DÜNYA
Monteneqronun Baş naziri əhalini elektrik enerjisi və yanacaqdan qənaətlə istifadə etməyə çağırıb
Podqoritsa, 21 iyun, AZƏRTAC
Monteneqronun Baş naziri Dritan Abazoviç ölkə vətəndaşlarını elektrik enerjisi və yanacaqdan qənaətlə istifadə etməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, hökumətin yanacağın yüksək qiymətlərinin vətəndaşlara təsirinin minimuma endirilməsi üçün əlindən gələni etdiyini bildirən Baş nazir payız fəslində ölkədə ən böyük narahatlığın təkcə enerji böhranı deyil, həm də ərzaq problemi olacağını deyib.
Vətəndaşları elektrik enerjisi və yanacaqdan qənaətlə istifadə etməyə çağıran D.Abazoviç bunun həyat tərzini dəyişmək çağırışı olmadığını, lakin bütün dünyanı çətin bir il gözlədiyini və bu proseslərin Monteneqrodan da yan keçməyəcəyini qeyd edib.
Baş nazir bildirib ki, koronavirus pandemiyası dövründə olduğu kimi, bu vəziyyətdən ən yaxşı şəkildə ağıllı siyasətlə və regional əməkdaşlıqla çıxmaq olar.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]
Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub
- 03.05.2024 [15:47]
Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb
- 03.05.2024 [15:16]
Milanda içki satışına bəzi qadağalar qoyulub
- 03.05.2024 [15:03]
Vyetnamda qidadan 487 nəfər zəhərlənib
- 03.05.2024 [15:01]
Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib VİDEO
- 03.05.2024 [14:40]