RƏSMİ XRONİKA
MOLDOVA PREZİDENTİ VLADİMİR VORONİNİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
HEYDƏR ƏLİYEV ADINA BEYNƏLXALQ HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC xəbər verir ki, aprelin 23-də Moldova Respublikasının Prezidenti Vladimir Voronin Azərbaycana rəsmi səfərə gəlmişdir.
Hər iki ölkənin dövlət bayraqlarının asıldığı Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Moldova Prezidenti Vladimir Voronini təyyarənin pilləkəni yanında Azərbaycanın Baş naziri Artur Rasizadə və digər rəsmi şəxslər qarşıladılar.
Milli geyimli uşaqlar Moldova rəhbərinə gül-çiçək dəstəsi təqdim etdilər.
Qarşılanma mərasimindən sonra hava limanının ali qonaqlar üçün salonunda Prezident Vladimir Voronin və Baş nazir Artur Rasizadə arasında qısa protokol söhbəti oldu.
Moldova Prezidenti hava limanından fəxri motosikletçilər dəstəsinin müşayiəti ilə onun üçün ayrılmış iqamətgaha yola düşdü.
######