Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ölkəmizdə kök hüceyrələri ilə müalicədə ilk uğurlu nəticə əldə olunub

Ölkəmizdə kök hüceyrələri ilə müalicədə ilk uğurlu nəticə əldə olunub

Bakı, 1 may, AZƏRTAC 

Almaniyada apardığım elmi-tədqiqatlar pre-kliniki mərhələdə olan dərman maddəsinin mədəaltı vəzi xərçəngi zamanı xərçəng kök hüceyrələrinə (XKH) təsirinin öyrənilməsinə həsr olunub. Orada biz ən müasir avandanlıqlar vasitəsilə bu dərman preparatının şiş hüceyrələrinə olan təsirini mövcud standart terapiyada tətbiq olunan dərman vasitələri ilə müqayisəli şəkildə öyrənmişik. Qarşımıza qoyduğumuz məqsədlərdən biri də xərçəng kök hüceyrələrinin mədəaltı vəzi xərçəngində rolunu araşdırmaq, bu hüceyrələrinin xarakterik xüsusiyyətlərini identifikasiyası və mədəaltı vəzi xərçəngində kimyəvi terapiyaya qarşı rezistentlik problemini həll etmək olub. Təklif etdiyimiz preparatın bir çox hallarda standart terapiyada tətbiq olunan gemsitabin preparatından daha effektiv olduğu müəyyənləşib. Bəlli olub ki, bu preparat vasitəsilə şiş hüceyrələrini gemsitabinlə müalicəyə sensitiv vəziyyətə gətirərək onların tam məhvinə nail olmaq olar.

Ədəbiyyatda rast gəldiyim məlumatlara əsasən bu preparat artıq bəzi ölkələrdə klinik mərhələdə uğurla tətbiq olunur. Bu dərman preparatının iş prinsipi şiş hüceyrələrində qlikoliz prosesinin inhibə olunmasına əsaslanıb. Müəyyən olunub ki, şiş hüceyrələri normal hüceyrələrə nəzərən 200 dəfə artıq enerji sərf edirlər. Bu dünyada “Varburq effekti” adlandırılır. Apardığımız müalicənin məqsədi şiş hüceyrələrində, xüsusilə xərçəng kök hüceyrələrində qlikoliz prosesinin dayandırmaq və bununla da şiş hüceyrələrinin məhvinə nail olmaqdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinə ATU-nun histologiya, embriologiya və sitologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Orxan İsayev bildirib.

-Məşğul olduğunuz, araşdırdığınız sahə kök hüceyrələri ilə bağlıdır. Kök hüceyrələri nədir?

-Kök hüceyrələri normalda differensasiya olmamış vəziyyətdə, özünü davamlı yeniləmə qabiliyyətinə malik və orqanizmdə hər bir hüceyrə tipinə başlanğıc vermək potensialı olanlardır. Kök hüceyrələrinə bəzən kötük hüceyrələr də deyilir. Onların alınma mənbələri fərqlidir. Belə ki, orqanizmdə əsas üç mənbədən alına bilir. Birinci embriondan alınmış embrional kök hüceyrələrdir. Mayalanmadan sonra artıq 4-5-ci günlərində embrional kök hüceyrələri əmələ gəlir. Bu hüceyrələr ən geniş imkanlara malikdir. Embrional kök hüceyrələri vahid bir orqanizmə başlanğıc vermək qabiliyyətinə malikdirlər. İkinci fetal kök hüceyrələri–abort zamanı artıq ölmüş döldən alınan kök hüceyrələrdir. Onlar öz imkanlarına görə embrional kök hüceyrələrindən geri qalırlar. Embrional və fetal kök hüceyrələrinin alınmasında ən böyük problemlərdən biri də etik prinsiplərdir. Üçüncü–postnatal kök hüceyrələri, öz imkanlarına görə digər tiplərdən geri qalır, orqanizmdə müəyyən bir hüceyrə tipinə başlanğıc verə bilir. Burada xüsusilə göbək ciyəsi qanından alınan kök hüceyrələri qeyd etmək istərdim. Bu hüceyrələr bəzən ayrıca, bəzən də postnatal kök hüceyrələrin tərkib hissəsi kimi hesab olunur. Hazırda dünyada bir çox ölkələrdə göbək ciyəsi qanının saxlanması məqsədilə kriobanklar yaradılıb. Hüceyrələr alınma yoluna görə iki tipə ayrılır. İnsanın özündən alınan autoloq, donordan alınanlar isə allogen kök hüceyrələri adlanır.

- Kök hüceyrələrinin tətbiq sahələri hansılardır?

- Onların tətbiq sahələri çox genişdir. Hazırda kök hüceyrələrinin tətbiqi bəzi xəstəliklərdə sınaq mərhələsində olsa da, bəzi xəstəliklər üçün artıq standart terapiya kimi qəbul olunur. Bu hüceyrələrin effektiv tətbiq edildiyi sahələr olaraq əsasən qan, mədə-bağırsaq və ürək-damar sistemi, dayaq-hərəkət aparatı, genetik xəstəliklər, kosmetologiya və ən əsası onkologiyanı misal çəkmək olar. Kök hüceyrələri müxtəlif anemiyalar, autizm, talassemiya, uşaqlarda serebral ifliclər, Hockin və qeyri-Hockin limfoması, mieolamalar, leykoz kimi bir sıra xəstəliklər və kosmetologiyada uğurla tətbiq olunur. Onların tətbiqinin sınaq mərhələsində olduğu xəstəliklərdən insultu, qaraciyər serrozunu, hepatitləri, böyrək çatışmazlığını, autoimmun xəstəlikləri, diabeti, miokard infarktını, sümük defisitlərini, ürək çatışmazlığı və bir sıra digər problemləri qeyd etmək olar.

-Kök hüceyrələri onkologiyada hansı formada tətbiq olunur?

-Xərçəng xəstəliyinin həm müalicəsi, həm də müayinəsində bu hüceyrələrin xüsusi rolu var. Bu xəstəliklərin müalicəsində hələ də öz həllini tapmayan problemlərdən biri də kimyəvi terapiyaya olan rezistentlikdir. Son illər aparılan araşdırmalara əsasən kimyəvi terapiyaya olan rezistentliyin əsasında duran faktorlardan biri də XKH-nin mövcudluğudur. Xərçəng kök hüceyrələri nəzəriyyəsinə əsasən şiş hüceyrələrinin bir qismi normal kök hüceyrələrinin xüsusiyyətlərini göstərir. Bu xüsusiyyətlərə kimyəvi terapiyaya rezistentlik, yüksək DNT bərpaetmə qabiliyyəti, apoptoza rezistentlik, regenerasiya, klonogenlik və nisbi sakitlik vəziyyəti aiddir. Qeyd olunduğu kimi normal kök hüceyrələr orqanizmdə bütün hüceyrə tiplərinə differensasiya etmək və özünü sonsuz sayda törətmə qabiliyyətinə malikdirlər. Xərçəng kök hüceyrələri nəzəriyyəsinə əsasən bu hüceyrələr yeni bədxassəli hüceyrələrə başlanğıc verə bilər, bunlar yeni şiş hüceyrə kütlələrinə differensasiya edə bilənlərdir. Son illər aparılan araşdırmalara əsasən xərçəng xəstəliyi zamanı xərçəng kök hüceyrələri dərman müalicəsinə olan rezistentliyə cavabdeh hüceyrələrdir və müalicə zamanı bu hüceyrələrlə mübarizə terapiyanın effektivliyini dəfələrlə artıra bilər.

-Qeyd etdiyiniz kimi, kök hüceyrələri vasitəsilə müalicə aparılır. Məsələn, bu yaxınlarda bir qrup yapon alimi dünyada ilk dəfə kök hüceyrələrini transplantasiya ediblər. Digər ölkədə isə süni ürək hüceyrələri yaradılıb. Azərbaycanda bu istiqamətdə nə işlər görülüb?

-Kök hüceyrələri sahəsində ölkəmizdə də mühüm işlər aparılır. ATU-nun Tədris Cərrahiyyə Klinikasında Azərbaycanda ilk dəfə qaraciyər xəstəsinə kök hüceyrələr transplantasiya olunub. Məndə olan məlumatlara əsasən transplantasiya uğurlu alınıb və xəstəlikdə müsbət irəliləmə əldə olunub. ATU-nun Tədris Terapevtik Klinikasında isə kök hüceyrələrinin izolyasiyası, kultivasiyası və transplantasiyası üzrə ixtisaslaşmış laboratoriyanın yaradılması sahəsində aparılan işləri xüsusi qeyd etmək istərdim. Bu məsələ Azərbaycan Milli Elmlər Akademiyasının da diqqətindədir. Belə ki, 2015-ci ildə mənim də iştirakçısı olduğum “Müasir biotibb elmində kök hüceyrə texnologiyalarının aktual elmi-nəzəri problemlərinin araşdırılması, analizi və prioritetlərinin identifikasiyası” layihəsi təsdiq olunub və ölkənin bu sahənin aparıcı mütəxəssisləri həmin layihəyə cəlb olunublar. Bundan əlavə, məndə olan məlumata görə Mərkəzi Klinikada kardioloji xəstələrə müalicə məqsədilə kök hüceyrələrin transplantasiya olunması istiqamətində də bir sıra işlər aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ziyanvericilərin törətdikləri xəstəliklər səbəbindən qurumuş ağaclar götürülür

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Azərbaycanda müasir idarəetmə formaları: yeni reallıqlar və perspektivlər” – DİA-da elmi konfrans

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Mormon Kilsəsinin və Stirlinq Fondunun nümayəndələrini qəbul edib

Azərbaycanla Əlcəzair arasında ikitərəfli və regional məsələlər müzakirə olunub

Naxçıvan şəhərində evdə yanğın olub

Politoloq: Azərbaycan enerji təhlükəsizliyində Avropa İttifaqının önəmli strateji tərəfdaşıdır

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb

Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib

Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq

Xalq yazıçısı Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşüb

İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib

Çiğdem Erdoğan: Azərbaycan-Türkiyə əlaqələri dinamik inkişaf edir

Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb

XTQ-nin yaradılmasının 25-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib VİDEO

Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb

Türkiyədə “Heydər Əliyev adına təqaüd” proqramında iştirak etmək üçün ərizələrin qəbuluna başlanılıb

RF XİN: Rusiyaya gələn əcnəbi vətəndaşların ətraflı yoxlanılması müvəqqəti xarakter daşıyır

Azərbaycan ombudsmanı autizmli şəxslərlə görüşüb

BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər

Azərbaycan Respublikası Prezidentinin “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” 2010-cu il 23 fevral tarixli 225 nömrəli, “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 3 mart tarixli 391 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli və “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

APOPO-nun nümayəndələri Bakı Mühəndislik Universitetində olublar

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” 2004-cü il 29 dekabr tarixli 172 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 262 nömrəli və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir

Dövlət Məşğulluq Agentliyi yenidən “Antikorrupsiya İdarəetmə sistemi” üzrə ISO sertifikatına layiq görülüb

Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira partiyası əməkdaşlığı genişləndirir VİDEO

Sumqayıtda avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər saxlanılıb

BMTM-də Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının heyəti ilə görüş olub

Bakı-Ələt-Qazax avtomobil yolunun 284-cü kilometrliyində qurumuş ağaclar ərazidən götürülüb

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları sərhədçilərlə görüşüb

Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır

Ərəb Liqası-Azərbaycan və Mərkəzi Asiya formatını dəstəkləyən Doha Bəyannaməsi qəbul edilib

Xəbərdarlıq: Temperatur 4-8° enəcək, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq

Respublika fənn olimpiadalarının biologiya və coğrafiya üzrə final turu keçirilib

Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO

Azərbaycanlı alim tərtibçisi olduğu “Divanü lüğat-it-türk” əsərini Türkiyə səfirliyinə təqdim edib

Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib

Nizami rayonunda küçənin bir hissəsi təmir olunub

Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Livanın xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

“Yaşıl şəbəkə” maarifləndirmə proqramı çərçivəsində IX Ekoloji Forum keçirilib

Şuşaya qayıdış başlayır VİDEO

Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub

XİN: Fransa rəsmisinin Azərbaycana qarşı əsassız və ittiham xarakterli iddialarını qətiyyətlə rədd edirik

Mayda bəzi günlərdə havanın temperaturu 35 dərəcəyə yüksələcək

Səksən iki minə yaxın uşaq avtomatik olaraq birinci sinfə yerləşdirilib

Lənkəranda baş verən qəzada piyada ölüb

Nazir: Azərbaycan qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazırdır

G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər

Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib

Vyanada keçirilən konfransda Fransanın assimilyasiya siyasətindən danışılıb VİDEO

Akademik İsa Həbibbəyli: Əli Tudənin yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur

Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb

İndoneziyada Ruanq vulkanı yenidən püskürüb

Azərbaycan Dövlət Rəqs Ansamblı Xivədə “Lazgi” Beynəlxalq Festivalında birinci yerə layiq görülüb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri açıqlanıb: 4 nəfər 300 bal toplayıb

Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib

Əməkdar artist Osman Hacıbəyovun 100 illiyi münasibətilə tədbir keçirilib

ADNSU-da törədilmiş terror aktının 15-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Reabilitasiya Müəssisəsində tibbi aksiya keçirilib

Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır

Azərbaycan COP29 sədrliyi zamanı “Qlobal Şimal” və “Qlobal Cənub”u bir araya gətirməkdə qərarlıdır

Ceyhun Bayramov: Yaxın Şərqdə gərginliyin davam etməsi dərin narahatlıq mənbəyidir

Nazir müavini: Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində 6 məktəb tikiləcək

Hindistanda polislə atışmada yeddi üsyançı öldürülüb

Aqrar Sığorta Fondu 2024-cü ilin ilk rübü üzrə nəticələrini açıqlayıb

“Tron 3” filminin nümayiş tarixi məlum olub

Məhəmməd Füzuli yaradıcılığı Polşa ədəbiyyat portallarında

Yaponların ənənəvi qeyri-adi festivalı keçirilib

Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilir

Türkiyə və Azərbaycan kitabxanaları arasında əməkdaşlıq və birgə layihələr müzakirə olunub

Kral Çarlz Londonda ictimai vəzifəsinə davam edir - AZƏRTAC-ın eksklüziv fotoları VİDEO

Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək

Azad Gözəlov: Azərbaycanda avarçəkmə və kanoenin fəaliyyətini genişləndirmək niyyətindəyik

Avropada 51 mindən çox azyaşlı qaçqın itkin düşüb

Akademik Milli Dram Teatrı may repertuarını açıqlayıb

Mingəçevirdə “Prezident Kuboku-2024” reqatasının iştirakçılarının rəsmi paradı olub

Azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqların sayı açıqlanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qətərli həmkarı ilə görüşüb

400-dən çox məktəbli və universitet tələbəsi “IDDA CUP – Bahar 2024” olimpiadasında iştirak edib

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Azərbaycan ilə İtaliya arasında diaspor sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Latviya Belarusla sərhəddə yeddi yeni döyüş taboru formalaşdıracaq

Acun Ilıcalı daha bir futbol klubunu satın alır

Keniyada daşqınlar nəticəsində 90-dan çox insan itkin düşüb

İbtidai insanlarda qida sisteminin transformasiyası ilə bağlı yeni tədqiqat aparılıb

BDU-nun tələbəsi: Karyera Festivalı iş axtaran gənclər üçün faydalı olacaq

Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun birinci Şura Toplantısı keçirilib

Birinci siniflərə qeydiyyat üçün Bakıda 27 alternativ mərkəz yaradılıb

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri ərazisində taktiki-xüsusi təlim keçirib

“Rabitəbank”ın əməkdaşı: Karyera Festivalında 10 vakansiya təqdim edirik

Şəxsiyyəti müəyyən olunmuş 73 nəfər Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanıb - SİYAHI

“Volkswagen”in gəlirləri 20 faiz aşağı düşüb

Akademik İsa Həbibbəyli Belçikanın Vrije Universitetinin professoru Filip Hamblla görüşüb

Birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş və tanınmadan dəfn edilmiş 183 şəxsə aid meyit qalıqları ekshumasiya edilib

İstanbul Formula 1 Türkiyə Qran-Prisinə yenidən ev sahibliyi edə bilər