MƏDƏNİYYƏT
Mədəniyyət və Turizm Nazirliyi bir sıra hüquqi və fiziki şəxslərə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair lisenziya vermişdir
Bakı, 11 iyul (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ı və digər normativ-hüquqi aktları əsas götürərək cari ilin may və iyun ayları ərzində bir sıra hüquqi və fiziki şəxslərə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıqlar (lisenziyalar) vermişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, müvafiq dövrdə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair lisenziyalar alan hüquqi və fiziki şəxslər arasında “Qusar Olimpik” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) (Qusar), fiziki şəxs Qibləliyeva Məhluqə Nəcəf qızı (Bakı), “Panorama Villa Lux” MMC (Bakı), “Gilan” MMC (Bakı), fiziki şəxs İfraimov Oktay Qavriloviç, “Aynur” kiçik müəssisəsi (Quba şəhəri), fiziki şəxs Fərhadov Bayram Şirin oğlu (Xaçmaz rayonu, Müqtədir qəsəbəsi), fiziki şəxs Rəhimov Rəhman Seyfəl oğlu (Bakı), “Qazax Olimpik” (Qazax rayonu), fiziki şəxs Əsgərov Zahir Rəhim oğlu (Gəncə şəhəri), “Asnaf Sənaye Şirkəti” MMC (Bakı) vardır.