Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Nikol Paşinyan bu dəfə də rəzil vəziyyətə düşdü və ya tarixi faktlar nə deyir?

Nikol Paşinyan bu dəfə də rəzil vəziyyətə düşdü və ya tarixi faktlar nə deyir?

Bakı, 20 iyun, AZƏRTAC

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində videokonfrans formatında keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyana “Ermənistan Azərbaycanın ərazisini işğal edib və Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyada məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim” deyərək bir daha tərs sillə vurdu və artıq neçənci dəfə tarixi faktlarla onu yerində oturtdu.

AZƏRTAC xəbər verir ki, bu fikri Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

Musa Qasımlı qeyd edib ki, Azərbaycan Prezidentinin tarixi faktlara əsaslanan bu fikri haqqında hətta kitablar yazmaq olar. Mənbələr sübut edir ki, N.Paşinyanın və ümumiyyətlə, erməni xadimlərinin terror əleyhinə və irqçilikdən danışmağa mənəvi haqları yoxdur. Nə üçün? Şərh və təhlil etmədən rus və erməni mənbələrində olan saysız-hesabsız konkret tarixi faktlardan yalnız bir neçəsinə nəzər yetirək. Məlumdur ki, Cənubi Qafqaza terroru regiona gəlmə olan ermənilər özləri ilə gətiriblər. 1886-cı ildə yaradılan Qnçak siyasi, terror təşkilatının proqramında birmənalı olaraq yazılırdı: “Terror inqilabi təbliğatı mühafizə etmək üçün özünü müdafiəyə və idarəçilərin zərərli hərəkətlərinə qarşı silaha xidmət etməlidir”. 1890-cı ildə erməni iri ticarət-sənaye burjuaziyasının nümayəndələrinin Tiflisdə yaratdıqları Erməni İnqilabi Partiyası Daşnaksütyunun 1894-cü ildə qəbul edilən ilk proqramında yazılırdı: “...hər yerdə erməni xəyanətkarlarını öldürmək və digər terror təşkilatları ilə əlaqə qurmaq”. Terrordan danışan N.Paşinyan hər halda babalarının qurduğu təşkilatın proqramını oxumamış deyil. O da aydındır ki, həmin vaxt Cənubi Qafqazda azərbaycanlıların və gürcülərin siyasi təşkilatları hələ yaradılmamışdı. Bu isə o deməkdir ki, erməni cəmiyyətinin formalaşmasının təməlində terror dayanıb və üzvləri potensial terrorçudur. Bunu erməni xadimlərinin özləri də etiraf edirdilər. Məsələn, daşnakların “Droşak” (“Bayraq”) qəzeti daşnak terrorçusu Martiros Çarıxçıyana həsr etdiyi məqaləsində həmin həqiqətləri aşağıdakı kimi ifadə edərək yazırdı: “Erməni həyatı inqilabi fikirləri həqiqi və zəruri olaraq əks etdirən bir tip istehsal etmiş və hazırlamışdır. Bu, terrorçudur və təhdid edən tipidir”.

Gerçəkdən də erməni cəmiyyətində ictimai mövqeyi və təhsilindən asılı olmayaraq hər bir kəs ya terrorçudur, ya da potensial terrorçudur. Azərbaycanlılara qarşı olan terror aktlarının üstündən bilərəkdən keçərək erməni terrorçularının Cənubi Qafqazda çalışan rus, gürcü və yəhudi əsilli məmurlara qarşı törətdikləri terror aktlarından bir neçəsini diqqətə çatdırmaq istəyirəm. 1903-cü ildə erməni terrorçuları Qafqaz canişini knyaz Q.S.Qolitsınə sui-qəsd etdilər, lakin o, sağ qaldı. Daşnaksütyunun üzvləri olan müəllimlər Semyon Qarayan və Xeço Ryabyan 1904-cü ildə Eçmiadzin qəza rəisi Şmerlinqi öldürdülər. Şagirdlərə dərs verən və müəllim adını daşıyan bu şəxslərin terror aktı törətməsi “Droşak” qəzetinin yazdığını bir daha təsdiq edirdi. Həmin ildə erməni terrorçuları Yelizavetpol şəhərində pristav Abramoviçi, Qars şəhərində Qars briqadası sərhəd dəstəsinin 1-ci bölməsinin rəisi polkovnik Bıkovu, ermənilərin silah daşımasına mane olan Sürməli qəza rəisi Boquslavskini, Şuşada jandarma zabiti Podşivalovu, Aleksandropol şəhər polis pristavı Naşanskini, polis işçisi Saxarovu, Şuşada vergi inspektoru Şerbakovu, erməni işinə xəyanət etdiyi üçün Nuxada Vartanovu, terror təşkilatlarına pul vermədiyi üçün Bakıda tacir A.Adamovu, Qarsda jandarma idarəsinin tərcüməçisi Qrozdevi, Eçmiadzin qəzasında erməni kilsəsinin əmlakını mühafizə edən Savini, Eşmiadzin şəhərində mühafizəçi Qonçarenkonu, Eçmiadzin pristavı Qulielini, Karsda polis işçisi Xerxulidzeni və başqalarını öldürmüşdülər.

1905-ci il hadisələrinin gedişində Bakı qubernatoru M.A.Nakaşidzenin öldürülməsi üçün Daşnaksütyun 35 min rubl pul ayırmışdı. 1905-ci il mayın 11-də gündüz saat 3-də Parapet küçəsi ilə Vrangel küçəsinin kəsişdiyi yerdə hərəkət edən knyaz M.A. Nakaşidzeyə erməni terrorçuları bomba atdılar. Ağır yaralanan qubernator mayın 18-də öldü. Bu terror işi ilə bağlı Daşnaksütyunun yaydığı proklamasiyada yazılırdı ki, qəsd droşakistlər tərəfindən həyata keçirilib. Qətldən az sonra yaydığı “Erməni xalqına müraciətində” Daşnaksütyun qeyd edirdi ki, artıq Nakaşidze yoxdur. M.A.Nakaşidzeni öldürən 4 nəfər erməniyə - Şuşa şəhər sakini Simon Balasanova, Bakı şəhər sakini Georgi Mayramova, İran təbəələri Petros Saxakyansa və Levon Arutunova və Naxçıvan qəzasından olan Minas Aqayansa məhkəmənin qərarı ilə ölüm hökmü verildi. Lakin sonralar ölüm hökmü ləğv edildi və hər biri 15 illik katorqaya göndərildilər. Qətldə iştirak edən beşinci adam –həddi-buluğa çatmamış Minas Aqayans isə yalnız 1907-ci ildə mühakimə olundu və bəraət aldı. Bu terror aktında iştirak edən həddi-buluğa çatmamış Minas Aqayansın olması da “Droşak” qəzetinin yazdığını təsdiq edirdi. Yəni, erməni cəmiyyətində müəllim də, şagird də terrorçudur və ya ola bilər.

1905-ci il fevralın 7-də Daşnaksütyun general Əlixanovu, qəza rəisi Pavlovu, polis işçiləri Cavaxovu, Şumakeviçi və başqa şəxsləri öldürdü.

Erməni terrorçuları 1906-cı il iyunun 17-də Yelizavetpolda vağzalyanı sahədə pirstav Murovskini öldürdülər. Yelizavetpol quberniyasının qubernatoru Kalaçev 1906-cı il 16 noyabr tarixli şifrəli teleqramında Qafqaz canişinliyinin xüsusi şöbəsinin rəisi polkovnik Babuşkinə yazırdı: “1905-ci il fevralın 1-dən 1906-cı il mayın 1-dək Yelizavetpol quberniyasında terror aktları nəticəsində 1 qəza rəisinin köməkçisi, 4 pristav, 1 jandarma işçisi 23 mühafizəçi öldürülmüş, 6 mühafizəçi yaralanmışdır”.

Yelizavetpol qəza rəisi podpolkovnik Avaliani qəzada Daşnaksütyunu ləğv etməkdə israr etdiyi üçün 1907-ci ildə Yelizavetpol qəzasından olan terrorçular Arutun Xaçaturov və Şuşa qəza sakini Asatur Davıdov tərəfindən qətlə yetirildi. Bakıda daşnak mətbəəsini aşkar etdiyi üçün pristav Narışkin, nəzarətçilər Qrin və Kalaşnikov, az sonra polismeyester Şervud və 3 pristav Daşnaksütyunun göstərişi ilə öldürüldü.

Rusiya mənbələrindən aydın olur ki, vəzifələrinə uyğun olaraq şəxslərin öldürülməsi üçün terrorçulara verilən pul da fərqli olurdu. Bununla bağlı olaraq “Tverskoe Povoljye” qəzeti 1908-ci il 28 sentyabr tarixli sayında yazırdı ki, şəhər polis idarəsinin aşağı rütbəli işçisini öldürmək üçün 5 rubl, həbsxana nəzarətçisini öldürmək üçün 15 rubl, pristavı öldürmək üçün 25 rubl pul verilir. Tiflis quberniya jandarma idarəsinin 1908-ci il 31 dekabr tarixli 5428 №-li tamamilə məxfi məktubunda yazılırdı ki, hər bir terrorçuya ayda 45 rubl maaş və hər bir terror aktına görə isə məbləği müəyyənləşdirilməyən qonorar verilir. Ümumiyyətlə, 1905-1908-ci illərdə daşnaklar 47 siyasi qətl törətmişdilər. 1908-ci il iyulun 1-dən 1909-cu il iyulun 1-dək Qafqaz diyarının quberniya və vilayətlərində 348 daşnak istintaqa cəlb edilmiş və həbs olunmuşdu. Erməni ünsürü qorxu altında terror təşkilatlarına ianələr verirdi. Rəis İ.Şeqlovitov Qafqaz canişini Vorontsov-Daşkova 1909-cu il iyunun 11-də göndərdiyi 31248 №-li məxfi məktubunda yazırdı: “…heç şübhəsiz, bu ianələr dinc erməni əhalisini terrorizə edən güclü bir partiyanın adətən qorxulu təsiri altında edilmişdir”. Bu faktın özü də təsdiq edir ki, erməni cəmiyyətinin formalaşmasında terror amili mühüm rol oynayıb və təməlində terrorçuluq dayanır.

Birinci Dünya müharibəsi illərində “könüllü” adı altında təşkil edilən erməni silahlı dəstələrinin başında məşhur terrorçular dayanırdı. Çar hakimiyyət orqanlarının 1915-ci il 5 may tarixli 167800 saylı tamamilə məxfi sənədində bununla bağlı olaraq yazılırdı: “Silahlı dəstələrin başına Andranik məşhur terrorçuları təyin etdi”.

Erməni terror-siyasi təşkilatları gürcülərə nifrət edirdilər. Gürcü dilində Tiflisdə nəşr edilən “Saxalxo-Purçeli” qəzeti 1916-cı il 22 aprel tarixli 556-cı sayında yazırdı ki, ermənilər Gürcüstanda hələ möhkəmlənmədikləri bir zamanda erməni–gürcü münasibətləri kəskin deyildi. Zaman-zaman Gürcüstanda ermənilər iqtisadi cəhətdən möhkəmləndilər. O zaman bir-birinə zidd olan iki dünyagörüşü toqquşdu. Erməni plutokratiyasının istəkləri və arzularının hüdudu yoxdur. Ermənilərə qarşı mübarizə gürcü millətçiliyinin yeganə predmetidir. Gürcü millətçiliyi erməni təhlükəsindən xalqını xilas etmək niyyətindədir. Qəzet qeyd edirdi ki, ermənilər gürcülərlə dost münasibətlərdə deyillər. Ermənilərin gürcülərə olan mənfi münasibəti irqçilikdən başqa bir şey deyildir.

Cənubi Qafqazda heç bir zaman olmayan Ermənistan adlı bir dövlət türk, azərbaycanlı torpaqlarında qurulduqdan və Azərbaycan tarixən azərbaycanlılara məxsus olan İrəvan şəhərini paytaxt olaraq verdikdən sonra daşnaklar soyqırımı və terroru dövlət siyasətinə çevirdilər. Rəsmi sənədlər deyilənləri sübut edir. Belə ki, 1918-ci ildə Ararat Respublikasında 1 milyon 200 min nəfər əhali var idi, 1920-ci ilin sonlarında Ermənistan sovetləşdiriləndə ölkədə cəmi 770 min nəfər qalmışdı. 1918-1920-ci illərdə Daşnaksütyunun hakimiyyəti illərində Ermənistanda əhali 35,5 faiz azalmışdı. Türklər 77 faiz, kürdlər 98 faiz, yezidi kürdlər 40 faiz azalmışdı. Əgər 1918-ci ildə Ermənistanda türklər 260 min nəfər idilərsə, 1920-ci ildə 60 min olmuş və ya 77 faiz azalmışdı. Kürdlər 1918-ci ildə 25 min nəfər idilərsə, 1920-ci ildə 0,5 min nəfər olmuş və ya 98 faiz azalmışdı. Yezidilər bu illərdə 8 min nəfər idilərsə, 1920-ci ildə 5 min nəfər olmuş və 40 faiz azalmışdı. Ruslar isə 15 min nəfərdən 14 min nəfərə düşmüş və ya 7 faiz azalmışdı. Digər millətlərin sayı 7 mindən 4 min nəfərə düşmüş və ya 43 faiz azalmışdı. Əsl irqçilik bu deyilmi?

Yuxarıda göstərilən faktlar, həmçinin 1920-ci ildə Azərbaycan dövlət xadimlərinin öldürülməsi, 70-ci illərdə Moskvada metro stansiyasının, Bakıda 106 nömrəli marşrut avtobusunun partladılması, 70-80-ci illərdə türk diplomatlarının qətlə yeirilməsi, dünyanın müxtəlif ölkələrinin paytaxtlarında hava limanlarında törədilən partlayışlar, Azərbaycana qarşı hərbi təcavüz etdikdən sonra mülki əhaliyə qarşı törədilən terror aktları, İrəvanda və başqa yerlərdə terrorçulara abidələrin qoyulması, adlarına orden və medalların təsis edilməsi və yüzlərlə digər fakt bir daha təsdiq edir ki, hansı partiyanın və şəxsin hakimiyyətdə olmasından asılı olmayaraq Ermənistanda dövlət siyasətinə çevrilmiş terrorçuluq ənənəsi davam etdirilir.

Başqa bir millətin yaşaması üçün şərait olmadığından Ermənistan bu gün monoetnik əraziyə çevrilib. Belə vəziyyət irqçilik siyasətinin konkret nəticəsidir. Bütün bunlar Ermənistan adlı qurama dövlətin iki ayaq – terror və irqçilik üstündə dayandığını bir daha təsdiq edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMU-da kibertəhlükəsizlik laboratoriyası istifadəyə verilib

Sabah havanın dəyişkən buludlu və bəzi yerlərdə yağıntılı olacağı gözlənilir

Dövlət Komissiyası: Narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir

Nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Dövlət Komitəsi rəsmisi: “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi artıq hazırdır, razılaşdırılması prosesi gedir

Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə, “Sumqayıt” kənar şəxslərə görə cərimələnib

Şimali Kipr Türk Respublikasında Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbirlər keçiriləcək

“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq

Apreldə su hövzələrindən 375 ədəd sintetik tor götürülüb

Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib VİDEO

Bəşir Hacıyev: 2026-ci ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200-dən çox evin tikintisi başa çatacaq

Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır

Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb

İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq

Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub

Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir

İKZF: Fond tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib

Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib

Forum çərçivəsində Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya işə başlayıb

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Xətai Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib

Vüqar Süleymanov: Ərazilərin minalarla çirklənməsi təbiətə də ciddi ziyan vurur

Ötən ay 141 mindən çox vətəndaş xüsusi şərtlərlə pensiya alıb

Bakıda Kukla Festivalının bağlanış mərasimi olub

Gert Jan Koopman: Aİ-yə üzv ölkələr həmrəylik göstərəndə mina sahəsində ortaya yaxşı iş qoya bilirik

Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb

Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Maliyyə naziri Samir Şərifov Tbilisidə bir sıra görüşlər keçirib

Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi

Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb VİDEO

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Viktor Orban: Avropa liderləri odla oynayırlar

Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar

Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda təşviq edir ŞƏRH

Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür

Şəhid övladları intellektual oyunda biliklərini sınayıblar

ATMU tələbələri peşəkar bacarıq və karyera imkanlarından faydalanmaqda maraqlıdırlar

HƏMAS İsrailin Qəzzada atəşkəs barədə təklifini nəzərdən keçirir

"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb

“Qiraət axşamı”nda Məhəmməd Füzulinin qəzəlləri səslənib

Nazir: Son 5 ildə Azərbaycanda minimum pensiya 2,5 dəfə artıb

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilir

Komitə sədri: Cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma lazımdır

Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb

Sahil Babayev: Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır

® Yüksək faizli depozit kampaniyası davam edir

Alimlər oranqutanın bitki ilə yaraları müalicə etməsini öyrənir

Gələn ay müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək

Mayın 15-dən iyunun 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Milli Xalça Festivalı ilə əlaqədar İçərişəhərə giriş məhdudlaşdırılacaq

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib VİDEO

Polkovnik: Dünənki Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür

İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək

Nazir: Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılır

Ruandada güclü yağışlar nəticəsində 50-yə yaxın insan həlak olub

İcraçı direktor: Azərbaycan jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır

Birinci siniflərə qəbul üçün yaradılan alternativ qeydiyyat mərkəzlərində 767 valideynə dəstək göstərilib

Əhməd İsmayılov: Ölkəmizdə medianın obyektiv və qərəzsiz məlumat hazırlaması üçün hər cür şərait yaradılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar

Bu gündən birinci siniflərə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlanır

BANM ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq imkanları genişlənir

“Mahşərəf Məsturənin poeziyası” kitabı çapdan çıxıb

Paris Olimpiadasında qaçqınlar yığması ilk dəfə öz loqosu ilə yarışacaq

BMT 2026-cı ili “Beynəlxalq Qadın Fermerlər İli” elan edib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir

İrandan Azərbaycana 87 kiloqram narkotik vasitə gətirən Neftçala rayon sakini saxlanılıb VİDEO

Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür

Qızıl medal qazanan avarçəkən: Növbəti yarışlarda da birinci olmağa çalışacağam

Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

Laçının Sus kəndinə köç prosesi ilə əlaqədar keçirilən püşkatmada yaranan narazılığa aydınlıq gətirilib

Pakistanda avtobus qəzası nəticəsində 15 nəfər ölüb

DİN: Ötən gün 20 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanına abituriyentlərin qeydiyyatı sona yaxınlaşır

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra istifadəyə verilib VİDEO

Nasist liderin yaşadığı evdən 5 skelet tapılıb

BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb