Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Müstəqilliyə gedən yolda 30 avqust tarixi

Müstəqilliyə gedən yolda 30 avqust tarixi

Bakı, 31 avqust, AZƏRTAC

Hər bir xalqın tarixi keçmişi bəlli bir təsir gücündə onun gələcəyini müəyyənləşdirən amillərdən biridir. Azərbaycan xalqının tarixi azadlıq, müstəqillik, bərabərlik və ədalət uğrunda mübarizələrdən ibarətdir. Əsrlər boyu davam etmiş, zaman-zaman qazanılmış, itirilmiş və yenidən qazanılmış bu azadlıqlar xalqın mübarizlik ruhunu həmişə qidalandırıb. XIX əsrin əvvəllərində xanlıqların Rusiya tərəfindən istilası başa çatdığı zamandan xalqın cəsarətli ziyalıları tarixi dövlətçiliyimizi bərpa etmək üçün daim azadlıq mücadiləsi aparıblar. Bir əsrdən çox davam edən bu mübarizə I Dünya müharibəsindən sonra baş verən qlobal transformasiyalar şəraitində xalqımızı ilk böyük qələbəyə çatdırıb. 1918-ci ildə Türk dünyasının respublika quruluşlu ilk dövləti - Azərbaycan Xalq Cümhuriyyəti meydana gəlib. Ulu Öndər Heydər Əliyev tariximizin bu möhtəşəm anı haqqında belə deyirdi: “1918-ci ildə Azərbaycan xalqı müdrik oğullarının fəaliyyəti nəticəsində öz müstəqilliyinə nail ola bildi və Xalq Cümhuriyyəti yarandı. Bununla da Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı. Xalq Cümhuriyyəti qısa, yəni, 23 aylıq fəaliyyəti dövründə çox işlər gördü. Bu işlərin ən mühümü isə Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarının qurulması oldu. İlk Azərbaycan dövlətinin, hökumətinin təsisatları məhz həmin dövrdə yarandı”.

Təəssüf ki, o zaman xalqımızın azadlıq və müstəqillik sevinci uzun sürmədi. Yenicə başa çatmış dünya müharibəsinin dağıntıları aradan qalxmamış beynəlxalq imperializm yeni müstəmləkəçilik siyasətini işə saldı. Azərbaycan Xalq Cümhuriyyəti yenidən işğala və müstəmləkə asılılığına düçar oldu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

O qeyd edib ki, 70 il sovet imperiyasının tərkibində öz mövcudluğunu sürdürən Azərbaycan azadlıq savaşını bir an belə dayandırmadı. Bu yolda minlərlə insan öz həyatını itirdi, lakin xalq azadlıq amalından dönmədi. 1980-ci illərin sonu və 1990-cı ilin əvvəllərində dünya yenidən qlobal miqyaslı ictimai-siyasi çaxnaşma ilə üzləşdi. Sovet imperiyasının süqutu başladı. Belə bir zamanda Azərbaycan öz müstəqilliyini bərpa etmək və yenidən azadlığına qovuşmaq üçün mücadiləyə qalxdı. “Ya indi, ya da heç zaman” dilemmasını müstəqilliyin xeyrinə həll etmək xalqın qarşısında duran ən böyük həyati çağırış idi. Həmin dövrdə ölkədə baş verən siyasi kataklizmlər dalğasında hakimiyyətin bir qrup səbatsız psevdo-siyasətçilərin əlinə keçməsi qazanılması mümkün olan müstəqilliyimizi ciddi sual altına qoymuşdu. Belə bir şəraitdə xalqın ən böyük idealını gerçəkliyə qovuşdurmağın yolunu və üsullarını bilən yeganə siyasətçi Heydər Əliyev idi. Odur ki, Azərbaycanın müstəqilliyini qəbul etmək istəyən xarici qüvvələr onlara qulluq edən daxili xəyanətkarların vasitəsilə Heydər Əliyevin hakimiyyətə yaxınlaşmasını hər vəchlə önləməyə çalışırdılar. Bütün maneələrə və özünün ahıl yaşına baxmayaraq Heydər Əliyev azadlıq və müstəqillik mübarizəsindən geri çəkilmədi. Əksinə həyatının qalan hissəsini də xalqın azadlığı və xoşbəxtliyi uğrunda mübarizəyə həsr etdiyini qürurla və cəsarətlə bəyan etdi.

Ölkəmizin təcavüzə məruz qaldığı və torpaqlarımızın işğal olunduğu ağır bir zamanda 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi. Bu isə ona ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etməsinə yeni imkanlar yaratdı. Qəbul etdiyi ilk qərarlardan biri Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar oldu. Daha sonra qəbul edilmiş tarixi qərarlarla Naxçıvanın müdafiəsi və blokada şəraitində yaşaması və mübarizə aparması təmin olundu. Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrildi. Müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada Heydər Əliyev tərəfindən müəyyənləşdirildi.

“Hələ1990-cı ilin noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Soveti üçrəngli Cümhuriyyət bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı kimi təsbit olunması barədə qərar qəbul etdi. Həmin Qərarda yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması Azərbaycan Respublikasının ali qanunverici orqanına təklif edilmişdi. Sessiyada qəbul edilən cəsarətli qərarlardan biri də Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist” sözlərinin götürülməsi oldu. Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirildi və Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırıldı. Ölkə ərazisində baş vermiş və baş verməkdə davam edən bütün qeyri-qanuni hadisələr məhz Naxçıvan Ali Məclisində müzakirə olunur və müvafiq qərarlar qəbul olunurdu. Bu müzakirələrdə mövcud siyasi vəziyyət əhatəli təhlil olunur, ölkədəki böhranlı vəziyyətdən çıxış yolları aranırdı. Odur ki, Naxçıvanda aparılan bütün müzakirələr və həyata keçirilən tədbirlər bütün Azərbaycana nümunə olmuşdu. Heydə Əliyevin xalqın taleyi ilə bağlı verdiyi təkliflər, irəli sürdüyü təşəbbüslər və apardığı siyasət xalq tərəfindən yekdilliklə dəstəklənirdi. Belə cəsarətli və sonrakı dövrdə xalqın müstəqillik idealının gerçəkləşdirilməsində mühüm rol oynamış təkliflərdən biri də 1991-ci il avqustun 30-da məhz Ulu Öndər tərəfindən irəli sürüldü. Belə ki, həmin tarixdə Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etdi. Bunun nəticəsində o sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi.

Beləliklə, Azərbaycanın XX əsrdə ikinci dəfə öz müstəqilliyini bərpa etməsi prosesi həyata keçirilməyə başlandı. Müstəqilliyimizin bərpası ilə bağlı Konstitusiya Aktının qəbul olunmasından sonra onun reallaşdırılması və real müstəqilliyə nail olunması da məhz Heydər Əliyevin dərin zəkası və siyasi məharəti nəticəsində mümkün oldu. Bu gün Azərbaycan dünya miqyasında öz müstəqil siyasətini yürütməyə qadir olan azsaylı dövlətlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı xalqın milli maraqlarına əsaslanan siyasət Azərbaycanı dünyanın nüfuzlu və etibarlı dövlətlərindən birinə çevirib. Bugünkü müstəqillik uğurlarımızın əsasında Heydər Əliyev siyasəti, Qarabağın işğaldan azad olunması, müasir dövlət və demokratik cəmiyyət quruculuğu sahəsində zəfərlərimizin zəminində isə İlham Əliyev qətiyyəti dayanır”, - deyə deputat vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran Prezidenti və xarici işlər naziri helikopter qəzasında həlak olub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

Gəncədə qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıblar

İran Prezidentinin qəzaya uğramış helikopterinin yeri müəyyənləşdirilib

Yaponiya və Cənubi Koreya hərbi mübadilələri bərpa etmək niyyətindədir

Gürcüstanda HİV virusuna yoluxanların sayı 10 mini ötüb

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Təhsil fakültəsini ziyarət edib

Stokholmda Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbir keçirilib

Makron Yeni Kaledoniya ilə bağlı Müdafiə Şurasının iclasını keçirəcək

Səudiyyə Ərəbistanının 88 yaşlı kralına pnevmoniya diaqnozu qoyulub

Dövlət Komitəsinin əməkdaşları Stokholmda yerləşən “Qarabağ” məktəbini ziyarət ediblər

“Bayraktar AKINCI” İran Prezidentinin helikopterinin qəza enişi etdiyi ehtimal olunan bölgədədir

Parisin hava limanlarının işçiləri tətil edəcəklər

FHN: 40 nəfər xilasedicidən ibarət qrup 2 helikopterlə İranda axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazırdır

İspaniya La Liqası: “Barselona” qalib gəlib, “Real Madrid” xal itirib

Türkiyənin Milli Müdafiə Nazirliyi İrana hərbi helikopter və PUA göndərib

Nigeriya ordusu yaraqlıların əsir götürdüyü 386 nəfəri azad edib

Göyçayda avtomobil motosikletlə toqquşub, xəsarət alan var

Nazir: Azərbaycanlı tələbələrin dünyanın nüfuzlu universitetlərinə qəbul olunması sevindirici haldır

Türkiyə İrana xilasedici qruplar göndərib

Ərdoğan: Türkiyə hadisəni İranın rəsmi orqanları ilə koordinasiyada yaxından izləyir

"Fənərbağça" səfərdə "Qalatasaray"ı məğlub edib

Rus Dram Teatrının səhnəsində yeni premyera olub

Türkiyə XİN İran Prezidentinin olduğu helikopterin sərt eniş etməsi ilə bağlı bəyanat yayıb

Azərbaycan Basketbol Liqası: "Sabah" final seriyasının ikinci oyununda "Xəzri"yə qalib gəlib

Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib

"Mançester Siti" İngiltərə çempionu olub

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi ikinci dəfə məğlub olub

Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlanır

Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib

İran Prezidentinin helikopteri sərt eniş edib, ölkənin vitse-prezidenti hadisə baş verən əraziyə gedib

MDU və Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Yevlaxda 40 yaşlı qadın qətlə yetirilib

Premyer Liqa: Autsayder turu qələbə ilə bitirib

Latviya Parlamentinin sədri Şuşaya gəlib - YENİLƏNİB VİDEO

Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib YENİLƏNİB-2 VİDEO

“Türk Hava Yolları” 2033-cu ilədək olan inkişaf planlarını açıqlayıb

ABŞ Çinin monitorinqi üçün Tokiodakı səfirliyinə xüsusi əməkdaşlar göndərəcək

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub  YENİLƏNİB-3 VİDEO

Prezident İlham Əliyev və Prezident Seyid İbrahim Rəisi Azərbaycan-İran dövlət sərhədində görüşüblər VİDEO

Seyid İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır

İran Prezidenti: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq

Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb

Çoxşaxəli xarici siyasət kursu Azərbaycanı daha mühüm tərəfdaşa, önəmli aktora çevirib

Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir

Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək

Bakıda yanğına görə avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyət götürülüb

Ağsu dolaylarında asfalt çöküb VİDEO

Türkiyədə yüksəksürətli qatarlardan istifadə edənlərin sayı 86 milyonu ötüb

Ukrayna Silahlı Qüvvələri Rusiya gəmisinin məhv edilməsi barədə məlumat yayıb

Romada Azərbaycan musiqisindən ibarət konsert olub

Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür

Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb

Böyük Britaniyada minlərlə insan suların çirklənməsinə görə aksiya keçirib

Prezident İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır

Azərbaycan Prezidenti: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək VİDEO

Latviya Respublikası Parlamentinin sədri Füzuliyə gəlib YENİLƏNİB

Prezident: Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir

Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub

Prezident İlham Əliyev: İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyini alqışlayırıq

Prezident: Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək VİDEO

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 8227 məktəbli iştirak edib

Prezident İlham Əliyev: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir VİDEO

Avropa İttifaqı və Almaniya ekoloji məsələlərdə yekdil deyil

Prezident: İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb

Britaniyanın müdafiə naziri: Rusiya ilə birbaşa münaqişədə olmaq istəmirik

Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib

Avstriyanın Lints şəhərinin nümayəndə heyəti Sumqayıtdadır

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə İstanbul Boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb

Oğuzda qumbara və sursat aşkarlanıb

Sabah Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

“Yaşıl muzey” interaktiv proqrama başlanılıb

“Rusiya – Azərbaycan” dəyirmi masası və ikitərəfli görüşlər keçirilib

Faktiki hava açıqlanıb: Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb

Milli Kitabxanada Salman Mümtaz haqqında virtual və ənənəvi sərgi təqdim olunub

Bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə maarifləndirmə işi gücləndirilib

Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş edilib

Anna Skidan Polşada keçirilən turnirdə qızıl medal qazanıb

VI sinif şagirdləri üçün monitorinq keçirilir

“Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının elektron versiyaları oxucuların istifadəsinə verilib

Azərbaycanın üç cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Bu gün Xalq şairi Rəsul Rzanın doğum günüdür

Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb

Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib

İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək

Pol Makkartni ilk britaniyalı milyarder musiqiçidir

Teleqram heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir

Çin kosmik sektorda casusluq hallarını aşkarlayıb

“Real Madrid” 2025-ci ildə Mak Allister ilə müqavilə imzalaya bilər

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir

Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir

"Gəncləşən muğam" layihəsi Gəncədə

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

Əfqanıstanda baş verən atışmada ölənlərin sayı 6-ya çatıb