İQTİSADİYYAT
Müştərilər "MobilBank" xidməti ilə kart hesabını idarə edə və əməliyyatları həyata keçirə bilərlər
Bakı, 15 iyul, AZƏRTAC
"AtaBank" ASC müştərilərinə bankın filial və ofislərinə gəlmədən bankın xidmətlərindən istifadə imkanı yaradır.
Bankdan AZƏRTAC-a bildiriblər ki, müştərilər "AtaBank"ın iOS və Android əməliyyat sistemlərini dəstəkləyən mobil telefonlar üçün təklif etdiyi "MobilBank" xidmətinə qoşulmaqla dünyanın istənilən nöqtəsindən kart hesabını idarə edə və əməliyyatları həyata keçirə bilərlər. Balans və hesabdan çıxarışın yoxlanılması ilə yanaşı, Card to Card, vəsaitlərin göndərilməsi və onların ATM-dən (bankomat) kart olmadan verilməsi imkanını yaradan Cash by Code, həmçinin kommunal, internet və mobil rabitə ödənişlərini "MobilBank" xidməti vasitəsi ilə həyata keçirmək mümkündür.
"MobilBank" xidmətinə qoşulmaq üçün ATM-dən müvafiq şifrələri əldə etmək və proqramı "AppStore" və "PlayMarket"dən yükləmək kifayət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]