SİYASƏT
MƏRKƏZİ SEÇKİ KOMİSSIYASININ İCLASI KEÇİRİLMİŞDİR
Bakı, 22 aprel (AZƏRTAC). Aprelin 22-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə Komissiyanın 2010-cu il 15 mart tarixli iclasının protokolu təsdiqlənmişdir.
Sonra Komissiya bəzi normativ xarakterli aktlara dəyişikliklər etmişdir.
İclasda 4 saylı Naxçıvan şəhər, 8 saylı Binəqədi birinci, 17 saylı Yasamal üçüncü, 50 saylı Qobustan–Xızı-Quba, 51 saylı Qusar, 60 saylı Salyan-Neftçala, 80 saylı İmişli–Beyləqan və 122 saylı Xankəndi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər barədə də qərar qəbul olunmuşdur.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda Milli Demokratiya İnstitutunun (ABŞ), ABŞ səfirliyinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.