Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu Məzunları Assosiasiyasının “MGİMO Journal” nəşrində Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsi dərc olunmuşdur

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu Məzunları Assosiasiyasının “MGİMO Journal” nəşrində Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsi dərc olunmuşdur

Bakı, 8 avqust (AZƏRTAC). Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) Məzunları Assosiasiyasının “MGİMO Journal” nəşrinin 2013-cü il avqust buraxılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsahibəsi dərc olunmuşdur. AZƏRTAC müsahibəni təqdim edir:

Azərbaycan Prezidenti Administrasiyasının binası Bakının ən hündür nöqtələrindən birində yerləşir. Buradan şəhər buxtasında dalğalanan nəhəng dövlət bayrağı, alov dilləri formasında olan 3 göydələndən ibarət “Flame Towers” kompleksi, dənizkənarı bulvar gözəl görünür...

İlham Əliyev MDBMİ Məzunlarının Forumundan yenicə qayıtmışdır. O, Forumda böyük auditoriya qarşısında çıxış etmiş, sonra uzun illər görmədiyi tələbə dostları, müəllimləri, eləcə də seminar apardığı, zaçot götürdüyü keçmiş tələbələri ilə görüşmüşdür. Söhbətdən əvvəl “MGİMO Journal”ın Foruma həsr olunmuş xüsusi nömrəsini vərəqləyərkən o, tez-tez tanış simalara rast gəlib deyirdi: “Bu isə Medavoydur?! Onu yaxşı xatırlayıram. O, həmişə səliqəli, qədd-qamətli idi. Özü də indiyədək işləyir?! Afərin...”

- Yeri gəlmişkən, Siz oxuyan zaman MDBMİ-nin rektoru olmuş Nikolay İvanoviç Lebedev də əla formadadır. O, Forumun fəxri qonağıdır.

- Mən ona böyük hörmətlə yanaşıram və bu gün çıxışımda bu barədə dedim. Bir qədər əvvəl biz onunla iki saat birlikdə olduq, həmin vaxtları xatırlayırdıq. Nikolay İvanoviç ən xoş sözlərə layiqdir: döyüş yolu keçmiş, prinsipial, hər zaman ləyaqətini qoruyan əsl liderdir. Onun rəhbərliyi altında MDBMİ inkişaf edirdi, ölkənin aparıcı ali məktəbi idi! Anatoli Vasiliyeviç Torkunov bu ənənələri bərpa etdi. Mən bu haqda da Forumda dedim. Biz məzunlar fəxr edirik ki, MDBMİ nəinki Rusiyanın, hətta dünyanın aparıcı ali məktəblərindən biridir. Bir çox azərbaycanlı məzun sizə deyər ki, MDBMİ-də yiyələndikləri baza, aldıqları biliklər onlara bu günə qədər Azərbaycanda ən yüksək vəzifələrdə çox kömək edir.

- Prezident postundan daha məsuliyyətli vəzifə təsəvvür etmək çətindir. Bizim məzunun dövlət başçısı olması nadir situasiyadır. Ümumiyyətlə, azərbaycanlı məzunların MDBMİ ailəsində xüsusi yeri vardır: Sizin qızınız Leyla MDBMİ-nin Azərbaycan Klubunun prezidenti və MDBMİ Məzunlarının Azərbaycan Assosiasiyasının sədridir. Assosiasiyanın katibi Ruslan Əliyev isə universitetdə böyük perspektivləri olan ekologiya və təbiətdən istifadə kafedrasını yaratmış və ona başçılıq edir...

- Ona görə də MDBMİ-nin Forumunun Azərbaycanda keçməsi məntiqə uyğundur.

- Fürsətdən istifadə edib Azərbaycanın bizi çox gözəl qarşıladığına görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. “Alov qüllələri”, Heydər Əliyev Mərkəzi kimi ən müasir binaları ilə hamımızı heyran qoyan Bakı haqqında ayrıca danışmaq lazımdır…

- Bəli bunlar Bakının yeni rəmzləridir. Onlar Bakının urbanizasiya prosesində meydana gəlmişdir. Düşünürəm ki, biz bir tərəfdən müasir arxitektura ideyalarına özünü ifadə etmək imkanı verməyə, eyni zamanda, keçmişi qoruyub saxlamağa müvəffəq olmuşuq. Müasir binalar şəhərin tarixi siması ilə ziddiyyət təşkil etməməlidir. Bizdə arxitektura yeniliklərini bu nöqteyi-nəzərdən qiymətləndirən ekspert qrupları fəaliyyət göstərir.

- “Alov qüllələri” heyrətamiz ideyadır! O necə yarandı?

- Azərbaycan Odlar diyarıdır. Şəhərin müxtəlif yerlərində qədim dövrlərdən yerin altından alov püskürür. Ona görə də Bakının gerbində üç alov dili hər zaman olmuşdur. Obrazlı desək, alov, yanğı Bakı üçün, xalqımız və cəmiyyətimiz üçün təbii haldır. Ona görə də arxitektorun alov dillərinin proyeksiya olunduğu və onların xüsusilə gecələr məşəl kimi “yandığı” binalar kompleksi ucaltmaq ideyası şəhərə xüsusi görkəm verir. Ancaq bizim ənənəvi rəmzlərimiz də vardır. Bu, ilk növbədə, orta əsrlər abidəsi olan Qız qalasıdır. Köhnə şəhərdə gəzərkən orta əsr mühitinə düşürsən, lakin yolu keçib sahilyanı küçəyə çıxmaq kifayətdir ki, özünü müasir şəhərdə hiss edəsən.

- Və nəhəng bayraq görünür. Deyirlər ki, dünyada ən böyük dövlət bayrağıdır...

- Əlbəttə, onun dünyada ən böyük olması məqsəd deyildi. Məqsəd bu ərazinin görkəmini dəyişmək, abadlaşdırmaq idi. Axı əvvəllər bu rayonda zavodlar və hərbi dəniz bazası yerləşirdi. Onu biz başqa yerə köçürdük, indi burada, bayrağın yaxınlığında təqribən 5 hektar sahədə Dövlət Bayrağı Muzeyi də fəaliyyət göstərir. Bu kompleksin ətrafında ümumi ərazi 60 hektardır. Bundan ötrü biz dənizkənarı bulvarın uzunluğunu 3,5 kilometrdən 14 kilometrə çatdırdıq! Düz də etdik. Çünki bura çox əlverişli yerdir, demək olar ki, şəhərin hər bir nöqtəsindən görünür.

- “Alov qüllələri” və bayraq yəqin ki, azərbaycanlıların milli özünüdərkinin möhkəmlənməsinə xidmət edən rəmzlərdir.

- Şübhəsiz.

- Bizdə - Rusiyada artıq 20 il olar ki, milli ideyamız nədir sualı ətrafında baş sındırırlar. Bəs siz öz milli ideyanızı necə ifadə edirsiniz?

- İlk növbədə bu, müstəqillikdir. Ötən əsrin 90-cı illərinin əvvəllərini müxtəlif cür qəbul etmək olar. Lakin hər şeydən əvvəl bu, müstəqillik əldə etmək şansı qazanmaq və müstəqil Azərbaycan dövlətini qurmaq məqamı idi. XX əsrin əvvəlində də bizim belə təcrübəmiz olmuşdu, lakin qısa müddətli, cəmi 2 il. Azərbaycanın müstəqillik ideyasının inkişafı və azərbaycanlıların identifikasiyası ölkənin uğurlu inkişafına əsaslanır. Müstəqillik illərində, - bu, hələ qısa bir müddət, cəmi 21 ildir, - ictimai sistemin və iqtisadi əlaqələrin tam transformasiyası baş verdi. Bu gün Azərbaycan regionda və dünyada möhkəm mövqeləri olan dövlətdir. Bir qədər əvvəl Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi isə bu qurumun 5 daimi üzvü sırasına daxil olmayan hər hansı dövlətin beynəlxalq fəallığının zirvəsidir. Əlbəttə ki, bu fonda bayraq, gerb, himn kimi dövlət rəmzləri, həmçinin Bakının və digər şəhərlərin simasının dəyişməsi gənclərin vətənpərvərlik, Vətənə məhəbbət, öz ölkəsinə görə qürur hissi keçirmək ruhunda tərbiyə olunması, cəmiyyətdə müsbət əhval-ruhiyyənin yaradılması vasitəsidir. Azərbaycanda ictimai şüur, insanların əhval-ruhiyyəsi, onların, xüsusilə gənclərin həyata münasibəti çox müsbətdir, siz yəqin ki, bunu hiss etdiniz. Axı vacib olan təkcə statistik göstəricilər və ümumi daxili məhsul deyil, həmçinin insanların özlərini necə hiss etmələridir.

- Mən bunu həqiqətən də hiss etdim. Bu mənə Sizin MDBMİ-də dərs dediyiniz illərdə ölkədə, gənclərdə fəal həyat mövqeyi formalaşdırmağa dair göstərişin olduğunu xatırladır. Bu, yəqin ki, Sizin yadınızdadır?

- Yadımdadır, düzgün göstərişdir! Mən onu alqışlayıram!

- Dərs demək asan məsələ deyil, hətta bəziləri hesab edirlər ki, qədri bilinməyən işdir. Digər tərəfdən isə güclü enerji mübadiləsidir!

- Razıyam, mən dərs deməyə institutu bitirəndən bir neçə il sonra, hələ aspirant ikən başladım. Mən tələbələrin hisslərini gözəl başa düşürdüm, demək olar ki, qəlbən hələ onların, auditoriyada oturanların yanında idim. Odur ki, mən daim onlara kömək etməyə, dəstək olmağa, hətta qiymətlərini bir qədər artırmağa çalışırdım. Düşünürəm ki, mən pis müəllim deyildim və o vaxtları yaxşı xatırlayıram. Ancaq bu gün Forum vaxtı dərs dediyim uşaqlar mənə yaxınlaşanda açığını deyim, hamını xatırlaya bilmirdim - mənim tələbələrim çox idi! Onlar təkcə Moskvada, Rusiyanın digər şəhərlərində deyil, Mərkəzi Avropa ölkələrində də yaşayır və işləyirlər. Mən hər dəfə onlara rast gələndə həqiqi mənada yaxşı hisslər keçirirəm! Əlbəttə ki, Forumda köhnə institut dostlarımla çox böyük sevinclə görüşdüm. Məsələn, Sergey Abakumovla. O, komsomol təşkilatının katibi, mən isə tələbə idim, amma biz dostluq edirdik. Yeri gəlmişkən, onun bizim Forumun keçirilməsində böyük rolu vardır. Mən bir yerdə oxuduğum, daha sonra işlədiyim bir çoxlarını da yada sala bilərəm, həyatımın 15 ili institutla bağlıdır!

- MDBMİ-dəki yeniliklərdən nə dərəcədə xəbərdarsınız? Bizim saytımıza daxil olursunuzmu? Rektor A.V.Torkunov yeni müddətə seçiləndən sonra universitetin qarşısında iddialı yeniləşmə vəzifələri qoymuşdur.

- Əfsus ki, sayta çoxdandır baxmıram, ancaq rektorla mütəmadi əlaqə saxlayıram, son illər Anatoli Vasiliyeviç dəfələrlə Bakıda olmuşdur. O, məni yeniliklər barədə məlumatlandırır. Amma deyə bilmərəm ki, institutun gündəlik fəaliyyətini izləyirəm - sadəcə, buna vaxt yoxdur.

- 2014-cü ildə MDBMİ 70 illik yubileyini qeyd edəcəkdir. Altmış illikdə Sizin çıxışınızı xatırlayıram, bu, əsl hadisə idi. Qarşıdan gələn yubileydə çıxış etməyi planlaşdırırsınızmı?

- Bilirsiniz, mən 1984-cü ildə MDBMİ-nin 40 illik yubiley bayramında iştirak etmişdim. Mərasim İttifaqlar Evinin Sütunlu zalında təşkil olunmuşdu. Düzdür, mən o vaxt zalda əyləşmişdim, çünki hələ aspirant idim. Bayram mərasimini isə Nikolay İvanoviç Lebedev aparırdı. 1994-cü ildə təntənələrdə iştirak etməyə imkanım yox idi, 2004-cü ildə, doğru qeyd etdiyiniz kimi, yubileydə çıxış etmişdim. Odur ki, 2014-cü ildə imkan olsa, çıxış etməyə şad olaram.

- Forum başa çatdı və ünsiyyətdə olmaq çox gözəl idi! Sizcə, bu Forum MDBMİ həmrəyliyinin inkişafına təkan verdimi?

- Bəri başdan deyim, şübhəsi ki, verdi. Bu, institutumuzun tarixində rəmzi hadisədir. Forum göstərdi ki, biz bir yerdəyik və bir-birimizlə əlaqələri həqiqətən də itirməmişik. Bəlkə də belə geniş tərkibdə görüşmürdük, lakin əminəm və öz təcrübəmdən bilirəm ki, biz heç vaxt əlaqələrimizi itirməmişdik. Yəni, birincisi, Forum göstərdi ki, bizim bir yerə yığışmağa böyük həvəsimiz var. O, bizim - müxtəlif sahələrdə: siyasətdə, diplomatiyada, biznesdə, jurnalistikada və digər sahələrdə böyük uğurlar qazanmış bir çox insanların birliyini göstərdi. Bu, bir daha təhsilin yüksək səviyyəsinə dəlalət edir. İkincisi, Forum bizə MDBMİ-yə münasibətimizi, instituta sevgimizi nümayiş etdirməyə imkan verdi. İnkişaf nədədir? Düşünürəm ki, gələcəkdə biz Forumu - əlbəttə, MDBMİ rəhbərliyi ilə məsləhətləşmələrdən sonra - diskussiya meydanına transformasiya edəcəyik. Diskussiyalar əsasında ola bilsin ki, mühüm xarici siyasi təşəbbüslər işlənib hazırlanacaqdır.

- Yəni, bu, daha çox işgüzar görüş olacaq, nəinki sadəcə xoş ünsiyyət?

- Əlbəttə, işgüzar, həm də xoş ovqat yaradan görüş! Bakıda Forum iştirakçılarının həm istirahət etmək, həm şəhəri gəzmək, həm cavanlıqda olduğu kimi dost masası arxasında oturmaq, həm də müasir beynəlxalq münasibətlərin mühüm məsələlərini, ekologiya, təhsil problemlərini və s. müzakirə etmək imkanı oldu. Gələcəkdə bu diskussiyalarda iştirak etmək üçün Foruma MDBMİ-yə aidiyyəti olmayan tanınmış siyasətçiləri, ictimai xadimləri dəvət etmək olar. Mən Forumun gələcəyini belə görürəm. Forumdakı çıxışımda mən bundan sonra da MDBMİ-nin forumlarının Bakıda keçirilməsinə hazır olduğumuzu bildirdim. Biz çoxlu belə tədbirlər keçiririk - bir neçə gün bundan əvvəl Davos Forumuna ev sahibliyi etmişdik, keçən il Krans Montana Forumu oldu. Biz Sivilizasiyaların Alyansı - Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu, digər beynəlxalq tədbirləri keçiririk. Düşünürəm ki, MDBMİ Forumu bu sırada öz layiqli yerini tutacaqdır.

- Mən gördüm ki, Sizin ideyanız auditoriya tərəfindən bəyənildi. Burada təəccüblü bir şey yoxdur, Forum yüksək səviyyədə keçirilmişdir.

- Zənnimcə, əgər səsvermə keçirsəydik, auditoriyanın tam əksəriyyəti lehinə səs verəcəkdi!

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Magistraturaya ən aşağı müsabiqə vəziyyətinin olduğu sahələrin adları açıqlanıb

İşğaldan azad olunmuş ərazilərə səfəri təşkil olunan diaspor nümayəndələrinin sayı açıqlanıb

Ceff Bezos “Amazon”un 5 milyard dollarlıq səhmlərini satışa çıxaracaq

Azərbaycanı Cənubi Koreyada təmsil edəcək parataekvondoçular müəyyənləşib

ADİMU məzununun quruluş verdiyi əsər Gənc Tamaşaçılar Teatrının səhnəsində

Ali məktəblərin magistratura səviyyəsinə ayrılmış plan yerinin 84.69 faizi dolub

Salyanda pambıq sahələrinə bioloji mübarizə üçün trixoqramma həşəratı buraxılıb

Tramp rəqibi Baydenin seçki yarışından çəkiləcəyini düşünür

Paytaxt məktəblərinin məzunlarına attestatlar verilir

İranda prezident seçkilərinin ikinci turu öncəsi sükut günü başlayıb

6 qitədən, 65 ölkədən 350-yə yaxın çaynik kolleksiyası - REPORTAJ

AFFA rəsmisi Emin Cəfərov UEFA-dan təyinat alıb

Hindistanın Assam ştatında daşqınlar 1,6 milyon insana ziyan vurub

® “Bakcell” ölkədə ilk dəfə VoWiFi texnologiyasını təqdim edib

Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanı təşkil olunacaq

Lionel Messi Amerika Kubokunun 1/4 final mərhələsinin oyununu buraxa bilər

BANM-də “Açıq qapı” günü

Çindən Bakıya Orta Dəhlizlə müntəzəm konteyner blok qatarların göndərilməsinə başlanılıb

Azərbaycan Prezidenti: Bölgədə davamlı sülhün bərqərar olunması prosesinə ABŞ-ın hər zaman dəstək vermək əzmini təqdir edirik

Prezident İlham Əliyev: Azərbaycan ABŞ ilə münasibətlərinə xüsusi əhəmiyyət verir

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Cozef Baydenə

Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında görüş keçirilib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı bir sıra qaydalar təsdiqlənib

AQTA sədri Ağdam rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək

Lənkəranın bir sıra kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Qarsda “Qərbi Azərbaycana qayıdış” mövzusunda forum keçirilib

Bu il “SABAH” qruplarından 1066 tələbə məzun olur

Azərbaycan ilə Özbəkistan mərkəzi bankları arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bülbül vokal məktəbi” tələbə qəbulu elan edir

Taxıl sahələrinin 62,8 faizində biçin başa çatıb - 2 milyon tondan çox məhsul yığılıb

Dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısının, onların geyim formasının, fərqlənmə nişanlarının təsvirinin və daşınması Qaydasının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Braziliya millisinin tanınmış üzvü İtaliya klubuna keçib

Sürət qatarı sayəsində Ankaradan İstanbula 80 dəqiqə ərzində çatmaq mümkün olacaq

Ötən gün 2 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb

Azərbaycan və Ukrayna münasibətlərinə həsr olunan kitabın növbəti cildi çapdan çıxıb

DİN: İyulun 3-də 3 tüfəng təhvil götürülüb, axtarışda olan 2 nəfər istintaqa təhvil verilib

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ötən dövrdə 570-dək benefisiar təlimlərə cəlb olunub

DİN: Ötən gün 31 cinayətin üstünün açılması təmin olunub

Azərbaycan millisinin futbolçusu Polşa klubundan ayrılıb

Birinci yarımildə Energetika Nazirliyinə 3 minə yaxın zəng daxil olub

XİN: İQAK-ın Azərbaycanla bağlı ictimai bəyanatı hüquqi baxımdan sual yaradır

Belarus ŞƏT-in tamhüquqlu üzvü oldu

İyulun 7-də 47500-dən çox abituriyentin II və III ixtisas qrupları üzrə imtahan verməsi gözlənilir

Bu gün Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir

Qobustan rayonunda təsərrüfatların 90 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Astanada ŞƏT-in Zirvə toplantısı keçirilir

İraqın Ali Məhkəmə Şurasının sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib VİDEO

Dünya birjalarında neft ucuzlaşıb

Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başlayıb

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Göyçayda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanılıb

Azərbaycan nefti ucuzlaşıb

Bu ilin 6 ayı ərzində 10 rayonda keçirilmiş Aqrar Biznes festivallarında 6756 fermer iştirak edib

Paytaxtın 4 rayonunun qaz təchizatında fasilə yaranacaq

Çində süni intellekt sənayesinin həcmi 70 milyard dolları ötüb

Əlilliyi olan daha 18 gənc Türkiyəyə təcrübə kursuna yola salınıb

Otuz ildən artıq məhkumluq həyatı yaşayan Saatlı sakinindən “Makarov” götürülüb

Prezident İlham Əliyevin Astana Sammitində iştirakı Azərbaycana bir sıra üstünlüklər qazandırır - ŞƏRH

ABŞ Yaponiyada 48 ədəd F-35A qırıcısı yerləşdirməyi planlaşdırır

Yaponiyada 5,4 bal gücündə zəlzələ baş verib

CNN: İsrail və HƏMAS atəşkəs razılaşmasına yaxındır

Ali Radanın deputatı: Ukraynaya F-16 qırıcıları bu ay gətiriləcək

Paytaxtın Mikayıl Müşfiq küçəsində avtobusların hərəkəti məhdudlaşdırılır

Sorğu: Amerikalıların 80 faizi Baydenin yenidən prezident seçilmək üçün çox yaşlı olduğunu düşünürlər

Beyindəki zaman hüceyrələri alimləri təəccübləndirib

Estoniya əcnəbilərin ölkədə hərbi təlim keçməsinə icazə verilməsini təklif edib

İspaniyadakı qəbiristanlıqlar Günəş enerjisi sahələrinə çevriləcək

ABŞ Ukraynaya 2,3 milyard dollarlıq yardım paketini təsdiqləyib

COP29 iştirakçı ölkələr üçün iqlim böhranının həlli istiqamətində konkret addımlar atmağa bir fürsətdir

ABŞ-da sursat istehsal edən zavodda partlayış olub, xəsarət alanlar var

İsraildə Qərbi Nil qızdırmasından 11 nəfər ölüb

Araşdırma: 390 min insanın məlumatları əsasında multivitaminlərin ömrü uzatmadığı müəyyənləşib

İsrail girovlarla bağlı HƏMAS-dan cavab aldığını bildirib

Ağ ev: Bayden seçki kampaniyasını tərk etməyi düşünmür

Altı nəfərin həyatına son qoyan “Beril” qasırğası Yamaykaya doğru irəliləyir

Avropa çempionatı: Azərbaycan güləşçisi ikinci olub

Astanada nümayəndə heyətlərinin başçılarının şərəfinə qeyri-rəsmi şam yeməyi verilib

Prezident İlham Əliyev: Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir

Si Cinpin: Azərbaycan və Çin yaxşı dostlardır, yaxşı tərəfdaşlardır

Bayden Ukraynaya əlavə 150 milyon dollar hərbi yardım göndərilməsi barədə göstəriş verib

XİN: Astana görüşü Azərbaycanın, Pakistanın və Türkiyənin strateji tərəfdaşlıq əlaqələrinin yeni istiqamətlərdə genişlənməsinə təkan verəcək

Ayxan Hacızadə: Azərbaycan və Çin liderlərinin görüşü bir daha göstərdi ki, ölkələrimizin siyasi əlaqələri tarixinin ən yüksək səviyyəsindədir

Özbəkistanda Qeyri-Maddi Mədəni İrs İnstitutu yaradılır

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

Ankarada keçirilən təlimlərdə media nümayəndələrinə müdafiə mexanizmlərindən istifadənin yolları öyrədilib

Türkiyə və Rusiya prezidentləri ticarət əlaqələrinin genişləndirilməsini müzakirə ediblər

Türkiyə müdafiə şirkətlərinin məhsulları dünyanın 185 ölkəsində uğurla istifadə edilir

Zaqatala Suvarma Sistemləri İdarəsinin əməkdaşı iş başında dünyasını dəyişib

Türkiyə inşaatçıları 6 ayda xaricdə 7,6 milyard dollarlıq sifarişlər alıblar

Çinin Sian şəhərindən Bakıya həftəlik yük qatarı marşrutu istifadəyə verilib VİDEO

Peterburq Beynəlxalq Hüquq Forumunda cinayətlərin profilaktikası barədə Azərbaycan təcrübəsindən danışılıb

Yazıçı Vladimir Boqomolovun anadan olmasının 100 ili tamam olur

Londonda avtobus dayanacağında tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb

A.Mirzoyan: Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdır

Britaniyada parlament seçkiləri: Leyboristlər qalib olacaqları təqdirdə nələr vəd ediblər?

Məscidlərdə vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsahibənin nəticəsi açıqlanıb

İrakli Kobaxidze: Gürcüstan regionda təhlükəsiz və sabit mühitin yaradılmasına töhfə verməyə hazırdır

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü