DÜNYA
“Macquarie Group” korporativ verginin azaldılmasından faydalanacaq
Bakı, 21 fevral, AZƏRTAC
Avstraliyanın “Macquarie Group” şirkəti Prezident Donald Trampın ABŞ-da həyata keçirdiyi korporativ verginin aşağı salınması tədbirlərindən əhəmiyyətli dərəcədə fayda götürməyi planlaşdırır.
AZƏRTAC “vergiler.az” saytına istinadla xəbər verir ki, şirkətin icraçı direktoru Nikolas Murun sözlərinə görə, Amerikanın maliyyə şirkətlərinə öz gəlirlərini artırmaq üçün hələ bir neçə il lazım olacaq. N.Mur deyib ki, rəhbərlik etdiyi qurum indiyədək ABŞ-da heç bir vergi güzəştindən istifadə etməyib və korporativ vergini tam ödəməyib. Ona görə də hökumət korporativ verginin dərəcəsini 15 faizədək azaldan kimi, “Macquarie Group” bunu öz gəlirlərində hiss edəcək.
Qeyd edək ki, “Macquarie Group” keçən ili 2,06 milyard dollar gəlirlə başa vurub.