“MƏHKƏMƏ-HÜQUQ ŞURASI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYŞİKLİK EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 8, №8, maddə 686; 2006-cı il, № 1, maddə 4) 5.1-ci maddəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsaitin tərkibində cari xərclərin məbləği əvvəlki maliyyə ilində bu məqsəd üçün nəzərdə tutulmuş məbləğdən az ola bilməz”.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 aprel 2007-ci il.