Londonda “Sən həmişə mənimləsən” tamaşasının Avropa premyerası keçiriləcək

London, 20 avqust (AZƏRTAC). Londonda Azərbaycanın Xalq Yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın Avropa premyerası keçiriləcək.
Yazıçının 100 illiyinə həsr olunmuş tamaşa, Londonda fəaliyyət göstərən Aloff teatrının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 9-27 sentyabr tarixləri arasında LOST Teatrında nümayiş etdiriləcək.
Britaniyalı aktyorlar tərəfindən ifa ediləcək tamaşanın quruluşçu rejissoru Filiz Özcan, tərcüməçisi Aloff teatrının prodüseri Sənan Əliyevdir.
İlk dəfə 1964-cü ildə səhnələşdirilən tamaşanın rezonansları bu gün də müasir dövrün tələbləri ilə səsləşir. Özünün incə təhlilində pyes həyatın müxtəlif mərhələlərində sevginin necə müxtəlif formalar aldığını və dünyanın buna reaksiyasını göstərir.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.07.2025 [16:53]
Yaradıcı sahələr üzrə təhsil və sənaye əməkdaşlığı müzakirə olunub
- 11.07.2025 [16:05]
“Bülbülün qonaqları” layihəsində Xalq şairi Səməd Vurğun yad edilib
- 11.07.2025 [15:55]
Azərbaycanda film istehsalına dövlət dəstəyi: xərclər qismən geri ödənəcək
- 11.07.2025 [15:26]