® “Rabitəbank”dan fermerlər üçün xüsusi təkliflər!
Sahibkarların öz bizneslərini rahat şəkildə inkişaf etdirməsinə hər zaman dəstək olan “Rabitəbank” fermer təsərrüfatı ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslər üçün fermer krediti təklif edir. Kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmaq istəyən sahibkarlar Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) və Sahibkarlığın İnkişafı Fondunun (SİF) dəstəyi ilə sərfəli şərtlərlə təqdim edilən güzəştli kreditdən yararlana bilərlər. Belə ki, sahibkarlar kredit ilə bağçılıq, əkinçilik, heyvandarlıq, quşçuluq və digər ailə-kəndli fermer təsərrüfatlarını inkişaf etdirə, eləcə də aqrotexniki qulluq, gübrə və yem alışını edə bilərlər.
- Kreditin məbləği: 100 000 AZN-dək
- Kreditin müddəti: 60 ayadək
- İllik faiz dərəcəsi: 5 faizdən başlayaraq
Qeyd edək ki, fermer krediti barədə ətraflı məlumatı linkə keçid edərək əldə etmək olar: https://rbt.az/fermerkr
Bundan başqa, “Rabitəbank” AKİA ilə birgə aqrar sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslər üçün fermer kredit kartını da təqdim edir. Nağdsız əməliyyatların təşviqi məqsədilə təqdim edilən kart ödənişsizdir və 60 gün güzəşt müddəti ərzində 0 faiz nəzərdə tutulub.
Qeyd edək ki, kartda kredit limiti üzrə məbləğ 15 min AZN-dək, müddət isə 24 ayadəkdir. Fermer kartı biznes təyinatlı istifadə üçün verilir və yalnız aqrar fəaliyyətlə bağlı xərclərin ödənilməsinə, yəni kənd təsərrüfatı təyinatlı əsas vəsait, yardımçı avadanlıq və texnika, yanacaq, gübrə, yem, toxum və ting alınmasına, həmçinin aqro texniki qulluq xərclərinin ödənişlərinin aparılmasına icazə verilir.
Fermer kartından yalnız nağdsız qaydada “TapAgro.az” portalından məhsul alışı zamanı istifadə etmək, bütün yanacaqdoldurma məntəqələrində ayda maksimum 500 AZN olmaqla nağdsız şəkildə ödəniş etmək olar.
Fermer kartı onlayn sifarişlə ödənişsiz qaydada əldə etmək olar: https://rbt.az/fermerk
"Rabitəbank" ASC 16 region və Bakı şəhəri də daxil olmaqla, ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.