İDMAN
Makedoniyanın “Metallurq” komandasının meydana çıxacaq heyəti açıqlanmışdır[YENİLƏNİB]
Bakı, 11 iyul (AZƏRTAC). Futbol üzrə Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən Ağdamın “Qarabağ” komandası bir neçə dəqiqə sonra növbəti oyununa çıxacaqdır.
Tofiq Bəhramov adına Respublika stadionunda Ağdam təmsilçisinin qonağı olacaq Makedoniyanın “Metallurq” (Skopye) komandasını meydana çıxacaq heyəti müəyyənləşmişdir. Heyətdə Andrey Yefremov, Blaqoya Lyamçevski, Risto Mitreski, Martin Şişkov, Sedat Berişa, Aleksandr Dalçevski, Oliver Peev, Vasko Mitrev, Marko Simanovski və Mariyan Radovski yer almışlar.
“Qarabağ” – “Metallurq” oyununu çexiyalı baş hakim Radek Matejek idarə edəcəkdir.
Komandalar arasında Skopyedə keçirilmiş ilk görüş “Qarabağ”ın minimal üstünlüyü ilə yekunlaşmışdır – 1:0.