ORTA AYLIQ ƏMƏK HAQQI 26,5 FAİZ ARTMIŞDIR
Bakı, 24 fevral (AZƏRTAC). Cari ilin yanvarında ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 2008-ci ilin eyni dövrü ilə müqayisədə 26,5 faiz artaraq 291 manata çatmışdır.
Dövlət Statistika Komitəsindən bildirmişlər ki, daha yüksək orta aylıq əmək haqqı mədənçıxarma sənayesində, maliyyə fəaliyyətində, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində və tikintidə müşahidə olunmuşdur.
Ötən ildə müəssisə və təşkilatlarda işçilərə 16,2 milyon manatlıq sosial xarakterli ödəmələr verilmişdir. Bu ödəmələrin əsas hissəsini mədənçıxarma sənayesi, elektrik enerjisi, qazın və suyun istehsalı və bölüşdürülməsi, emal sənayesi, nəqliyyat, anbar təsərrüfatı, tikinti və rabitə sahələrində çalışan işçilər almışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [20:18]
KPMG rəhbəri: Region yaşıl enerjiyə yönəlir– MÜSAHİBƏ
- 03.06.2026 [18:00]