İQTİSADİYYAT
Ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 28 mart, AZƏRTAC
Martın 28-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin manat nominallı, AZ0105002551 ISIN kodlu, 728 gün tədavül müddətli, 10 milyon manat həcmində ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 5 investor tərəfindən 11 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 26,550,500.00 manat təşkil edib. Sifarişlər 87.8150 manat (22.9335 faiz) və 100.0200 manat (14.9880 faiz) qiymət intervalında təqdim edilib.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 100.0000 manat (15.0000 faiz) orta ölçülmüş qiyməti 100.0104 manat (14.9937 faiz) olub. Bağlanılmış əqdlər üzrə hesablaşmalar martın 29-da (t+1) həyata keçiriləcək.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 9 498 500 manat təşkil edib. İstiqrazlar 2019-cu il martın 26-da ödəniləcək.