MƏDƏNİYYƏT
Nizami Kino Mərkəzində yeni animasiya və bədii filmlər
Bakı, 28 aprel, AZƏRTAC
Nizami Kino Mərkəzində aprelin 28-dən etibarən “Canavarlar və qoyunlar: dəlicəsinə çevrilmə” 3D animasiya, “Sadəcə sev” milli və Rusiyanın “# Hər şeyi düzəltmək!?!” bədii filmlərinin nümayişinə başlanıb.
Kino mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Rusiya istehsalı olan “Canavarlar və qoyunlar: dəlicəsinə çevrilmə” animasiya filmini rejissor Maksim Volkov Nil Landaunun ssenarisi əsasında komediya və macəra janrında ekranlaşdırılıb.
Rolları Aleksandr Petrov, Elizaveta Boyarskaya, Sergey Bezrukov, Ekaterina İvançikova, Yuriy Qaltsev, Andrey Rojkov, Tatyana Şitova, D. Vinoqradov, Andrey Barxudarov, Dmitriy Filimonov ifa ediblər.
Ssenari müəllifi və rejissor Anton Kalinkinin çəkdiyi “# Hər şeyi düzəltmək!?!” filmi dram və musiqili komediya janrındadır.
Filmdə Nikita Kiosse, Vladislav Ramm, Artyom Pindyura, Anatoliy Tsoy, Darya Moroz, Nikolay Baskov, Vyaçeslav Qrişeçkin, Darya Poverennova, Yola Sanko və İqor Jijikin çəkiliblər.
Milli filmlər sırasına daxil olan növbəti “Sadəcə sev” filminin rejissoru Sain Qəhrəman, ssenari müəllifi Elçin Muradovdur. Film melodram janrında çəkilib.
Filmdə baş rolları məşhur estrada müğənnisi Günay İbrahimli, aktyorlar Cövdət Şükürov və Elşən Rüstəmov canlandırıblar.