Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

MİLLİ MƏCLİSİN AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASINDAKI NÜMAYƏNDƏ HEYƏTİNİN STRASBURQA SƏFƏRİ
AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ ÖZ MÖVQEYİNİ BİLDİRMİŞDİR

Yanvarın 23-də Avropa Şurası Parlament Assambleyasının ən nüfuzlu siyasi qruplarından biri olan demokratlar qrupunda cümə axşamı günü AŞPA-nın sessiyasında müzakirə ediləcək “Azərbaycanda siyasi məhbuslar” məsələsinin ilkin müzakirəsi keçirilmiş, AŞPA-nın Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsinin Azərbaycan üzrə məruzəçisi Corc Klerfaytın hazırladığı məruzəyə münasibət bildirilmişdir.

Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Əliyev müzakirədə çıxış etmişdir.

İlham Əliyevin çıxışı müxtəlif ölkələrin deputatları tərəfindən dəstəklənmişdir. Demokratlar qrupu sessiyada müzakirəyə çıxarılacaq məruzənin yekdilliklə tam əleyhinə olduğu barədə qərar qəbul etmişdir.

İclasdan sonra İlham Əliyev AZƏRTAC-ın müxbirinə qısa müsahibə verərək demişdir:

- Bildiyiniz kimi, bu gün səhər tezdən Avropa demokratlar qrupunun iclası keçirilmiş, “Azərbaycanda siyasi məhbuslar” məsələsi müzakirə olunmuşdur. Mən çıxışımda qrup üzvlərinin diqqətinə çatdırdım ki, Azərbaycan bu məsələnin sessiyada müzakirəyə çıxarılmasının qəti əleyhinədir. Biz belə hesab edirik ki, Azərbaycan üzrə məruzəçi tərəfindən hazırlanmış məruzə qeyri-obyektiv xarakter daşıyır. Azərbaycan bununla heç cür razılaşa bilməz. Azərbaycandakı mövcud rəy onu göstərir ki, Azərbaycan ictimaiyyətinin əksər hissəsi bu məsələyə mənfi münasibət bəsləyir. Mən bu məsələ ilə bağlı müxtəlif dəlillərlə çıxış edərək bildirdim ki, Azərbaycan nümayəndə heyəti Avropa demokratlar qrupundan qarşıdakı müzakirədə bu məruzənin əleyhinə çıxmağı tələb edir.

Mən çox şadam ki, qrupun rəhbəri cənab Atkinson da bizim mövqeyimizi dəstəklədi, Qrupun digər üzvləri – Türkiyə, Rusiya Federasiyası, Fransa nümayəndələri bu məsələnin qeyri-obyektiv xarakter daşıdığını, məruzədə böyük və ciddi səhvlərə yol verildiyini söylədilər. Onlar bildirdilər ki, gərək qrup bu məsələdə Azərbaycanı

dəstəkləsin, ümumiyyətlə, hazırlanmış qətnamənin əleyhinə çıxış etsin.

Qrup yekdilliklə bu qərarı qəbul etdi. Deyə bilərəm ki, AŞPA-nın ən nüfuzlu qruplarından olan Avropa demokratlar qrupunun 78 nəfər üzvü qərar qəbul edibdir ki, yanvarın 24-dəki müzakirə zamanı bu məruzənin əleyhinə səs versin.

Hesab edirəm ki, bu, bizim üçün böyük uğurdur və qarşıdakı müzakirədə onun bizə böyük köməyi olacaqdır.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq.

X X X

MİLLİ MƏCLİSİN AŞPA-DAKI NÜMAYƏNDƏ HEYƏTİNİN BAŞÇISI İLHAM ƏLİYEVİN AZƏRBAYCAN TELEVİZİYASINA MÜSAHİBƏSİ

Azərbaycan parlament nümayəndə heyətinin başçısı İlham Əliyev Avropa demokratlar qrupunun iclasından sonra Azərbaycan televiziyasına müsahibə verərək demişdir:

-Bu gün səhər saat 8.30-da Avropa demokratlar qrupunun iclası keçirilmişdir. İclasda Azərbaycana aid məsələ - yəni Azərbaycanda siyasi məhbuslar barədə məsələnin müzakirəsinə dair fikir mübadiləsi aparılmışdır. Mən öz çıxışımda bildirdim ki, Azərbaycan bu məsələnin müzakirəyə çıxarılmasının qəti əleyhinədir. Biz hesab edirik ki, hazırlanmış məruzə qeyri-obyektiv xarakter daşıyır, orada çoxlu səhvlər var və Azərbaycana qarşı ədalətsiz mövqe əks olunmuşdur. Buna görə də mən Azərbaycan nümayəndə heyətinin adından qrupun bütün üzvlərindən xahiş etdim ki, sessiyadakı müzakirələrdə qətnamə qəbul olunmasının əleyhinə səs versinlər.

Mən çox məmnunam ki, qrupun digər üzvləri də bizi dəstəklədilər. Xüsusilə qrupun rəhbəri cənab Aktinson, Türkiyənin və Rusiyanın nümayəndələri bu məsələdə bizə dəstək verdilər. Onlar da öz çıxışlarında qeyd etdilər ki, bu, Azərbaycana qarşı ədalətsiz bir mövqedir və bütövlükdə qrup qətnamənin əleyhinə çıxış etməlidir. Mən çox şadam ki, qrup yekdilliklə qərar qəbul edib ki, sessiyadakı müzakirələrdə qətnamənin əleyhinə səs verəcəkdir. Hesab edirəm ki, bu, bizim çox böyük uğurumuzdur. Avropa demokratlar qrupu Avropa Şurasının ən nüfuzlu qruplarından biridir. Əgər qrup bütövlükdə, tam tərkibdə bizi dəstəkləyirsə, əlbəttə bu, qarşıdakı müzakirələrdə bizə böyük kömək edəcəkdir.

Bilirsiniz ki, biz müxtəlif komitələrdə, qruplarda deputatlarla çox gərgin iş aparırıq, ölkəmizin mövqeyini onlara açıqlayırıq. Şadam ki, bizim mövqeyimiz deputatlar tərəfindən çox böyük diqqətlə qarşılanır. Hiss edirik ki, bizə böyük dəstək vardır. İnanıram ki, sabah yanvarın 24-də məhbuslarla bağlı məsələyə dair müzakirələr aparılanda deputatların böyük bir hissəsi Azərbaycana dəstək verəcəkdir.

İşimiz davam edir. Deyə bilərəm ki, burada nümayəndə heyətimizin hər bir üzvü çox fəal işləyir. Hamımız çalışırıq ki, burada Azərbaycanın əleyhinə hər hansı bir qərar qəbul olunmasın. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Sadəcə olaraq, gərək biz deputatlara öz mövqeyimizi bildirək.

Bir də onu demək istəyirəm ki, qrupun iclasında çıxış edən İngiltərənin nümayəndəsi də bizə dəstək verdi və təklif etdi ki, yaxşı olar, biz mövcud məruzəçilərlə bərabər digər məruzəçiləri də işə cəlb edək. Çünki cənab Klerfayt tərəfindən hazırlanmış məruzə çox qərəzlidir və orada böyük səhvlər var. Yumşaq desək, bu məruzə qeyri-dost xarakteri daşıyır.

Sevindirici hal odur ki, bu, təkcə bizim fikrimiz deyil, eyni zamanda qrupun bütün digər üzvlərinin də fikridir. Ona görə də hesab edirəm ki, bu təklif öz əksini taparsa, yeni bir məruzəçi təyin oluna bilər. Çünki cənab Klerfayt bu mövqeyi ilə özünü həm Azərbaycanın ictimaiyyəti qarşısında, həm də Avropa demokratlar qrupunun qarşısında nüfuzdan salmışdır.

İl çox tez keçdi. Biz hamımız xatırlayırıq, bir il bundan əvvəl cənab Prezident başda olmaqla hamımız birlikdə burada çox gözəl günlər keçirdik. Burada Azərbaycanın bayrağı qaldırıldı. Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvü oldu.

Azərbaycan nümayəndə heyəti bir il ərzində burada çox böyük işlər görübdür. Burada bir çox sənədlər qəbul olunubdur. Avropa Şurası Parlament Assambleyasının iclaslarında biz, xüsusilə, Dağlıq Qarabağ məsələsi ətrafında öz kəskin mövqeyimizi bildirmişik. Sevindirici hal odur ki, artıq Dağlıq Qarabağ məsələsi gündəliyə salınıbdır. Yaxın vaxtlarda bu məsələ ilə bağlı məruzəçi təyin ediləcək, məruzə hazırlanacaqdır.

Ölkəmizin Avropa Şurasına üzv olduğu bir il Azərbaycan cəmiyyətinin demokratikləşməsinə də müsbət təsir göstərmişdir. Azərbaycanda demokratiya sürətlə inkişaf edir, Azərbaycan dünyəvi, demokratik dövlətdir, Avropa dəyərlərinə sürətlə yiyələnir.

Avropa Şurasına üzv olmağımız bütövlükdə Azərbaycanın mövqeyinin daha güclü səslənməsinə, eyni zamanda respublikamızın daxilində müsbət proseslərin sürətləndirilməsinə böyük fayda veribdir.

Biz bu gün bu əlamətdar hadisəni burada qeyd edəcəyik. Bilirsiniz ki, Azərbaycandan gətirilmiş böyük sərgi də burada nümayiş etdirilr. Biz gələcək fəaliyyətimizdə Azərbaycanın imicini daha da yüksək tutmağa çalışacağıq.

x x x

Azərbaycan nümayəndə heyətinin üzvləri Səməd Seyidov və Əli Abbasov da respublika televiziyasına müsahibələr vermiş, İlham Əliyevin deputatlar qrupunun iclasındakı qətiyyətli mövqeyini və müzakirələrin nəticələrini yüksək qiymətləndirmişlər.

X X X

AZƏRBAYCANIN AVROPA ŞURASINA DAXİL OLMASININ İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ TƏNTƏNƏLİ MƏRASİM

Yanvarın 23-də Avropa Sarayının birinci mərtəbəsinin Avropa Şurasının və Azərbaycan Respublikasının bayraqları ilə bəzədilmiş foyesində ölkəmizin AŞ-yə üzv olmasının birinci ildönümünə həsr edilmiş təntənəli mərasim keçirilmişdir.

Mərasimi Azərbaycan parlament nümayəndə heyətinin başçısı İlham Əliyev açmışdır.

MİLLİ MƏCLİSİN AŞPA-DAKI NÜMAYƏNDƏ HEYƏTİNİN BAŞÇISI İLHAM ƏLİYEVİN ÇIXIŞI

- Əziz xanımlar və cənablar!

Bu gün bizim mərasimə təşrif buyurduğunuza görə sizin hamınıza minnətdaram. Bu gün Azərbaycan Avropa Şurasına üzv olmasının birinci ildönümünü qeyd edir. Biz bununla fəxr edirik və bu münasibətlə görəcəyiniz tədbiri keçiririk.

Avropa Şurasına üzvlük Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Avropa Şurasında Azərbaycanın üzvlüyü ölkədə aparılan demokratik prosesləri daha da irəlilətməyə, Azərbaycan cəmiyyətinin demokratikləşməsinə, ölkə qanunvericiliyinin Avropa qanunvericiliyi ilə uyğunlaşmasına yardım edir və eləcə də Azərbaycanın Avropa ölkələri icmasına daha dərin inteqrasiyası yolunda atılan bir addımdır.

Azərbaycan yeni müstəqillik qazanmış ölkədir. Bizim dövlətimiz sürətlə siyasi islahatlar həyata keçirir, eyni zamanda iqtisadiyyatda da islahatlar aparılır və bütün bunlar imkan verdi ki, biz yüksək demokratik dəyərləri əsas tutan sabit cəmiyyət quraq.

Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan Avropa Şurasına daxil olarkən üzərinə götürdüyü bütün öhdəlikləri tam yerinə yetirir. Sizi əmin edirəm ki, bu işlər gələcəkdə də aparılacaqdır. Mən həm də düşünürəm ki, Azərbaycanın Avropa Şurasına üzvlüyü bu təşkilatın özü üçün də vacib amildir. Azərbaycan ümumavropa dəyərlərinə öz töhfəsini verə bilər və verməlidir.

Azərbaycan qədim tarixə və mədəniyyətə malik ölkədir. Bu gün biz həm də sərgi keçiririk. Həm bu mərtəbədə, həm də yuxarı mərtəbədə Azərbaycan incəsənətinin nümunələri nümayiş etdirilir. Fürsətdən istifadə edərək istərdim ki, Azərbaycanın Avropa Şurasında üzvlüyünün birinci ildönümü münasibətilə öz ölkəmin adından Avropa Şurasına hədiyyə təqdim edim. Ümid edirəm ki, bu xatirə hədiyyəsi sizin hamınıza daim Azərbaycanı xatırladacaq və mənim ölkəm üçün əlamətdar olan biz hər dəfə bu günü xoş təəssüratla yada salacağıq.

x x x

Sonra Avropa Şurası baş katibinin müavini Hans Kristian Klüger çıxış etdi.

AVROPA ŞURASI BAŞ KATİBİNİN MÜAVİNİ HANS KRİSTİAN KLİGERİN ÇIXIŞI

Cənab müavin, Parlament Assambleyasının prezidenti!

Xanımlar və cənablar!

Böyük şərəfdir ki, mən bu mərasimdə baş katibin funksiyalarını yerinə yetirirəm. O, başqa işlə əlaqədar olaraq digər tədbirə çağırılmışdır. Lakin o, itirməsəydi, mən qazanmazdım. Beləliklə, mən bu mərasimdə iştirak edirəm.

Bəzi tədqiqatçıların fikrincə, xalça və gəbə məmulatının vətəni Cənubi Qafqazdır. Daha sonra Qafqazdan Asiyaya, Avropaya və dünyanın başqa yerlərinə yayılmışdır. Hələ miladdan əvvəl V əsrdə Gelefen öz traktatlarında Qafqaz xalçalarının adını çəkirdi. Təəccüblü deyil ki, əsrlər boyu həmin xalçalar səyahətçilərin və tacirlərin pərəstiş obyektinə çevrilmişdir. Bu xalçalar xüsusilə Venesiya tacirlərinin diqqətini cəlb edirdi. Artıq XV əsrdən başlayaraq Avropa rəssamlarının əsərlərində Qafqaz-Azərbaycan xalçalarının nümunələrinə rast gəlmək olur. Bu baxımdan xalçalar dünyaya yayılan ilk mədəniyyət nümunələri sayıla bilər. Xalçalar regionla Qərbi Avropa arasında ilkin əlaqələndirici olmuşdur.

Xalçanın dəyəri istifadə olunan materialların, rənglərin keyfiyyəti və ilmələrin gözəlliyi, sayı, sıxlığı ilə müəyyən olunur. Xalçanı toxuyub başa çatdırmaqdan ötrü aylarla işləmək lazım gəlir.

Bunu demək bir qədər risklidir, lakin mən xalça toxumaqla demokratik, müstəqil dövlət qurmaq arasında bir oxşarlıq görürəm. Demokratik, müstəqil dövlət quruculuğu da yorulmaz, inadkar, dözümlü, çətin işin nəticəsidir. Burada da qurucunun istifadəsində olan material xam materialdır. Mədəniyyəti boyalara bənzətmək olar. Ilmələri isə təsisatlar hazırlayır. Bu quruculuğu siyasətçilər və ölkənin adi vətəndaşları birlikdə həyata keçirməlidirlər. Demokratiya da yüksək keyfiyyətli xalçanın toxunduğu kimi, mütəmadi, dayanmadan, nikbin və ahəngdar iş olmalıdır. Bircə fərqi var ki, demokratiya tamamlanmaq bilməyən xalçadır.

Biz Azərbaycanı Avropa ailəsində görməyə şadıq. Azərbaycanda aparılan qanunvericilik işlərini çox bəyənirik, habelə Azərbaycanın bütün öhdəlikləri yerinə yetirmək əzmində olmasını və monitor qrupu ilə əla əməkdaşlığını ürəkdən alqışlayırıq. Biz əminik ki, Azərbaycanda xalça toxunmasındakı əzmkarlıq, yaradıcılıq, ardıcıllıq, dəyanət demokratiya və sülh sahəsində də nümayiş etdiriləcək və Azərbaycan qarşıya çıxa biləcək bütün maneələri layiqincə dəf edəcəkdir. Ona görə də bu gün bizim təşkilatın qəbul etdiyi xalça xüsusi rəmzi məna daşıyır. Bu, Azərbaycanın ümumavropa dəyərləri və prinsiplərini qəbul etməsinə dəlalətdir. Diqqətinizə görə minnətdaram.

X X X

Sonra İlham Əliyev AŞ baş katibinin müavini cənab Hans Kristian Klügerə üzərində Avropa Şurasının emblemi toxunmuş nəfis xalça təqdim etmişdir.

Rəsmi hissədən sonra Azərbaycan nümayəndə heyətinin başçısı İlham Əliyev, Avropa Şurasının və AŞPA-nın rəhbərləri, digər qonaqlarla birlikdə respublikamızın incəsənət ustalarının – Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı kollektivinin konsertində olmuşlar. Teatrın solistləri – respublikanın əməkdar artistləri Gülyanaq və Gülyaz Məmmədovaların, Bilal Əliyevin ifasında səslənən “Qarabağ şikəstəsi, “Azərbaycan” və digər mahnılar, skripkaçı Ceyhun İsmayılovun çıxışı hərarətlə və sürəkli alqışlarla qarşılanmışdır. İ.Əliyev və H.K. Klüger Kamil Vəzirovun rəhbərlik etdiyi kollektivin üzvləri ilə görüşmüş və maraqlı konsert proqramına görə onlara təşəkkür etmişdir.

Sonra ölkəmizin bütün regionlarını əhatə edən xalça sərgisi ilə tanışlıq olmuşdur. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva sərgidəki xalçalar barədə ətraflı məlumat vermişdir.

Azərbaycan parlament nümayəndə heyətinin başçısı İlham Əliyev, Avropa Şurası baş katibinin müavini Hans Kristian Klüger və mərasimin digər iştirakçıları Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi ilə də yaxından tanış olmuşlar.

İlham Əliyev Fransanın müxtəlif ali məktəblərində təhsil alan və mərasimə gəlmiş bir qrup azərbaycanlı tələbə ilə xatirə şəkli çəkdirmişdir.

X X X

Mərasimdən sonra Milli Məclisin nümayəndə heyəti AŞPA-nın müxtəlif komitələrinin iclaslarında iştirak etmişlər.

Elə həmin gün Azərbaycan nümayəndə heyəti ölkəmizin Avropa Şurasına daxil olmasının birinci ildönümü münasibətilə ziyafət təşkil etmişdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir

BMU-da kibertəhlükəsizlik laboratoriyası istifadəyə verilib

Sabah havanın dəyişkən buludlu və bəzi yerlərdə yağıntılı olacağı gözlənilir

Dövlət Komissiyası: Narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir

Nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Dövlət Komitəsi rəsmisi: “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi artıq hazırdır, razılaşdırılması prosesi gedir

Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə, “Sumqayıt” kənar şəxslərə görə cərimələnib

Şimali Kipr Türk Respublikasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbirlər keçiriləcək

“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq

Apreldə su hövzələrindən 375 ədəd sintetik tor götürülüb

Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib VİDEO

Bəşir Hacıyev: 2026-cı ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200-dən çox evin tikintisi başa çatacaq

Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır

Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb

İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq

Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub

Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir

İKZF: Fond tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib

Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib

Forum çərçivəsində Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya işə başlayıb

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Xətai Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib

Vüqar Süleymanov: Ərazilərin minalarla çirklənməsi təbiətə də ciddi ziyan vurur

Ötən ay 141 mindən çox vətəndaş xüsusi şərtlərlə pensiya alıb

Bakıda Kukla Festivalının bağlanış mərasimi olub

Gert Jan Koopman: Aİ-yə üzv ölkələr həmrəylik göstərəndə mina sahəsində ortaya yaxşı iş qoya bilirik

Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb

Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Maliyyə naziri Samir Şərifov Tbilisidə bir sıra görüşlər keçirib

Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi

Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb VİDEO

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Viktor Orban: Avropa liderləri odla oynayırlar

Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar

Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda təşviq edir ŞƏRH

Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür

Şəhid övladları intellektual oyunda biliklərini sınayıblar

ATMU tələbələri peşəkar bacarıq və karyera imkanlarından faydalanmaqda maraqlıdırlar

HƏMAS İsrailin Qəzzada atəşkəs barədə təklifini nəzərdən keçirir

"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb

“Qiraət axşamı”nda Məhəmməd Füzulinin qəzəlləri səslənib

Nazir: Son 5 ildə Azərbaycanda minimum pensiya 2,5 dəfə artıb

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilir

Komitə sədri: Cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma lazımdır

Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb

Sahil Babayev: Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır

® Yüksək faizli depozit kampaniyası davam edir

Alimlər oranqutanın bitki ilə yaraları müalicə etməsini öyrənir

Gələn ay müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək

Mayın 15-dən iyunun 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Milli Xalça Festivalı ilə əlaqədar İçərişəhərə giriş məhdudlaşdırılacaq

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib VİDEO

Polkovnik: Dünənki Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür

İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək

Nazir: Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılır

Ruandada güclü yağışlar nəticəsində 50-yə yaxın insan həlak olub

İcraçı direktor: Azərbaycan jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır

Birinci siniflərə qəbul üçün yaradılan alternativ qeydiyyat mərkəzlərində 767 valideynə dəstək göstərilib

Əhməd İsmayılov: Ölkəmizdə medianın obyektiv və qərəzsiz məlumat hazırlaması üçün hər cür şərait yaradılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar

Bu gündən birinci siniflərə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlanır

BANM ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq imkanları genişlənir

“Mahşərəf Məsturənin poeziyası” kitabı çapdan çıxıb

Paris Olimpiadasında qaçqınlar yığması ilk dəfə öz loqosu ilə yarışacaq

BMT 2026-cı ili “Beynəlxalq Qadın Fermerlər İli” elan edib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir

İrandan Azərbaycana 87 kiloqram narkotik vasitə gətirən Neftçala rayon sakini saxlanılıb VİDEO

Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür

Qızıl medal qazanan avarçəkən: Növbəti yarışlarda da birinci olmağa çalışacağam

Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

Laçının Sus kəndinə köç prosesi ilə əlaqədar keçirilən püşkatmada yaranan narazılığa aydınlıq gətirilib

Pakistanda avtobus qəzası nəticəsində 15 nəfər ölüb

DİN: Ötən gün 20 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanına abituriyentlərin qeydiyyatı sona yaxınlaşır

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra istifadəyə verilib VİDEO

Nasist liderin yaşadığı evdən 5 skelet tapılıb

BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur