CƏMİYYƏT
Monteneqronun əmək və sosial rifah naziri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub
![](/files/galleryphoto/2023/1/1200x630/16778479022761718974_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16778479024836014041_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16778479025304123496_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16778479026164825776_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16778479024803820225_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1677847902250505710_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16778479023239636720_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16778479024868033981_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1677847903992817171_1200x630.jpg)
Bakı, 3 mart, AZƏRTAC
Monteneqronun əmək və sosial rifah naziri Admir Adroviçin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev qonaqları mərkəzin fəaliyyəti ilə tanış edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mərkəzlə tanışlıq zamanı nümayəndə heyətinə ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası, cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi sahəsində aparılan işlər barədə məlumat verilib.
Qeyd olunub ki, 2021-ci ilin oktyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə Bakıda açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi əlilliyi olanların, şəhid ailələri üzvlərinin, digər həssas qrupların yaradıcı potensialının inkişafına və cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəz Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər çoxşaxəli fəaliyyət sahələrini əhatə edən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır.
Burada həssas qruplar rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, xalçaçılıq, toxuma, bədii oyma, floristika, audio-səsyazma, fotoqrafiya, kulinariya, səhnə ifaçılığı, kapoeyra və s. fəaliyyət sahələri üzrə təlimlərdə iştirak edirlər. Onlarla əlaqədar fərdi inkişaf planı əsasında kompleks reabilitasiya işləri də aparılır.
Monteneqrodan gələn nümayəndə heyəti mərkəzdə əhalinin həssas qruplarının yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün yaradılan şəraitlə və təlim prosesi, benefisiarların hazırladıqları əl işləri, yaradıcılıq nümunələri ilə tanış olub.