CƏMİYYƏT
Neftçalada mağazada baş vermiş yanğının yayılmasının qarşısı alınmışdır
Bakı, 19 avqust (AZƏRTAC). Neftçala rayonunun Abasallı kəndində ümumi sahəsi 180 kvadratmetr olan ərzaq malları mağazasında yanğın qeydə alınmışdır.
Mağazadakı piştaxtaya yığılmış ərzaq malları 12 kvadratmetr sahədə və bir soyuducu yanmışdır.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əraziyə cəlb olunmuş yanğınsöndürənlər alovu söndürmüş, mağazanın qalan hissəsini yanğından mühafizə etmişlər.
Goranboy rayonunun Təhlə kəndində isə ümumi sahəsi 35 kvadratmetrlik birotaqlı evdə yanğın olmuşdur. Evin dam örtüyünün 15 kvadratmetr sahəsi və binanın yaxınlığında dayanmış traktor yanmışdır.
Alovun yayılmasının qarşısı alınmışdır.
Faktlarla əlaqədar hüquq mühafizə orqanları tərəfindən təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]