İDMAN
Mixail Levaşov: “Arsenal”ın Avropa Liqasında “Neftçi”yə uduzmasının səbəbi onun Avropa kuboklarında təcrübəsinin olmaması deyil
![Mixail Levaşov: “Arsenal”ın Avropa Liqasında “Neftçi”yə uduzmasının səbəbi onun Avropa kuboklarında təcrübəsinin olmaması deyil](/files/2019/2/1200x630/1564747161443948463_1200x630.jpg)
Bakı, 2 avqust, AZƏRTAC
Rusiyanın “Arsenal” komandasının futbolçuları Azərbaycanın “Neftçi” klubu ilə hər iki matçda uduzaraq Avropa Liqasından kənarda qalıblar. AZƏRTAC xəbər verir ki, Tula komandasının qapıçısı Mixail Levaşovun fikrincə, “Arsenal”ın uduzmasının səbəbi onun Avropa kuboklarında təcrübəsinin olmaması deyil.
“Arsenal” səfərdə “Neftçi”yə 0:3 hesabı ilə uduzub. Tulada keçirilmiş birinci matçda da Rusiya komandası məğlubiyyətə uğrayıb (0:1).
Levaşov deyib: “Oyunun birinci yarısında biz çox yaxşı oynayırdıq, rəqiblərimiz üçün təhlükəli anlar yaradırdıq. Bizim Avropa Liqasında oyun təcrübəmizin az olmasını bəhanə gətirmək olmaz. Bu adi matçdır, mən onu başqa oyunlardan fərqləndirmirəm. Avropa kuboklarında çıxış etmək bütün Tula futbolçuları üçün mühüm hadisə idi”.
Tula komandasının qapıçısı daha sonra əlavə edib: “Nə baş verdiyini hələ də anlaya bilmirik. Qarşıda bizi çempionatın mühüm oyunları gözləyir, ona görə bu məğlubiyyəti unutmağa çalışacağıq”.
“Neftçi”nin “ev matçı”nda qələbəsi onun turnirin növbəti raunduna çıxmasına imkan yaradıb. Komandamızın Avropa Liqasında növbəti rəqibi İsrailin Bney İyequda” klubu olacaq. Rəqiblər avqustun 8-də Bakıda və avqustun 8-də Təl-Əvivdə görüşəcəklər.