“NOTARİAT HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 10; 2001-ci il, № 11, maddə 687, № 12, maddə 740; 2002-ci il, № 5, maddə 241, № 6, maddə 328, № 12, maddə 706; 2004-cü il, № 5, maddə 318; 2005-ci il, № 4, maddə 281, № 8, maddə 699, № 10, maddə 903, № 11, maddə 993) 5-ci maddəsinin ikinci hissəsinin birinci cümləsi çıxarılsın.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 dekabr 2006-cı il.