Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Mingəçevir şəhəri Qafqazın ən böyük sənaye mərkəzlərindən birinə çevriləcək

Mingəçevir şəhəri Qafqazın ən böyük sənaye mərkəzlərindən birinə çevriləcək

Mingəçevir, 11 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Prezident İlham Əliyevin ötən ay Mingəçevirə səfəri çərçivəsində şəhərdə böyük sənaye parkının təməli qoyulub. Qeyri-neft sektorunun və Mingəçevirin sənaye potensialının inkişafına yönəlmiş bu addım şəhər ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.

AZƏRTAC xəbər verir ki, sənaye parkı hələ keçmiş sovetlər dövründə ölkəmizin yüngül sənayesinin əsas müəssisələrindən sayılan Mingəçevir Toxuculuq Kombinatının 14,8 hektar ərazisində salınacaq. Burada mahlıc, iplik, toxuculuq, boyama və tikiş sahələri üzrə müasir tələblər səviyyəsində 9 müəssisənin yaradılması nəzərdə tutulur.

Ötən əsrin 80-ci illərində şəhərdə fəaliyyət göstərən ittifaq əhəmiyyətli müəssisələrdən biri də Mingəçevir Toxuculuq Kombinatı idi. Həmin kombinatın işçisi olmuş Arif Mahmudov AZƏRTAC-a müsahibəsində həmin illəri xatırlayaraq deyib ki, ilk məhsulunu 1960-cı ilin aprel ayında istehsal edən müəssisədə işçi qüvvəsinin 85 faizini SSRİ-nin digər respublikalarından ezam olunan toxucular təşkil edirdi. Onlar illər keçdikcə bilik və bacarıqlarını yerli kadrlara da aşılayırdılar. Bakı Tikiş İstehsalat Birliyini sapla təmin etmək məqsədilə kiçik istehsalat sahəsi kimi fəaliyyətə başlayan kombinat böyük inkişaf yolu keçərək, Mingəçevirin ən iri istehsal obyektlərindən birinə çevrilmişdi. 33 millətin nümayəndəsinin çalışdığı bu müəssisə şəhərin ümumi sənaye məhsulunun 20 faizini istehsal edirdi.

Arif Mahmudov deyir ki, keçmiş ittifaq dövründə kombinatda 126 mühəndis-texnik, 4 mindən çox fəhlə çalışırdı. Burada istehsal olunan sap və parçanın daxili bazarla yanaşı, ittifaq respublikalarında, hətta xarici ölkələrdə də kifayət qədər alıcısı var idi. Lakin SSRİ-nin dağılması, ittifaq respublikaları arasında iqtisadi əlaqələrin kəsilməsi, beləliklə alıcı bazarının məhdudlaşması və avadanlıqların ehtiyat hissələrinin tapılmaması kombinatın tənəzzülünə səbəb oldu. Eyni zamanda, ölkədə pambıq istehsalının kəskin azalması əsas xammalla - mahlıcla təminatda da ciddi problem yaratdı. Arif Mahmudov 30 il əvvəl Mingəçevirdə əhalinin əsas iş yerlərindən olan Toxuculuq Kombinatının ərazisində daha müasir sənaye parkının inşasına qərar verilməsini böyük sevinc hissi ilə qarşıladığını, təcrübəli mütəxəssislərin yenidən işə cəlb olunmasını səbirsizliklə gözlədiyini qeyd edib. Əminliklə vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində Mingəçevir şəhəri yaxın illərdə Qafqazın ən böyük sənaye mərkəzlərindən birinə çevriləcək.

Həmsöhbəti olduğumuz şəhər sakinləri Zahid Qasımlı, Nüşabə Qədimli və Cəmilə İsayeva da Prezident İlham Əliyevin Mingəçevirə qayğısını yüksək qiymətləndirdiklərini bildiriblər. Onlar Mingəçevir Sənaye Parkının əhalinin məşğulluğunun təmin edilməsi ilə yanaşı, şəhər iqtisadiyyatının inkişafında da mühüm rol oynayacağını deyiblər.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin məsul işçisi Sahib Əliyev AZƏRTAC-a bildirib ki, şəhərin sənaye potensialının gücləndirilməsi, müasir infrastruktur və istehsal müəssisələrinin yaradılması, həmçinin yeni iş yerlərinin açılması istiqamətində görülən işlər uğurla davam etdirilir. Mingəçevir Sənaye Parkının yaradılması bu sahədə atılan ən mühüm addımlardan biridir. Artıq bununla bağlı müvafiq işlər görülür. Toxuculuq Kombinatının ərazisində söküntü işləri aparılıb, parkın təməlqoyma mərasimi keçirilib. Sənaye parkında rəqabətqabiliyyətli məhsulların istehsalı planlaşdırılıb. Burada pambıq iplik, akril iplik, yun iplik, corab məhsulları, ayaqqabı istehsalı, toxuma, parça boyama, tikiş və tibbi kosmetika müəssisələri inşa olunacaq.

Pambıq iplik müəssisəsində ilkin mərhələdə illik 10 min ton, növbəti mərhələdə isə 20 min ton pambıq iplik istehsalı nəzərdə tutulur. İlkin mərhələdə istehsal gücü 3 min ton olacaq akril və yun iplik müəssisəsi fəaliyyətə başladıqdan sonra ölkənin bu sahədə idxaldan asılılığı tam aradan qaldırılacaq. Corab məhsulları müəssisəsi ilkin mərhələdə Azərbaycanın corab məhsulları üzrə tələbatının 50 faizini təmin edəcək, ildə 35 milyon cüt corab istehsal olunacaq. Ayaqqabı fabriki illik 1,5 milyon cüt dəri ayaqqabı və xüsusi təyinatlı iş ayaqqabıları istehsal edəcək. Tibbi kosmetika müəssisəsində iplik fabrikinin pambıq mahlıcı və iplik tullantıları təkrar emal olunaraq, ondan müxtəlif məhsullar hazırlanacaq. İllik istehsal gücü 15 milyon metr toxuma məhsulları təşkil edəcək pambıq toxuma fabrikində Avropanın aparıcı şirkətlərinin avadanlığı quraşdırılacaq. İstehsal olunan xam parçanın boyanması məqsədilə sənaye parkının nəzdində boyama fabriki də istifadəyə veriləcək. Parkda Azərbaycanın və bütövlükdə Qafqazın ən nəhəng tikiş müəssisəsi də yaradılacaq. Burada Almaniya və Yaponiya istehsalı olan müasir tikiş avadanlıqları quraşdırılacaq, ildə 2 milyon ədəddən çox geniş çeşidli və müxtəlif təyinatlı geyim və tekstil məhsulları istehsal olunacaq. Bununla da hazır tekstil məhsulları və geyim üzrə idxaldan asılılıq azı 30 faiz azalacaq.

Mingəçevir Sənaye Parkında ilkin mərhələdə 2 min yeni iş yeri yaradılacaq. Park tam gücü ilə fəaliyyətə başladıqdan sonra iş yerlərinin sayı 5,5 minə çatdırılacaq. Orta aylıq əməkhaqqı 450-1500 manat olacaq. İxtisaslı kadrların hazırlanması məqsədilə parkın nəzdində müasir təlim-tədris mərkəzi açılacaq, xarici mütəxəssislərin iştirakı ilə müasir istehsal texnologiyaları və prosesləri üzrə yerli peşəkar gənc kadrlar hazırlanacaq. Eyni zamanda, vaxtilə Toxuculuq Kombinatında çalışan ixtisaslı kadrlar üçün də iş imkanları yaranacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib