SİYASƏT
NATO-NUN BAŞ KATİBİ AZƏRBAYCANDA KEÇİRİLMİŞ PREZİDENT SEÇKİLƏRİNDƏKİ İRƏLİLƏYİŞİ YÜKSƏK QİYMƏTLƏNDİRMİŞDİR
AZƏRTAC NATO-nun rəsmi saytına istinadən xəbər verir ki, təşkilatın baş katibi Yaap de Hoop Sxeffer Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə əlaqədar bəyanat vermişdir.
Baş katib bildirmişdir ki, ATƏT, Avropa Şurası və Avropa İttifaqından olan beynəlxalq müşahidəçilərin oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkiləri zamanı qeyd etdikləri irəliləyişi yüksək qiymətləndirirəm.
Yaap de Hoop Sxeffer demişdir ki, Azərbaycan NATO-nun uzunmüddətli və vacib tərəfdaşıdır, biz aramızda olan dialoqun, praktik əməkdaşlığın davamlı olacağına və daha da inkişaf edəcəyinə ümid bəsləyir, Azərbaycanda həyata keçirilən islahatları dəstəkləyirik.