NAZIRLƏR KABINETINDƏ GÖRÜŞ
Azərbaycan Baş nazirinin müavini Elçin Əfəndiyev iyulun 30-da İraq Respublikasının vəqflər və dini işlər naziri Əbdül Munim Əhməd Salehi və onun başçılıq etdiyi nümayəndə hey`ətini qəbul etmişdir.
Görüş zamanı dini, mədəni, elmi əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi aparılmış, qarşılıqlı surətdə səmərəli tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanmışdır.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxvlislam Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev və digər rəsmi şəxslər görüşdə iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [19:55]
Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 04.06.2026 [18:45]
Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb
- 04.06.2026 [18:16]