Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan: Arzuların, xəyalların gerçəyə çevrildiyi məkan və ya bir ömür sədaqət borcu

Naxçıvan: Arzuların, xəyalların gerçəyə çevrildiyi məkan və ya bir ömür sədaqət borcu

Naxçıvan, 25 avqust, AZƏRTAC

Qədim diyarımız Naxçıvan. Bu gün bu diyar Azərbaycanın ən böyük tarixi şəxsiyyəti, xalqımızın ümummilli lideri Heydər Əliyevin, mütəfəkkirlərin, görkəmli sərkərdələrin, dahi söz korifeylərimizin arzularının reallaşdığı möhtəşəm bir məkandır. Ulu Öndər ideyalarına böyük sədaqət nümayiş etdirən, ondan güc alan, görkəmli dövlət xadiminin göstərdiyi yolla qətiyyətlə irəliləyən, günü-gündən inkişaf edən, Şərqin qapısında məğrur dayanan, düşmənə gözdağı olan Naxçıvan bu gün vətənpərvərlik nümunəsinə çevrilib. Muxtar respublikada həyat elə qurulub ki, yaxın və uzaq ölkələrdən buraya gələnlər ideal bir məkanda olduqlarını görürlər. Təəccübləndiklərini də gizlətmirlər ki, doğma Vətəndən cismən ayrı düşmüş bir məmləkətdə qısa zaman kəsiyində bu miqyasda inkişafa necə nail olunub? Bütün bu nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarını dərhal, həm də ən yüksək səviyyədə yerinə yetirən Vətənə sədaqətli naxçıvanlıların fədakarlığı sayəsində reallaşıb.

Naxçıvanda bütün məsələlərə yalnız ədalətli yanaşmanın şahidi olursan. Nizam-intizam isə həyatın ayrılmaz tərkib hissəsidir. Bir çoxlarımızın mümkünsüz hesab etdiyi məsələ məhz burada gerçəkləşib: insanların şüurunda, müsbət mənada, inqilabi dəyişiklik baş verib. Hər kəs qanunlara sözsüz əməl etməyin əhəmiyyətini anlayır, Vətən üçün faydalı olan işlərə can atır, faydasız işlərlə məşğul olmaq istəyənlər dərhal ciddi ictimai qınaqla qarşılaşır. Burada ətraf mühitin, təmizliyin qorunmasına, insana həyat bəxş edən yaşıllıqların salınmasına, onlara vaxtında qulluq göstərilməsinə xüsusi diqqət yetirilir. Naxçıvanlılar Vətənə, xalqa, dövlətə, dövlətçiliyə, ulu öndərə, ölkə Prezidentinə, muxtar respublika rəhbərinə dərin sədaqətləri ilə seçilirlər.

Muxtar respublikadakı yüksək tələbkarlıq, prinsipiallıq, yorulmaz fəaliyyət, əqidə bütövlüyü, vətənpərvərlik kimi yüksək keyfiyyətlər idarəçiliyin aparıcı elementlərindəndir. Burada Ümummilli Liderin siyasi kursuna münasibətdə sözlə əməlin, dərin sədaqətlə konkret işin vəhdətini hər addımda görmək mümkündür. Naxçıvanda dahi şəxsiyyət Heydər Əliyev dövlətçilik konsepsiyasının qətiyyətlə, uğurla həyata keçirilməsi inkişafdan yeniləşməyə və yüksəlişə doğru hərəkatın başlıca təkanverici qüvvəsinə çevrilib. Bütün bunların nəticəsində özünün şaxələndirilmiş hərtərəfli inkişaf dövrünü yaşayan Naxçıvanın yeddiminillik tarixində ilk dəfədir ki, onun hətta ən ucqar dağ kəndləri də müasir şəhər görkəmi alıb, abadlaşıb, gözəl yaşayış məskəninə çevrilib. Muxtar respublikanın bu başından o başına uzanan şose yolları bütün kəndlərdə də özünə yer tapıb, kənddaxili yollar tamamilə asfaltlanıb, elektrik, qaz, su xətti çəkilib, telefonlaşdırılıb, internetlə tam təmin olunub, qısası, bu yaşayış məntəqələrinin şəhərdən heç bir fərqi qalmayıb. 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı olacaq, tarixi bir missiyanı yerinə yetirəcək müasir Naxçıvan bu gün yenitipli Avrasiya şəhəri kimi diqqətləri özünə cəlb edir.

Cəmiyyətimiz çox yaxşı bilir ki, bütün bunlar yalnız və yalnız nadir siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və mübarizə məktəbinin bilavasitə yetirmələri tərəfindən həyata keçirilə bilərdi. Və bu gün biz həmin məktəbin layiqli davamçısının təkcə bu günümüzə deyil, gələcəyimizə də işıq saçan işlərinin şahidi oluruq. Həm də necə bir şəraitdə? Tam 27 ildir, blokadanın yaratdığı sarsıdıcı çətinliklərə baxmayaraq, Naxçıvanda yüksək iqtisadi fəallığa nail olunub, istehsal potensialı hərəkətə gətirilib, davamlı quruculuq işləri həyata keçirilib, sosial problemlər səmərəli həllini tapıb, ən əsası əhalinin güzəranı layiqincə yaxşılaşdırılıb və bu işlər davamlı xarakter alaraq bu gün də uğurla həyata keçirilir. Bütün iqtisadi fəaliyyət sahələrində sürətli inkişafa rəvac verən səmərəli iqtisadi siyasət muxtar respublikamızda tarazlı və davamlı inkişaf üçün başlıca amil olub, şəhər və rayonlarımızda canlanma yaranıb, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılıb, yeni təsərrüfat subyektlərinin fəaliyyəti sayəsində çoxsaylı iş yerləri açılıb.

Bəs bütün bunlar necə mümkün olub? Bəli, bugünkü Naxçıvan Vətən və dövlət sevgisindən doğan, gərgin əmək və misilsiz əzmkarlığın nəticəsində qurulub, ucaldılıb, zirvələrə yüksəldilib. Ötən 21 ildə burada əsl qəhrəmanlıq salnaməsi yazılıb. Qədim məmləkətimizdə bu gün hər bir diyar üçün çox vacib olan, hərtərəfli tərəqqiyə şərait yaradan ictimai-siyasi sabitliyin qorunması, möhkəmləndirilməsi, muxtar respublikanın cinayətsiz bölgə, Naxçıvan şəhərinin isə təhlükəsiz şəhərə çevrilməsidir.

Burada bir məqama da diqqət çəkmək istərdim. Bir çoxumuz haqlı olaraq Vətənimizi həm də öz evimiz, ocağımız hesab edirik. Yəni “ev” dedikdə təkcə mənzilimiz nəzərdə tutulmaya bilər. Bizim ümumi evimiz həm də yaşadığımız şəhər, qəsəbə, kənd, diyar və nəhayət, ölkəmizdir. Reallıqdır ki, bunlarda inkişaf, abadlıq, quruculuq, təmizlik, sabitlik olmasa, bizim heç birimiz rahatlıq tapa, övladlarımızı rahat böyüdə, onları düzgün tərbiyə edə, yüksək təhsil almalarına nail ola bilmərik. Firavan həyatın birinci formulu yaşadığın diyarın abadlaşması, gözəlləşməsi və burada sabitliyin, əmin-amanlığın olmasıdır. Heç vaxt unutmuruq ki, bizim gələcəyimiz, taleyimiz yurdumuzun gələcəyi ilə birbaşa bağlıdır. Çünki, qeyd etdiyimiz kimi, yurdumuz hər birimizin ümumi evidir. Ona görə də insan öz evinə necə münasibət bəsləyirsə, Vətəninə də bu şəkildə yanaşmalıdır. Naxçıvanlılar bu baxımdan da nümunədirlər.

Bəli, bu gün Naxçıvanda hər kəs öz evinə necə diqqət yetirirsə, yaşadığı məkana da bu cür diqqət göstərir, onun təmizliyinin, abadlığının qayğısına qalır. Həm də bu səbəbdən muxtar respublika hər keçən gün daha da gözəlləşir. Onun inkişafını görəndə insan böyük fəxarət hissləri keçirir, gələcəyə inamı artır. İnanırsan ki, ümumi evimizdəki bu inkişafın, həyata keçirilən humanist siyasətin nəticəsində gec-tez sən də fərdi evin sahibi olacaqsan. Mən də uzun illər bu hisslərlə yaşadım. Və bu, doğulub boya-başa çatdığım, evim, müqəddəs ocağım hesab etdiyim Naxçıvanda reallaşdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun böyük diqqət və qayğısı nəticəsində Naxçıvan şəhərində üçotaqlı mənzillə təmin olunmağım barədə xəbəri eşidəndə sevincimin həddi-hüdudu yox idi. Məndən əvvəl də muxtar respublikada çalışan jurnalist həmkarlarım bu sevinci yaşamışdılar. Bu gün mənim də neçə illik xəyallarım dövlət qayğısı nəticəsində həyata keçmişdi. 22 ildir ki, ailə həyatı qurmuşam, ilk dəfədir, fərdi evim var. Təhsil aldığım və jurnalist kimi fəaliyyət göstərdiyim həmin illər ərzində İstanbulda, daha sonra isə Bakı şəhərində kirayədə yaşasam da, bu arzuma, istəyimə Naxçıvanda çatdım...

Dörd övladımla bu müddət ərzində kirayədə yaşamağın çətinliklərini sözlə ifadə etmək mümkün deyil. Üstəlik, bir övladım hazırda Azərbaycan Texniki Universitetinin 3-cü kursunda təhsil alır və o da Bakı şəhərində kirayədə qalır. Məhz belə bir vəziyyətdə muxtar respublika rəhbərinin göstərişi ilə Naxçıvan şəhərində mənə mənzil verildi. Bundan böyük diqqət və qayğını təsəvvür etmək mümkün deyil.

Yəqin ki, bu xəbəri eşidəndə mənim və ailə üzvlərimin, doğma kollektivimin və digər həmkarlarımın sevincinin necə hüdudsuz olduğunu təsəvvür edərsiniz.

Sosial şəbəkələrdə sevincimi dostlarla paylaşdığım andan qısa zamanda onlarla paylaşım oldu, yüzlərlə şərh yazıldı, təbrik mesajları ünvanlandı, muxtar respublika rəhbərinin bu addımı hər kəs, o cümlədən cəmiyyətin qaymağı hesab edilən ziyalılarımız tərəfindən alqışlarla qarşılandı. Ölkəmizdə fəaliyyət göstərən onlarla saytda bu barədə xəbər oxuculara çatdırıldı. Türkiyədəki jurnalist dostlarımın təbriklərinin də ardı-arası kəsilmirdi. Məni yaxından tanıyan həmkarlarım, dostlarım, qohumlarım telefonda təbrik etdikləri zaman onların çox kövrəldiklərini səslərindən hiss edirdim. Həmin dostların əksəriyyətinin dediyi bu sözləri isə heç vaxt unutmayacağam: “Sənə verilən evi sanki mənə verdilər. Ona görə də sənin qədər biz də sevinmişik”.

...Ədalət qütb ulduzu kimi yerində dayanar və geri qalan hər şey onun ətrafında dönər, - deyib dahilər. Ulu öndər Heydər Əliyevin doğulub boya-başa çatdığı Naxçıvan da doğma Azərbaycanımızın qütb ulduzudur. Tarixboyu bu diyar Azərbaycanın güclü dövlətçilik ənənələrinin, milli mədəniyyətinin, milli düşüncənin, milli ideologiyanın qorunub saxlanıldığı, kənar təsirlərdən hifz edildiyi bir məkandır. Buna görə də ən böyük arzumun məhz bu məkanda - Naxçıvanda reallaşması mənə daha böyük sevinc bəxş etdi. Bəlkə, belə də olmalı idi. Çünki Naxçıvan xəyalların, arzuların həyata keçdiyi müqəddəs bir diyardır. Bu diyara isə bir ömür sədaqət borcum var...

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya yeni hava hücumundan müdafiə raketini sınaqdan keçirib

Donald Tramp Təhsil Departamentinin ləğvi ilə bağlı sərəncam imzalayıb

Moldovada İkinci Dünya müharibəsinə aid kütləvi partlayıcı sursat zərərsizləşdirilib

Londonda Novruz bayramı qeyd olunub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Tramp: ABŞ və Ukrayna tezliklə faydalı resurslarla bağlı saziş imzalayacaq

Tutuquşuların danışma qabiliyyəti insan beynindəki nitq mexanizmləri ilə oxşardır - ARAŞDIRMA

Aİ-nin aparıcı ölkələri Parisdə Ukrayna ilə bağlı yeni sammit keçirəcək

İsrail ordusu Qəzza zolağının cənubunda əməliyyatlara başlayıb

Gürcüstan Millətlər Liqasında Ermənistanı darmadağın edib

Gürcüstan və Ermənistanın hökumət başçıları regiondakı vəziyyəti müzakirə ediblər

Xocalıda Novruz konserti keçirilib VİDEO

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib

Millətlər Liqası: Türkiyə millisi doğma meydanda Macarıstanı məğlub edib

Könüllülərin iştirakı ilə Novruz bayramına həsr olunmuş “Xonça Fest” keçirilib

“Portu”nun futbolçusu Türkiyə millisində debüt edib

Naxçıvanda hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq edilib

Bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

“Uşaqların dünyaya alternativ baxışı” devizi altında “Alter Eco” sərgisinin açılışı olub

Novruz bayramı günündə Abşeron rayonunda şəhidlərimizin məzarları və ailələri ziyarət edilib

Volodimir Zelenski Rusiyaya qarşı sanksiyaların yumşaldılması şərtlərini açıqlayıb

Azərbaycanlı rəssamın əsəri UNESCO-nun sertifikatına layiq görülüb

Qərbi Afrika QHT-ləri Fransanın “Bollore” qrupunun oğurladığı vəsaitləri qaytarmasını tələb edir

Fernandu Santuş Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

“Məcməüş-şüəra ədəbi məclisi və XIX əsrin ikinci yarısı -XX əsrin əvvəllərində Bakı ədəbi mühiti” – yeni monoqrafiya

Azərbaycan Ordusunun mövqeləri Gorus və Basarkeşər istiqamətlərindən atəşə tutulub

Almaniyalı klavesin və orqan ifaçısı Leonard Şik ilk dəfə Azərbaycanda çıxış edəcək

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı qeyd edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

ADY rayonlararası istiqamətlərdə 3800-ə yaxın sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib

Baş Dövlət Yol Polisi İdarəsindən xəbərdarlıq: Yollarda görünüş məhdudlaşacaq!

Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 18 metrədək güclənib - FAKTİKİ HAVA

Böyük Britaniyada hər beş yetkin insandan biri hələ də iş axtarmır

Fransa Bankı: 2024-cü ildə xalis zərər 7,7 milyard avro olub

Gəncədə Novruz bayramı münasibətilə ümumşəhər tədbiri keçirilib

Respublika Gənclər Kitabxanasında akademik Fəraməz Maqsudovun 95 illiyi münasibətilə vəsait hazırlanıb

Brüsseldə Azərbaycan Mədəniyyəti Günü keçirilib

Naxçıvanda “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu” yaradılıb

Qax Dövlət Kukla Teatrı bayram günlərində uşaqları yeni tamaşa ilə sevindirir

Novruz bayramı ərəfəsində Lənkəranda yerli turistlər üstünlük təşkil edir - REPORTAJ

Sabah magistral yollarda görmə məsafəsi 300-800 metrədək məhdudlaşacaq

Azərbaycan Ordusunda Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib

Şamaxıda avtomobil dərəyə yuvarlanıb, xəsarət alanlar var VİDEO

Ayxan Abbasov Antalyada Emre Belezoğlu ilə görüşüb

Sağlamlıq imkanları məhdud 50-dək uşaq oftalmoloji müayinədən keçib

MDB dəmir yolu administrasiyaları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Aktau şəhərində Azərbaycan guşəsi açılıb

Şalva Papuaşvili: “Fransa səfirinin biganəliyinin nəticəsidə İctimai Yayım Xidmətinin jurnalisti nifrət hədəfinə çevrilib”

Novruz bayramı ərəfəsində şəhid ailələri ziyarət edilib

Ordubadda ağır yol qəzası olub, 4 nəfər xəsarət alıb

Şimali Makedoniyadakı faciəli yanğında xəsarət alanlardan 4 nəfəri İtaliyaya gətirilib

BMT-nin Baş katibi: Paris iqlim Sazişinin məqsədləri hələ də əlçatandır

Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib VİDEO

Vətən müharibəsi şəhidi Ələddin Səidovun ailəsini ziyarət edilib

Papa Fransisk tənəffüs dəstəyi olmadan nəfəs almağa başlayıb

BSU-nun rəhbərliyi Qubada məktəblilərlə görüşüb

Şagird: Naxçıvan Dövlət Universitetində IELTS mərkəzinin olması böyük fürsətdir

“Deutsche Bank” 2 min iş yerini ixtisar edəcək

Polşada Novruz bayramı qeyd olunub

Gürcüstan parlamenti narkotik cinayətlərinə görə cəzanı sərtləşdirir

Azərbaycanlı tələbə: Məqsədim ölkəmizin kosmos və innovasiya sahəsində güclü mövqe qazanmasına töhfə verməkdir

Britaniya yüksək rütbəli hərbi liderlərin qapalı görüşünə ev sahibliyi edir

Laçında kreativ Novruz suvenirləri hazırlanıb VİDEO

Cəbrayılda Novruz ilə bağlı bayram konserti təşkil olunub VİDEO

Bayramla əlaqədar bütün avtovağzal və avtostansiyalar martın 19-dan gücləndirilmiş iş rejimində çalışır

Cəlilabadda polis 9 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlayıb

Azərbaycana yaz fəsli qədəm qoydu

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Türkiyənin Cağaloğlu Anadolu Liseyi qardaşlaşıb

SOCAR-ın prezidenti “ExxonMobil” Korporasiyasının vitse-prezidenti ilə görüşüb

Qəbələdə şəhid ailələri və müharibə əlilləri üçün iftar süfrəsi açılıb

NBA: Daha 11 oyun keçirilib

Xırdalanada yaşayış binasında yanğın baş verib

“Bir sual, bir cavab”: Novruz xatirələri – Məbud Məhərrəmov VİDEO

İğdırda Azərbaycan-Türkiyə Novruz tədbiri keçirilib

Babək rayonunda minik avtomobili yanıb

İlk dəfə bütün ölkəni əhatə edəcək “Azərbaycan Şahmat Turu” layihəsi keçiriləcək

YAP Gəncə şəhər təşkilatı bayram sovqatı paylayıb

Argentina millisində növbəti itki yaşanıb

Su təchizatına qoşulma sahəsində çalışan əməkdaşlara təlimlər keçirilib

“Bir sual, bir cavab”: Novruz xatirələri – Çingiz Abdullayev VİDEO

Niderland millisinin aparıcı üzvü sıradan çıxıb

İstanbul Böyükşəhər Bələdiyyəsi üzvlərinin terror təşkilatları ilə əlaqələri müəyyən edilib

Azərbaycan teatrının əfsanəvi Məcnunu

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

Millətlər Liqası: Türkiyə Macarıstanı, Xorvatiya Fransanı qəbul edəcək

“Bir sual, bir cavab”: Novruz xatirələri – Salman Qəmbərov VİDEO

FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edib VİDEO

Bayram günlərində şəhər və rayonlara səfər edən hərəkət iştirakçılarına müraciət olunub VİDEO

“Bir sual, bir cavab”: Novruz xatirələri – Mənsum İbrahimov VİDEO

Vatikan uşaqlar üçün video oyun hazırlayıb

Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub

Birinci Vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib

Novruz bayramı və yaz fəsli: fərqlər və eyniliklər – alimin mülahizələri

Azərbaycanlı tələbələrin Türkiyədə aerokosmik innovasiyalar üzrə təcrübə mübadiləsi başa çatıb

Britaniyada şəxsi silah satışları ilə bağlı qaydalar sərtləşdiriləcək

Azərbaycanda Novruz bayramıdır

132/110/35/10 kilovoltluq yeni "Culfa" yarımstansiyasında sınaq-sazlama işləri yekunlaşıb

Çində kosmosda faydalı qazıntılar çıxarmaq üçün robot hazırlanıb

Rusiya və Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib

İtaliyanın bu qəsəbəsində evlər 1 avroya satılır