MƏDƏNİYYƏT
Naxçıvan Dövlət Kukla Teatrı “Saçları səməni oğlan” tamaşası ilə uşaqları sevindirəcək
Bakı, 18 mart, AZƏRTAC
Tanınmış uşaq yazarı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vüqar Haqverdiyevin “Saçları səməni oğlan” uşaq pyesi əsasında Məmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında yeni tamaşa hazırlanıb.
AZƏRTAC xəbər verir ki, tamaşa martın 22-24-də teatrın səhnəsində nümayiş olunacaq. Səhnə əsərinin quruluşçu rejissoru və bədii rəhbəri respublikanın Xalq artisti Şirzad Abutalıbovdur.
Sözügedən səhnə əsəri kiçikyaşlı uşaqlar üçün nəzərdə tutulub və xalqımızın milli bayramı Novruza həsr olunub. Tamaşada yeni milli nağıl qəhrəmanları yer alıb və xalqımızın mədəniyyətinin, milli adət-ənənələrinin təbliği, uşaqların milli-mənəvi və bəşəri dəyərlər ruhunda böyüməsi əsas məqsəd kimi önə çəkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [18:50]
Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO
- 10.05.2024 [15:53]
Bakıda “Cadı” türk filminin qala gecəsi olub
- 10.05.2024 [15:08]
Fidan Hacıyeva: İkinci Beynəlxalq Opera Festivalı da olacaq!
- 10.05.2024 [12:44]
Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib
- 10.05.2024 [10:42]