasında dialoq kanalları açıq qalmalıdır

Hakan Fidan: Türkiyə Rusiya ilə Ukrayna arasında davamlı sülhün əldə olunması üçün səylərini davam etdirəcək

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Dayanıqlı iqtisadiyyatda rəqabətin rolu” mövzusunda tədbir keçirilib - YENİLƏNİB VİDEO

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Dayanıqlı iqtisadiyyatda rəqabətin rolu” mövzusunda tədbir keçirilib - YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Albaniyaya səfəri başa çatıb

Vəkillər Kollegiyası Gəncə Regional Bürosunun tarixi abidə olan inzibati binasının bir hissəsi bərpa edilib

Rauf Hacıyevin 103 illiyinə həsr olunmuş kitab təqdimatı keçirilib

Ağstafada yol qəzası olub, xəsarət alan var

DİM: “Təqdimat bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib

Məhkəmədə beynəlxalq təşkilatların və xarici media qurumlarının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini təsdiqləyən faktlar tədqiq olunub VİDEO

Məhkəmədə beynəlxalq təşkilatların və xarici media qurumlarının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini təsdiqləyən faktlar tədqiq olunub VİDEO

Azərbaycan məktəbliləri ABŞ-da keçirilən müsabiqədə bürünc medal qazanıb

Qlobal Cənub QHT Platformasının üzvləri danışır - Diplomatiya və Beynəlxalq İdarəetmə Akademiyasının təsisçisi Nabil Ayad VİDEO

Qlobal Cənub QHT Platformasının üzvləri danışır - Diplomatiya və Beynəlxalq İdarəetmə Akademiyasının təsisçisi Nabil Ayad VİDEO

Azərbaycan təmsilçiləri “Vindzor Kral Atçılıq Şousu - 2025”də möhtəşəm şou ilə çıxış ediblər

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşı karate üzrə Avropa çempionu olub

Türküstanda “Yəsəvi İrsi”nə həsr olunmuş beynəlxalq simpozium təşkil edilib

Mövsümi allergiyalardan necə qorunmaq olar? VİDEO

Mövsümi allergiyalardan necə qorunmaq olar? VİDEO

Qərbi Azərbaycana qayıdış: İrəvanda maarifçilik hərəkatının tarixi-mədəni əsasları - konfrans

® “Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verilib

bp-nin sponsorluğu ilə BDU-da geologiya muzeyi istifadəyə verilib

TÜRKPA komissiyasının 12-ci iclasında türk dövlətləri arasında təhsil əməkdaşlığı müzakirə olunub

MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib

IX “Florida Keys” beynəlxalq musiqi müsabiqəsi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilib

Milli Məclisin plenar iclasında 12 məsələ müzakirə edilib YENİLƏNİB

508 və 521 nömrəli marşrutların hərəkət istiqaməti dəyişdirilir

Azərbaycan Aktauda keçirilən beynəlxalq forumda təmsil olunub

Xocasəndə taxta sexində baş verən yanğın söndürülüb - YENİLƏNİB

AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb

® Mərkəzi Gömrük Hospitalında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda növbəti tədbir keçirilib

Füzuliyə dolu yağıb

Azərbaycan Prezidentinin Zirvə toplantısında iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun təzahürüdür VİDEO

Azərbaycan Prezidentinin Zirvə toplantısında iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun təzahürüdür VİDEO

Gənclər arasında “Legal Ring” intellektual yarışı keçirilib

Nəvai Dövlət Universitetinin müəllimləri ADPU-da təcrübə keçiblər

Şahdağda qar yağır – FAKTİKİ HAVA

® “Umico” kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: Komissiyasız alış-veriş imkanı

Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və sərgisi keçiriləcək

ADU ilə Siena Əcnəbilər Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan ilə Latviya arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub

Vyetnam və Azərbaycan şirkətləri arasında potensial layihələrin stimullaşdırılması müzakirə olunub

3x3 basketbol üzrə “ABB Qadın Basketbol Liqası”nda 2-ci mərhələnin qalibi bəlli olub

“İKT-də Qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal Sahibkarlıq” müsabiqəsinə qeydiyyat başlayıb

AQTA: Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür

Azərbaycan Prezidenti İlham Əliyevlə Albaniyanın Baş nazirinin işçi nahar əsnasında görüşü olub VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevlə Albaniyanın Baş nazirinin işçi nahar əsnasında görüşü olub VİDEO

Astanada Azərbaycan-Qazaxıstan ikitərəfli münasibətlərinin cari vəziyyəti müzakirə olunub

Xaçmazda özünüməşğulluq proqramı üzrə yaradılmış təsərrüfatlara, reabilitasiya və günərzi qayğı mərkəzlərinə baxış olub

BMU-da Abşeron rayon məktəbliləri ilə görüş keçirilib

“Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinin açılış mərasimi keçirilib

"Sumqayıt"ın kapitanı futbolçu karyerasını başa vurur

Ukraynanın müdafiə naziri: Kiyev cəbhədə atəşkəs rejiminin tam və qeyd-şərtsiz tətbiqinə hazırdır

Aktau limanında yeni konteyner qovşağının inşası müzakirə olunub

UFC-nin şöhrət zalının üzvü Bakıya gələcək

Büdcə daxilolmaları: Ödənilən vergilərin 71,5 faizi qeyri-neft-qaz sektorunun payına düşüb VİDEO

Büdcə daxilolmaları: Ödənilən vergilərin 71,5 faizi qeyri-neft-qaz sektorunun payına düşüb VİDEO

Andrey Yermak: Rusiya bu gün Ukrayna ilə aparılan danışıqları 2022-ci ilə bağlamağa çalışır

Azərbaycan "Russia Halal Expo 2025" sərgisində təmsil olunur

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Şabranda vətəndaşların müraciətlərini dinləyib

® EBRD və “Unibank” Azərbaycanda ticarət maliyyələşməsini dəstəkləyəcək

Hərbi vəzifəlilərlə praktiki məşğələlər keçirilir

Azərbaycanın FIFA referisi Avropa çempionatının final oyunlarına təyinat alıb

Sosial Xidmətlər Agentliyinin nümayəndə heyəti İspaniyada keçirilən beynəlxalq konfransda iştirak edir

Ədəbiyyat İnstitutunda yubiley tədbirlərinə hazırlıq məsələləri müzakirə olunub

Tramp İrana nüvə sazişi ilə bağlı təklif verildiyini təsdiqləyib

Donald Tramp: “Biz Putinlə görüşməliyik”

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə bu ilin yanvar-aprel aylarının yekununa dair məlumat açıqlanıb

Milli Marketinq Forumunda azad olunmuş ərazilərə qayıdışla bağlı məlumat verilib VİDEO

Milli Marketinq Forumunda azad olunmuş ərazilərə qayıdışla bağlı məlumat verilib VİDEO

VI Beynəlxalq səyahət və turizm dinamikası konfransının açılış mərasimi keçirilib

“Araz Vadisi İqtisadi Zonası”na yatırılan investisiyaların gələcəkdə daha da artırılacağı proqnozlaşdırılır VİDEO

“Araz Vadisi İqtisadi Zonası”na yatırılan investisiyaların gələcəkdə daha da artırılacağı proqnozlaşdırılır VİDEO

Kişineuda Avropa audiovizual media tənzimləyicilərinin platforması olan EPRA-nın 61-ci Toplantısı keçirilib

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib VİDEO

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib VİDEO

Qəbələnin hotel və mehmanxanaları dörd ayda 26 minə yaxın turistə xidmət göstərib

“Göytəpə şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Qlobal Cənub QHT Platformasının üzvləri danışır - Tacikistanın Əlilliyi Olan Şəxslər Milli İttifaqının sədri Əsədulla Zikrixudoyev VİDEO

Qlobal Cənub QHT Platformasının üzvləri danışır - Tacikistanın Əlilliyi Olan Şəxslər Milli İttifaqının sədri Əsədulla Zikrixudoyev VİDEO

Hakan Fidan Kiyevi və Moskvanı sülh şansından istifadə etməyə çağırıb

İdarə rəsmisi: Bakıda təmirlə əlaqədar hərəkətin məhdudlaşdırıldığı yollarda polis əməkdaşları tərəfindən xidmət təşkil edilir

Son dörd ayda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı faktların sayı azalıb

Azərbaycan dili imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

Qaxda yeni cüdo zalının açılışı olub

Energetika naziri Ağstafada vətəndaşlarla görüşüb

Azərbaycan və Özbəkistanın əqli mülkiyyət qurumlarının birgə tədbiri keçirilib

Bu ilin yanvar-aprel aylarında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 1499 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Çinin ekoloji cəhətdən daha təmiz ən iri avtomobildaşıyan gəmisi ilk səfərinə başlayıb VİDEO

Çinin ekoloji cəhətdən daha təmiz ən iri avtomobildaşıyan gəmisi ilk səfərinə başlayıb VİDEO

Azərbaycan və Türkiyənin gənc iş adamları əməkdaşlıq imkanlarını müzakirə ediblər

Son dörd ayda 2 ton 593 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb

Kirayə mənzil fonduna daha 157 mənzil əlavə olunub

Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirib

Naxçıvanda ÜDM istehsalı 1,3 faiz artıb

Muxtar Babayev: Qlobal hədəflər çərçivəsində dağ ekosistemləri üçün uyğunlaşma göstəricilərinin razılaşdırılması üzərində işləyirik

Siena Əcnəbilər Universitetinin nümayəndə heyəti AzMİU-da olub

Melaniya Trampın Sloveniyadakı bürünc heykəli oğurlanıb

“Fənərbağça” və “Qalatasaray” "Real Madrid"in qapıçısını transfer etmək istəyir

Elmi jurnalların nüfuzunun artırılması məqsədilə pilot layihəyə start verilib

Teymur Musayev: Plastik cərrahların peşə fəaliyyəti ilə bağlı məsələ qanun çərçivəsində öz həllini tapıb

UNEC-də “Ortaq gələcək: sosial-iqtisadi innovasiyalar” mövzusunda konfrans işə başlayıb

Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşların müraciətlərini dinləyib