İQTİSADİYYAT
Nazir müavini: Azərbaycanla Türkiyənin gömrük sahəsində əlaqələri yüksək səviyyədə inkişaf edir
Ankara, 12 oktyabr, AZƏRTAC
Azərbaycan və Türkiyə arasında gömrük sahəsində əlaqələr yüksək səviyyədə inkişaf edir. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən “Bir millət, iki dövlət!” ifadəsinin əzmlə qorunması bütün sahələrdə olduğu kimi, gömrük sistemində də qarşılıqlı uğurlar qazanılmasına əsas yaradır.
Bu sözləri AZƏRTAC-a Türkiyənin Ticarət nazirinin müavini Qonca Yılmaz Batur Ankarada keçirilən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyənin Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin üçüncü iclasını dəyərləndirərkən deyib.
Nazir müavini bildirib ki, tərəflər gömrük-keçid məntəqələrində şirkətlərin qarşılaşdığı maneələri aradan qaldırmaq, Bakı-Tbilisi-Qars dəmir yolundan səmərəli istifadə etmək, ticarət dövriyyəsini artırmaq, beynəlxalq məkanda gömrük sahəsində əməkdaşlığı uğurla davam etdirmək və sair məsələlər üzrə mühüm addımlar atmaqda davam edirlər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara