Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Mingəçevir Dövlət Universitetində “Rəqəmsal ödənişlərin tətbiqi yeni dövrün tələbidir” mövzusunda nəzəri-praktik seminar keçirilib

Mingəçevir Dövlət Universitetində “Rəqəmsal ödənişlərin tətbiqi yeni dövrün tələbidir” mövzusunda nəzəri-praktik seminar keçirilib

Bakı, 24 oktyabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) “Rəqəmsal ödənişlərin tətbiqi yeni dövrün tələbidir” mövzusunda nəzəri-praktik seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, “Kapital Bank” ASC-nin Mingəçevir filialı ilə birgə “ZOOM” platforması üzərindən onlayn formatda təşkil olunan seminarı açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın güclü siyasi iradəsi və böyük qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti sayəsində son günlər əldə edilmiş möhtəşəm qələbələr münasibətilə tədbir iştirakçılarını təbrik edib. Şanlı ordumuzun hər bir kənd, qəsəbə, şəhər və yüksəkliklər uğrunda gedən şiddətli döyüşlərdə mənfur düşməni əzib keçərək, onlara sarsıdıcı zərbələr endirərək inamla irəlilədiyini bildirən rektor üçrəngli bayrağımızın tezliklə işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminliyini ifadə edib.

Sonra seminarın mövzusunun aktuallığına toxunan Ş.Bayramov Azərbaycan Respublikasının Prezidentinin 26 sentyabr 2018-ci il tarixli müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”ndan irəli gələn məsələlər haqqında ətraflı məlumat verib. Seminarın sözügedən Dövlət Proqramının icrası üzrə müvafiq Tədbirlər Planı çərçivəsində təşkil olunduğunu qeyd edən rektor Proqramın vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi baxımından əhəmiyyətindən danışıb. Ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, həmin xidmətlərin çeşidinin, keyfiyyətinin və tətbiq dairəsinin genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edən Ş.Bayramov qlobal pandemiya şəraitində rəqəmsal ödəniş alətlərindən istifadənin aktuallığının əhəmiyyətli dərəcədə artdığını diqqətə çatdırıb.

Eyni zamanda, dördüncü sənaye inqilabı dövrü ilə əlaqədar olaraq cəmiyyət həyatının bütün sahələrində rəqəmsallaşmanın artırılması, o cümlədən rəqəmsal ödənişlərin tətbiqinin genişləndirilməsi üçün onların üstünlüklərini təbliğ edən müvafiq maarifləndirmə işlərinin aparılmasına ciddi ehtiyac olduğunu vurğulayan Ş.Bayramov seminarın əhəmiyyətini və gələcəkdə MDU-nun bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini qeyd edib.

Tədbirdə çıxış edən “Kapital Bank” ASC-nin Mingəçevir filialının müdiri Elşən Qasımov MDU-nun tələbə, magistrant və professor-müəllim heyəti ilə görüşməkdən məmnun olduğunu bildirib. “Maliyyə xidmətlərinin genişlənməsində rəqəmsal ödənişlərin tətbiqinin rolu” mövzusunda təqdimatında E.Qasımov rəqəmsal ödənişlərin üstünlükləri, “Kapital Bank” ASC-nin bu istiqamətdə müştərilərə yaratdığı imkanlar, göstərdiyi xidmətlər, məlumatların qorunması, əməliyyatların təhlükəsizliyi və digər məsələlər haqqında ətraflı məlumat verib.

Seminar MDU-nun İqtisadiyyat kafedrasının müəllimi Arif Kələşovun “Azərbaycan Mərkəzi Bankının fəaliyyətində innovativ ödəniş texnologiyaları” mövzusunda məruzəsi ilə davam edib. Rəqəmsal ödənişlərin və elektron xidmətlərin geniş tətbiqinin şəffaflığın təmin edilməsinə, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılmasına və iqtisadi artıma müsbət təsirini qeyd edən məruzəçi çıxışında müasir dövrdə rəqəmsal ekosistemin inkişafında Mərkəzi Bankın rolundan, Azərbaycanda blokçeyn texnologiyalarının tətbiqi və kriptovalyutalardan istifadə perspektivlərindən bəhs edib.

“Smartkart və onun üstünlükləri” mövzusunda çıxış edən MDU-nun “İnformasiya texnologiyaları” kafedrasının müəllimi Şəbnəm Nəsirova smartkartların quruluşu və onların növləri haqqında məlumat verərək, respublikamızda smartkartlar vasitəsilə birbaşa ödəmə sistemlərinin inkişafı, təkmilləşdirilməsi və dünya ödəmə sistemlərinə inteqrasiyası barədə danışıb.

MDU-nun “İnformasiya texnologiyaları” kafedrasının müəllimi Nərmin Əhmədova “Elektron ticarətdə ödəniş sistemləri” mövzusunda çıxış edib. Müasir dövrdə elektron ödənişlərin internet-kommersiya və internet-bankçılığın inkişafı ilə geniş vüsət aldığını qeyd edən məruzəçi nağdsız ödənişlər zamanı müştəri məmnuniyyətinin artırılması, həmçinin bu ödənişlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində ölkədə aparılan məqsədyönlü tədbirlər barədə ətraflı məlumat verib.

Seminarda mövcud vəziyyətlə əlaqədar kiberhücumların artdığı bir şəraitdə rəqəmsal təhlükəsizlik məsələləri, MDU və “Kapital Bank” ASC-nin Mingəçevir filialı arasında əməkdaşlığın perspektivləri, o cümlədən rəqəmsal tətbiqlər vasitəsilə yeni əməkdaşlıq modellərinin qurulması imkanları və digər mövzularla bağlı müzakirələr aparılıb, tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib

Bəşir Hacıyev: 2026-ci ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200-dən çox evin tikintisi başa çatacaq

Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır

Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb

İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq

Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub

Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir

İKZF: Fond tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib

Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib

Forum çərçivəsində Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya işə başlayıb

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Xətai Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib

Vüqar Süleymanov: Ərazilərin minalarla çirklənməsi təbiətə də ciddi ziyan vurur

Ötən ay 141 mindən çox vətəndaş xüsusi şərtlərlə pensiya alıb

Bakıda Kukla Festivalının bağlanış mərasimi olub

Gert Jan Koopman: Aİ-yə üzv ölkələr həmrəylik göstərəndə mina sahəsində ortaya yaxşı iş qoya bilirik

Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb

Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Maliyyə naziri Samir Şərifov Tbilisidə bir sıra görüşlər keçirib

Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi

Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb VİDEO

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Viktor Orban: Avropa liderləri odla oynayırlar

Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar

Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda təşviq edir ŞƏRH

Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür

Şəhid övladları intellektual oyunda biliklərini sınayıblar

ATMU tələbələri peşəkar bacarıq və karyera imkanlarından faydalanmaqda maraqlıdırlar

HƏMAS İsrailin Qəzzada atəşkəs barədə təklifini nəzərdən keçirir

"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb

“Qiraət axşamı”nda Məhəmməd Füzulinin qəzəlləri səslənib

Nazir: Son 5 ildə Azərbaycanda minimum pensiya 2,5 dəfə artıb

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilir

Komitə sədri: Cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma lazımdır

Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb

Sahil Babayev: Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır

® Yüksək faizli depozit kampaniyası davam edir

Alimlər oranqutanın bitki ilə yaraları müalicə etməsini öyrənir

Gələn ay müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək

Mayın 15-dən iyunun 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Milli Xalça Festivalı ilə əlaqədar İçərişəhərə giriş məhdudlaşdırılacaq

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib

Polkovnik: Dünənki Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür

İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək

Nazir: Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılır

Ruandada güclü yağışlar nəticəsində 50-yə yaxın insan həlak olub

İcraçı direktor: Azərbaycan jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır

Birinci siniflərə qəbul üçün yaradılan alternativ qeydiyyat mərkəzlərində 767 valideynə dəstək göstərilib

Əhməd İsmayılov: Ölkəmizdə medianın obyektiv və qərəzsiz məlumat hazırlaması üçün hər cür şərait yaradılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar

Bu gündən birinci siniflərə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlanır

BANM ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq imkanları genişlənir

“Mahşərəf Məsturənin poeziyası” kitabı çapdan çıxıb

Paris Olimpiadasında qaçqınlar yığması ilk dəfə öz loqosu ilə yarışacaq

BMT 2026-cı ili “Beynəlxalq Qadın Fermerlər İli” elan edib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir

İrandan Azərbaycana 87 kiloqram narkotik vasitə gətirən Neftçala rayon sakini saxlanılıb VİDEO

Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür

Qızıl medal qazanan avarçəkən: Növbəti yarışlarda da birinci olmağa çalışacağam

Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

Laçının Sus kəndinə köç prosesi ilə əlaqədar keçirilən püşkatmada yaranan narazılığa aydınlıq gətirilib

Pakistanda avtobus qəzası nəticəsində 15 nəfər ölüb

DİN: Ötən gün 20 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanına abituriyentlərin qeydiyyatı sona yaxınlaşır

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra istifadəyə verilib VİDEO

Nasist liderin yaşadığı evdən 5 skelet tapılıb

BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb

Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub

Hüquq müdafiəçisi: Azərbaycan mədəniyyətlərarası dialoq məkanıdır

Braziliyada daşqınlar 30 nəfərin həyatına son qoyub

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-da aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib