Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan şəhər sakinləri ümumxalq səsverməsində yüksək fəallıq nümayiş etdirirlər

Naxçıvan, 26 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində ümumxalq səsverməsi (referendum) ruh yüksəkliyi və seçici fəallığı şəraitində keçirilir. 4 saylı Naxçıvan şəhər seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində olarkən biz bunun bir daha şahidi olduq.

Məlumat üçün deyək ki, dairə üzrə 37 məntəqədə, ümumilikdə, 44 min 304 seçici var ki, bunlardan da 615 nəfəri ilk dəfə səs vermədə iştirak etmək hüququ qazanıb. Seçicilərin 1 nəfərinin yaşı 100-dən yuxarıdır. Seçki məntəqələrinin hamısı müasir binalarda yerləşir. Dairənin 4-10, 4-12, 4-15, 4-17 və 4-28 saylı seçki məntəqələrində veb-kameralar quraşdırılıb.

Muxtar respublikanın paytaxtında - Naxçıvan şəhərində səsvermə prosesini izləmək, seçicilərin fikirlərini öyrənmək üçün müşahidələrimizə Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yerləşən 9 saylı seçki məntəqəsindən başladıq.

Qaydalara uyğun olaraq, 4-9 saylı məntəqə seçki komissiyasının sədri Namiq Novruzov komissiya üzvləri qarşısında şəffaf qutuların möhürlənməsini həyata keçirdi. Həm daşınan qutu, həm də məntəqədə yerləşən şəffaf qutular ayrı-ayrılıqda möhürləndi. Məntəqədə səsverməyə vaxtında - saatlarımız 8:00-i göstərəndə start verildi. Referendumun ilk saatlarından başlayaraq artıq məntəqəyə seçicilərin axını müşahidə edilirdi. Məntəqədə ilk səs verən Hikmət Muxtarovla həmsöhbət oluruq. O deyir: “Bütün seçkilərdə mən həmişə çalışmışam ki, öz səsvermə hüququmdan istifadə edərək səs verim. Çünki mən belə hesab edirəm ki, keçirilən hər bir seçki ölkəmizin taleyində əhəmiyyətli rol oynayır. Bu mənada Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin ümumxalq səsverməsinə çıxarılması böyük əhəmiyyətə malikdir. Ona görə də səhər ilk işim 4-9 saylı seçki məntəqəsinə gələrək səsvermə hüququmdan istifadə etməklə vətəndaşlıq mövqeyimi bildirməyim oldu. Burada səsvermənin şəffaf və azad keçirilməsi üçün hər cür şərait yaradılıb. Referendumun uğurla başa çatacağına və ölkəmizin gələcəyi üçün faydalı olacağına əminəm”.

Müşahidələrimizi Naxçıvan şəhərindəki 17 nömrəli tam orta məktəbdə yerləşən 4-36 saylı seçki məntəqəsində davam etdiririk. Məntəqənin yerləşdiyi binaya yaxınlaşarkən burada seçicilərin çoxluğu və yüksək əhval-ruhiyyə ilə referendumda iştirak etmələri diqqətimizi cəlb etdi. 26 sentyabr - referendum günü həm də ad gününü qeyd edən Arif Qurbanovla rastlaşdıq. Arif Qurbanov bildirdi ki, bu gün həyatının ən yaddaqalan günü olacaq. Sevincini bizimlə bölüşən Arif dedi: “Ad günümün ümumxalq səsverməsinin keçirildiyi günə təsadüf etməsi məni hədsiz dərəcədə sevindirdi. Çünki bu gün muxtar respublikamızda insanlar bayram əhval-ruhiyyəsindədirlər və bu tarix ölkəmizin ictimai-siyasi həyatında əlamətdar gün kimi qalacaq. Həm də bu gün mən ilk dəfə səsvermə hüququmdan istifadə etdim. Yəni, mən də bir vətəndaş kimi mövqeyimi səsvermə yolu ilə bildirdim. Bu mənada 26 sentyabr mənim üçün ikiqat bayramdır”.

4-36 saylı məntəqə seçki komissiyasının sədri İsa Məhərrəmovun sözlərinə görə, 1495 seçicinin qeydiyyatda olduğu məntəqədə 24 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edən seçici var. Bu gün onlar fəallıqları ilə seçiliblər.

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin inzibati binasında yerləşən 4-37 saylı seçki məntəqəsində də gənclərin fəallığı diqqətimizi cəlb etdi. Məntəqə seçki komissiyasının sədri Həsən Əliyevdən öyrəndik ki, məntəqədə qeydiyyatda olan 1494 seçicidən 18 nəfəri ilk dəfə səs verən vətəndaşlardır. Seçicilərin hamısı səsvermə prosesində fəallıq nümayiş etdirirlər. Məntəqədə səs verən Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Sultan İsmayılov bizimlə söhbətində hər bir vətəndaşın səsvermədə şəffaf və demokratik şəkildə öz iradəsini bildirməsi üçün yüksək səviyyədə şəraitin yaradıldığını qeyd etdi.

Veb-kamera ilə təchiz olunmuş 4-28 saylı seçki məntəqəsində də olduq. Bu məntəqə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə yerləşir. Məntəqə seçki komissiyasının sədri Arzu Abdullayevdən aldığımız məlumata görə, 1494 seçicinin qeydiyyatda olduğu məntəqədə 18 nəfər ilk dəfə səs vermək hüququna malikdir. Səsvermədə bütün seçicilər həvəslə iştirak edirdilər.

4-28 saylı seçki məntəqəsində səsvermə hüququnda istifadə edən əslən ukraynalı olan Azərbaycan Respublikasının vətəndaşı Zoya Seyidova qeyd etdi ki, həqiqətən də, muxtar respublikada hər seçkidə seçicilərin yüksək fəallığını müşahidə edib. 1983-cü ildə Naxçıvan sakini Mirşücayət Seyidov ilə ailə həyatı quran və o vaxtdan Naxçıvan şəhərində yaşayan Zoya Seyidova dedi: “Bu gün məntəqəyə gələndə seçicilərin fəallığını müşahidə etdim. Bunun əsas səbəbi muxtar respublikada yaradılan demokratik şəraitdir. Digər tərəfdən seçicilərin fəallığı onların siyasi proseslərdən məlumatlı olduğunu göstərir. Mən də yaradılan bu şəraitdən bəhrələnərək Azərbaycan Respublikasının vətəndaşı kimi səsvermə hüququmdan istifadə etdim. Mən məntəqə seçki komissiyasının üzvlərinin biz vətəndaşlara necə hörmətlə yanaşdığını, lazım gələndə qanunvericilik çərçivəsində bizə hər cür köməklik göstərdiklərini gördüm. Bu, çox müsbət haldır”.

Müşahidə apardığımız növbəti ünvan “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin binasında təşkil edilən 4-17 saylı seçki məntəqəsi oldu. Burada da məntəqə seçki komissiyasının işində Yeni Azərbaycan Partiyasının, Böyük Quruluş Partiyasının, Ana Vətən Partiyasının təmsilçiləri və bitərəflər iştirak edirdilər. Bu məntəqədə 1376 seçici qeydiyyatdadır. Səsvermə prosesinə start verildikdən qısa zaman sonra artıq 300-dən çox seçici səsvermə hüququndan istifadə etmişdi.

Məntəqə seçki komissiyasında Ana Vətən Partiyasının təmsilçisi olan Aytac Vəlizadə bildirdi ki, komissiya üzvü olduğu 4-17 saylı seçki məntəqəsində vətəndaşların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb: “Səsvermənin gedişatından razıyıq, proses normal qaydada keçir. Seçici fəallığını xüsusilə qeyd etməliyəm. İnsanlar məntəqəyə gəlir və heç bir müdaxilə olmadan səs verirlər”.

1496 nəfər seçicinin qeydiyyatda olduğu Naxçıvan şəhərindəki 8 nömrəli uşaq bağçasının binasında yerləşən 4-20 saylı seçki məntəqəsində seçkilərdə 28 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edib. İlk dəfə səsvermə hüququndan istifadə edən Tahir Gülmalıyev seçki məntəqəsində ona lazımi köməkliyin göstərildiyini və sərbəst şəkildə səsvermədə iştirak etdiyini bildirdi.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Yağıntılı hava ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır

® “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası ərazisində dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub

“Vagaclub”un üzvü: Laçında gələcəkdə dağ alpinizminin inkişafı üçün əlverişli şərait var

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi bir sıra tədbirlərlə qeyd ediləcək

Rusiya və Tacikistan prezidentləri terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər

Biləcəri qəsəbəsində qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırılıb

Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var

Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhfə verəcək

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib VİDEO

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər VİDEO

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər

“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Baş prokuror Tərtər rayonunda 71 vətəndaşın müraciətini dinləyib

AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib

® “PAŞA Holding”in dəstəyilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək

Norveçli səyyah: Azad olunmuş əraziləri ziyarət etmək bizim üçün çox maraqlı oldu VİDEO

Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb