Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Orta əsr Ağsu şəhəri” arxeoloji turizm layihəsinin reallaşması Azərbaycanın qədim tarixinin tədqiqi baxımından mühüm əhəmiyyət kəsb edir

Ağsu, 6 fevral (AZƏRTAC). Əsrarəngiz flora və faunası, hər qarış torpağın, hər daşın altında gizlənən qədim tarixi, zəngin maddi-mədəniyyət nümunələri Azərbaycanda turizmin inkişafı üçün çox böyük imkanlar açır. Son illərdə bu istiqamətdə irihəcmli layihələrin həyata keçirilməsi Azərbaycanda turizmi prioritet sahələrdən birinə çevirmişdir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan edilməsi bu sahədə işlərə yeni təkan vermişdir. Təqdirəlayiq haldır ki, bu gün Azərbaycanda turizmlə müvafiq dövlət qurumları ilə yanaşı, bu sahə ilə əlaqəsi olmayan iş adamları, geniş ziyalı təbəqəsi də yaxından maraqlanır.

AZƏRTAC xəbər verir ki, bu müsbət tendensiya Ağsuda keçirilmiş “Arxeoloji turizmin inkişaf perspektivləri” mövzusunda konfransda bir daha özünü qabarıq şəkildə göstərmişdir. Tanınmış tarixçi alimlərin, o cümlədən arxeoloqların, etnoqrafların, digər ixtisas sahiblərinin və ziyalıların iştirak etdikləri konfransda Azərbaycanda turizmin digər sahələri ilə yanaşı, zəngin tarixi keçmişimizin bütün dünyada təbliği məqsədilə arxeoloji turizmin inkişafının da aktuallığı vurğulanmışdır.

Qeyd edilmişdir ki, arxeoloji turizm sahəsində yeni layihələrin həyata keçirilməsi birinci növbədə tariximizin açılmamış səhifələrini üzə çıxarar, onu saxtalaşdırmağa çalışan yalançı erməni tarixçiləri və tədqiqatçılarının qarşısına sipər çəkmək üçün yeni-yeni təkzibolunmaz dəlillər ortaya qoyar. İkincisi, bu layihələr ölkəmizə turist axınını gücləndirər.

Məlum həqiqətdir ki, bu gün avropalı turisti təkcə ziyarət etdiyi ölkənin təbiəti, gözəl istirahət yerləri deyil, həm də onun tarixi, maddi-mədəniyyət abidələri maraqlandırır. Təbii ki, qədim abidələri, maddi-mədəniyyət nümunələrini öz gözləri ilə görən xarici turist heç vaxt erməni hay-küyünə inanmaz.

Bu baxımdan respublikamızda demək olar ki, ilk dəfə reallaşan “Orta əsr Ağsu şəhəri” arxeoloji turizm layihəsi mühüm əhəmiyyət kəsb edir. Bu layihə təkcə arxeoloji tədqiqatlarla məhdudlaşmır. Burada həm də abidənin və tapıntıların konservasiyası, arxeoloji materialların elektron bazasının yaradılması, sərgi və nəşr fəaliyyətləri diqqət mərkəzindədir.

Layihəyə əsasən, həyata keçirilən ilkin arxeoloji tədqiqatlar Dağlıq Şirvan iqtisadi rayonuna daxil olan Ağsunun orta əsrlər tarixi barədə yeni, olduqca maraqlı məlumatları üzə çıxarmışdır. Qeyd etmək lazımdır ki, əvvəllər bu bölgədə qədim Qırlartəpə yaşayış məskəni istisna olmaqla, digər tarixi abidələrin tədqiqatı aparılmamışdır. Yalnız Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən və ölkəmiz sosial-iqtisadi inkişaf yoluna qədəm qoyduqdan sonra respublikamızın digər bölgələrində, o cümlədən Ağsu ərazisində arxeoloji tədqiqat işlərinə başlanılmışdır.

“Xaraba şəhər” adlanan abidədə ilkin kəşfiyyat işləri görkəmli arxeoloq alim Fazil Osmanovun rəhbərliyi ilə aparılmışdır. O zaman Ağsu-İsmayıllı arxeoloji ekspedisiyası yalnız Qırlartəpədə qazıntı işləri aparırdı. Bu qazıntılar nəticəsində orta əsr tariximizin bir sıra məsələlərinin araşdırılması baxımından çox mühüm əhəmiyyətli xeyli yeni məlumatlar üzə çıxmışdır.

İndiki Ağsu şəhərindən 3-4 kilometr cənubda, Ülgüc kəndi yaxınlığında yerləşən “Xaraba şəhər” plan etibarilə kvadrat şəklində olmaqla 34 hektar sahəni əhatə edir. Qədim şəhər ətrafı 6-7 metr dərinlikdə, eni isə 20-25 metr olan xəndəklərlə və uzunluğu 2400 metrə çatan divarlarla əhatələnmişdir. Cənub tərəfdən xəndəyin eni 40 metrə çatır.

Artıq 2010-cu ilin martından Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə layihəsi ilə “Xaraba şəhər”də arxeoloji tədqiqatlara başlanılmışdır. Tarix elmləri doktoru Qafar Cəbiyevin rəhbərliyi ilə arxeoloji tədqiqatları həyata keçirən ekspedisiya artıq uğurlu nəticələr qazanmışdır. Burada “Sənətkarlar məhəlləsi” və hamam ərazisi, hamama yaxın şəhər qarnizonunun saxlandığı yer üzə çıxarılmışdır.

Ağsuda arxeoloji turizmin inkişafı perspektivlərinə həsr olunmuş konfransda iştirak edən alimlər “Xaraba şəhər”də olarkən burada aparılan tədqiqat işləri, təşkil olunmuş örtülü muzey - “Ağsu şəhəri, sənətkarlıq məhəlləsi” sərgi-kompleksi ilə yaxından maraqlanmışlar. Arxeoloji qazıntılar zamanı tapılan 1000-dək maddi-mədəniyyət nümunəsi qapalı şəkildə şüşə piramidalar altında təşkil olunan “Orta əsrlərdə Ağsu şəhərində dəmirçilik”, “XVII-XVIII əsrlərə aid sikkələr”, “Misgərlik və bəzək əşyaları” və sair güşələrdə nümayiş etdirilir.

Sərginin açılış mərasimində iştirak edən AMEA-nın Arxelogiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova, akademiyanın vitse-prezidentləri Nailə Vəlixanlı, Arif Həşimov, AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, iqtisad elimləri doktoru Səlim Müslümov və onlarla digər tanınmış və alim ziyalılarımız abidənin, burada yaradılan muzeyin həm Azərbaycanın orta əsrlər tarixinin öyrənilməsi, həm də arxeoloji turizmin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını bildirmişlər.

Tədqiqatçılar ilkin qazıntılar zamanı aşkar edilmiş XII əsrə aid bir sıra maddi-mədəniyyət nümunələrinə istinad edərək “Xaraba şəhər”in daha qədim yaşayış məskəni olması qənaətindədirlər. Şəhərin ərazi cəhətdən böyüklüyü, ticarət əlaqələri üçün əhəmiyyətli mövqedə yerləşməsi də deyilənləri təsdiq edir. “Xaraba şəhər”in adı da hələ mübahisəlidir. Buranı Ağsu, Yeni Şamaxı, hətta Beyləqan adlandıranlar da vardır. Şübhəsiz, arxeoloji tədqiqatlar hələ tariximizin açılmayan çox-çox səhifələrini üzə çıxaracaqdır.

Bütün bunlara baxmayaraq, indinin özündə belə qısa zaman kəsiyində görülmüş işlər nəticəsində “Xaraba şəhər” nəinki tarixçilərmiz, həm də istər daxili, istərsə də xarici turistlər üçün olduqca maraqlı maddi-mədəniyyət nümunəsi olmağa layiqdir. Hələlik torpaq altında “gizlənən” bu cür tarixi abidələr Azərbaycanda yüzlərlə, minlərlədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın REPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB VİDEO

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanjın ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur - ŞƏRH

DİA-da təlim: Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ər-arvadın əmlakının bölünməsi proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb