Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Nərgiz Cabbarlı: Biz bu Qələbəni asan qazanmadıq

Nərgiz Cabbarlı: Biz bu Qələbəni asan qazanmadıq

Bakı, 27 sentyabr, AZƏRTAC

Biz müharibə dövrünün yazıçılarıyıq. Birinci Qarabağ müharibəsinin qurbanlarını da, şahidlərini də, şəhidlərini də, qaçqınlığını da, müharibəsonrası ümidsizliyini də yaşamış insanlarıq. Həm də təkcə həyatımızda, gündəmimizdə, cəmiyyətimizdə deyil, ədəbiyyatımızda da, sənətimizdə də. Cəmiyyətdə, dövlətdə gedən heç bir inkişaf, heç bir irəliləyiş, müxtəlif sahələrdə əldə edilən heç bir uğur, heç bir qələbə arzulanan Vətən müharibəsi Qələbəsinin gecikdiyini unutdura bilmirdi bizə. Ruhumuza, eyni zamanda, ədəbiyyatımıza və sənətimizə çökən ümidsizlik, göz yaşı, ağrı izini azalda bilmirdi. Hər Qələbənin sevincində Qarabağ ağrısının kölgəsi görünürdü. Hər bayramın fərəhinə itirilmiş Vətən torpaqlarının göynərtisi qarışırdı.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent, tənqidçi Nərgiz Cabbarlının 27 Sentyabr – Anım Günü ilə bağlı qeydlərində yer alıb.

N.Cabbarlı yazır: ”Nə qədər dilə gətirilməsə də, nə qədər etiraf edilməsə də, “Gün o gün olsun ki, bu bayramı Qarabağda qeyd edək” arzusu beyinlərdə, ruhlarda, ürəklərdə artıq bir əsəb düyünü, bir ağrı partlaması yaradırdı. “Gün o gün olsun” sözü dilə gələn kimi “Nə zaman olacaq o gün?” sualı və nidası ürəklərimizdə, beyinlərimizdə şimşək kimi çaxırdı. İtirmək istəmədiyimiz inamımızdan yapışaraq ölməkdə, solmaqda olan ümidimizə can verə-verə, ruhunu ölməyə qoymaya-qoymaya yaşamağa çalışırdıq. O torpaqları görməyən bir nəsil – artıq gənc olmuş, artıq gəncliyini adlamış övladlar böyüdürdük evlərimizdə. Ürəklərimizdə də, gözlərimizdə də “O torpaqları görməyən, o Vətəni “Vətən” deyib ciyərlərinə çəkməyən oğul necə sevəcək, necə vuruşacaq onun üçün?” qorxusu zaman-zaman böyüyür, ruhumuzu əsir almağa çalışırdı. Hər dəfə “Gün o gün olsun” nidası eşidiləndə bir-birimizin baxmağa qorxduğumuz gözlərində bu qorxunun qığılcımlarını görürdük. Etiraf etməsək də, dilə gətirməsək də, görürdük.

Amma sən demə, igidlər böyüyürmüş qaçqın komalarında, torpağından didərgin düşmüş qaçqın ruhların can verdiyi daxmalarda. Sən demə, öldü, soldu sandığımız qəhrəmanlıqlar uyuyurmuş xalq övladlarının görə bilmədiyimiz ruhunda... Susdu sandığımız cəsarətlər, igidliklər, qorxmazlıqlar uyuyurmuş bapbalaca, yumruq boyda qəlblərdə, könüllərdə. Onları oyadacaq bir haray lazımmış, bir hay lazımmış. Bir “Dəmir yumruq” lazımmış... O türk ruhunun, o oğuz ürəyinin oyanması, silkinməsi, kükrəməsi, daşması və qarşısındakı düşmən ordusunu bir sel tək qarşısına alıb aparması üçün bir Komandan çağırışı lazımmış...

Biz o Qələbəni qazandıq! Ali Baş Komandanın ardınca gedən qorxmaz, igid, cəsur oğullarımızın dillərə dastan olacaq, tarixlərə yazılacaq igidlikləri ilə. Biz bu Qələbəni qazandıq! Amma biz bu Qələbəni asan qazanmadıq! 44 günə 30 illik yol gəldik... Ona görə də o Qələbənin yaşaması, yaşadılması lazım! O Qələbənin əsrlərdən-əsrlərə sürdürülməsi, böyüməsi lazım! O Qələbənin hər addımda, hər anda üçrəngli bayrağımızla birgə başımız üstündə dalğalanması lazım! Yaşadılması lazım! Gözümüz önündə olması lazım!

Buna gedən yolumuzsa unutmadığımız, unudulmağa qoymadığımız şəhidlərimizin yaşadılan ruhlarından keçir. Buna gedən yolumuzsa tək Anım günlərində deyil, hər gün, hər an qayğısını əsirgəmədiyimiz, öz balamız, öz övladımız kimi sarıb-sarmaladığımız şəhid balalarının gözlərində hər an yaşatdığımız, sönməyə qoymadığımız ümiddən, sevgidən, inamdan keçir! O yol şəhid analarının hər gün, hər an öpüb başımıza qoyduğumuz, sıxdığımız, buzluğuna hərarət qatmağa çalışdığımız əllərindən keçir. Bir də heç yaddan çıxarmadığımız minnət borcundan keçir. Canını sipər edən, qanını sipər edən şəhidlərimiz, qazilərimiz qarşısında heç unutmadığımız minnət borcundan keçir! O borcu unutmayaq ki, bu Vətən, bu Qələbə yaşasın! Bu Qələbə dalğalansın! Bu qələbə balalarımıza, ömrümüzə, ruhumuza bir də heç vaxt pozulmayacaq, dağılmayacaq sülh gətirsin!

Allah Şəhidlərimizə rəhmət eləsin!

Allah Qazilərimizə sağlıq versin!

Allah igidlərimizi, bu Vətən üçün ölməyə də, öldürməyə də, onu qorumağa da hazır olan Vətən oğullarını, Vətən övladlarını qorusun!”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO