ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxanada Konstitusiya Günü ilə əlaqədar sərgi təşkil edilib
Bakı, 12 noyabr, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü ilə əlaqədar sərgi təşkil edilib.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, sərgidə MEK-in fondlarında qorunan “Hərbi qanunlar toplusu”, “Azərbaycan Respublikasında bələdiyyələrin hüquqi bazası”, “Azərbaycan vahid və bölünməz Avropada” (2001-2011), “Azərbaycan Respublikası Milli Məclisi iclaslarının protokolları və stenoqramları”, “Azərbaycan bayraqları”, “Azərbaycan Respublikasının Əmək Məcəlləsi”, “Vətənə, xalqa, dövlətə sədaqət andı” (Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin andiçmə mərasimi. 18 oktyabr 1998-ci il) kitabları nümayiş olunur. Sərgidə, həmçinin “Azərbaycan Respublikasının Cinayət məcəlləsi”, “Azərbaycan Respublikasının Konstitusiyası və hüququnun əsasları”, “Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun siyasi aspektləri” , “Azərbaycan, zaman, inkişaf”, “Dildə, fikirdə, işdə birlik”, “Siyasi elm”, “Vətəndaş cəmiyyəti ideyası” və s. kitablar yer alır.
Sərgi noyabrın 25-dək davam edəcək.