CƏMİYYƏT
Mobil telefonların aksesuarları ilə birlikdə ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 2 oktyabr, AZƏRTAC
Mobil telefonların aksesuarları ilə birlikdə ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan “Mazda 3” markalı minik maşını ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı avtomobilin salonunda, torpedanın içindən aksesuarları ilə birlikdə 1 ədəd “Samsung Galaxy A7”, 2 ədəd “Samsung Galaxy A 20”, 3 ədəd “Samsung Galaxy A 40”, 2 ədəd “Samsung Galaxy A 10”, 2 ədəd “Samsung Galaxy A 30”, 2 ədəd “Samsung Galaxy A50”, 3 ədəd “Redmi Note 7”, 2 ədəd “Mi A2 lite” markalı mobil telefon aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.