RƏSMİ XRONİKA
Malayziyanın Ali Başçısı Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişahdan
Zati-aliləri,
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95-ci ildönümü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Malayziyanın birinci xanımı da mənim təbriklərimə qoşulur.
Əminik ki, Malayziya ilə Azərbaycan arasındakı dostluq münasibətləri gələcək illərdə də güclənəcəkdir və Azərbaycan Zati-alinizin müdrik rəhbərliyi altında daha da inkişaf edəcəkdir.
Ulu Tanrıdan Sizə və ailənizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.
Zati-aliləri, ən dərin ehtiramımızı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku
əl-Hac Abdul Halim Muadzam Şah
ibni əl-Mərhum Sultan Badlişah
Malayziyanın Ali Başçısı