MƏDƏNİYYƏT
Nizami Kino Mərkəzində yeni layihəyə başlanılıb
Bakı, 21 noyabr, AZƏRTAC
Nizami Kino Mərkəzi “Kinoklub” layihəsinə başlayıb.
Kino mərkəzindən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi yeni filmlərin nümayişinin təşkili və bu məkanda yaradıcı insanlara fikir və düşüncələrini bölüşməyə imkan yaratmaqdır.
İlk nümayiş olunan lent ən nüfuzlu qısametrajlı film festivallarından birinin müsabiqə proqramına daxil edilmiş azərbaycanlı kinorejissor Teymur Hacıyevin “Yara” filmidir.
Sözügedən qısametrajlı film 2013-cü ildə “FIL PRODUCTION” və “Cinex Azerbaijan Film & Digital production” istehsalı olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Nar Mobile” operatorunun dəstəyi ilə həyata keçirilmiş “Üç tarix” adlı film layihəsi çərçivəsində çəkilib. Əsas rolları gənc rejissor Elmar İmanov və tanınmış aktyor Şamil Süleymanlı oynayırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]