CƏMİYYƏT
Oğrular məsuliyyətə cəlb olunmuşlar
Bakı, 19 noyabr (AZƏRTAC). Noyabrın 17-də naməlum şəxslər Sevinc Cəfərovanın mənzilindən 2600 manat pul, 1 noutbuk və qızıl əşyaları oğurlamışlar.
Oğurluqda şübhəli bilinən paytaxt sakinləri Adəm Əlizadə və əvvəllər məhkum olunmuş Nadir Dadaşov Nəsimi Rayon Polis İdarəsinin 19-cu bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışlar.
Noyabrın 5-də Ramil Əmirova məxsus mağazadan 12 mobil telefon və 25 ədəd telefon üzlüyü oğurlanmışdır. Hadisəni törətmiş Bakı şəhər sakini Toğrul Səlimov Xətai Rayon Polis İdarəsinin 36-cı bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Nərimanov Rayon Polis İdarəsi 17-ci bölməsinin əməkdaşları isə noyabrın 14-də Türkiyə vətəndaşı Özər Üçə məxsus mağazadan 400 manat pul oğurlamış paytaxt sakini Ruslan Bağıyevi yaxalamışlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar davam etdirilir.