REGİONLAR
Neftçalada dövlət qulluğunda çalışanların 23,7 faizini qadınlar təşkil edir
Neftçala, 24 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Neftçala rayonunda cari il üzrə dövlət qulluqçularının sayı 115 nəfər olub ki, onların da 27 nəfəri və ya 23,7 faizini qadınlar təşkil edib. Dövlət qulluqçularının 1,8 faizi 4-cü təsnifat, 3,5 faizi 5-ci təsnifat, 11,3 faizi 6-cı təsnifat, 73 faizi 7-ci təsnifat və 10,4 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyənlərdir.
Neftçala rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumat görə, dövlət qulluqçuları rayon iqtisadiyyatında muzdla çalışan işçilərin 1,8 faizini təşkil edir. Dövlət qulluqçularının 0,9 faizini 25 yaşadək, 8,7 faizini 25-29 yaşda, 15,6 faizini 30-34 yaşda, 13 faizini 35-39 yaşda, 19,1 faizini 40-44 yaşda, 9,6 faizini 45-49 yaşda, 8,7 faizini 50-54 yaşda, 9,6 faizini 55-59 yaşda, 12,2 faizini 60-64 yaşda, və 2,6 faizini isə 65 yaş və yuxarı yaşda olan şəxslər təşkil edir. Dövlət qulluqçularının 5,2 faizi 1 ilə qədər, 31,3 faizi 1 ildən 5 ilə qədər, 21,7 faizi 5 ildən 10 ilə qədər, 20,9 faizi 10 ildən 15 ilə qədər, 20,9 faizi isə 15 il və daha çox qulluq stajına malikdir. Belə ki, dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 1202,5 manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 55,6 faiz çoxdur.