SİYASƏT
Niderlandın infrastruktur və ətraf mühit naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycanda səfərdə olan Niderland Krallığının infrastruktur və ətraf mühit naziri xanım Melanie Şults van Haegen-Maas Geesteranusun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə güllər qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi dərin ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra qonaqlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə çiçəklər düzüblər.