ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxana tərəfindən təqdirəlayiq addım
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən növbəti dəfə təqdirəlayiq addım atılıb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, cəmiyyətdə mütaliəni artırmaq, hərbi hissələrdə əsgər və zabit heyətinin asudə vaxtlarının səmərəli təşkili, şəhid və qazi ailələri ilə daimi olaraq qarşılıqlı diskussiyanı təmin etmək məqsədilə həyata keçirilən “Oxu-qazan” layihəsinə kitabxana fondundan 30-a yaxın 11 adda kitab hədiyyə edilib.
Qeyd edək ki, “Oxu-qazan” layihəsi Müdafiə Nazirliyinin dəstəyi ilə “İnnovativ Təşəbbüslər” İctimai Birliyi tərəfindən həyata keçirilir. Aksiya çərçivəsində təqdim olunan bədii, tarixi və vətənpərvərlik mövzularını əhatə edən nəşrlər oxucularda dərin maraq yaradacaq.