Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsmail Ermağan: BTC, TANAP və TAP Avropanın enerji təhlükəsizliyində strateji rol oynayır

İsmail Ermağan: BTC, TANAP və TAP Avropanın enerji təhlükəsizliyində strateji rol oynayır

Bakı, 5 iyun, AZƏRTAC

Enerjinin əhəmiyyəti XXI əsrdə daha da aydın şəkildə ortaya çıxıb. Enerji məsələsi dövlətlərin sənayedən tutmuş ən strateji və kritik sahələrə qədər bütün fəaliyyət istiqamətlərində həlledici rol oynayır. Bakının enerji resurslarının mühüm rolu artıq 150 ildən çoxdur ki, məlumdur. Azərbaycan son dövrlərdə xüsusilə Bakı–Tbilisi–Ceyhan (BTC), TANAP və TAP kimi qlobal layihələrlə enerji arxitekturasında ön plana çıxır, Avrasiya məkanında, – Avropa ilə Asiya arasında, – strateji enerji dəhlizlərinin formalaşmasına mühüm töhfə verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə elmlər doktoru, İstanbul Mədəniyyət Universitetinin professoru İsmail Ermağan deyib.

Onun sözlərinə görə, bu xətlər vasitəsilə həm tranzit ölkə kimi, həm də öz enerji resurslarını qlobal bazarlara inteqrasiya etmək baxımından Türkiyə ilə inkişaf etdirilən əməkdaşlıq enerjinin nəqli, saxlanılması və enerji diplomatiyasının qurulması kontekstində xüsusi strateji əhəmiyyət daşıyır. Bu səbəbdən həm mövcud layihələrin daha geniş şəkildə inkişaf etdirilməsi, həm də ətraf ölkələrin bu şəbəkəyə inteqrasiyası hər iki dövlət üçün mühüm üstünlüklər yaradacaq.

“Xəzər hövzəsi və Bəsrə körfəzinin dünya enerji təchizatındakı yeri hər kəsə məlumdur. Qlobal neft və təbii qaz təchizatının əhəmiyyətli hissəsi məhz bu bölgələrin payına düşür. Belə bir şəraitdə Azərbaycanın və Türkiyənin yalnız mövcud enerji dəhlizləri çərçivəsində deyil, daha geniş regional əməkdaşlıq formatlarında da tərəfdaşlığını inkişaf etdirməsi vacibdir. Bu, həm risklərlə üzləşən Hörmüz boğazına alternativ marşrutların formalaşdırılması, həm də İnkişaf Yolu, Sülh Yolu və Bağdad dəmir yolu kimi layihələrdə qarşılıqlı dəstəyin gücləndirilməsi deməkdir. Belə bir yanaşma həm Şərqi Aralıq dənizi hövzəsində, həm də Xəzərdən Avropaya uzanan enerji marşrutlarında Azərbaycanın və Türkiyənin mövqelərini daha da gücləndirə bilər. Hazırda TANAP-ın və TAP-ın əhəmiyyəti hər kəsə məlumdur. Xəzər enerjisinin Avropaya təhlükəsiz və fasiləsiz daşınması böyük ölçüdə bu layihələrdən asılıdır”, - deyə professor əlavə edib.

İ.Ermağan bildirib ki, Rusiya-Ukrayna müharibəsi də Avropaya mühüm bir reallığı göstərdi: qitə öz enerji təhlükəsizliyini daha etibarlı və şaxələndirilmiş mənbələr hesabına təmin etməlidir. ABŞ müəyyən dövrlərdə bu ehtiyacın bir hissəsini qarşılasa da, uzunmüddətli perspektivdə dayanıqlı həll məhz etibarlı regional tərəfdaşlıqlardan keçir. Bu baxımdan Xəzər regionu və xüsusilə Azərbaycan ön plana çıxır.

“Hazırda yeni imkanlar pəncərəsi açılıb. Əgər Avropanın uzunmüddətli enerji təminatı hazırda geosiyasi gərginliklərin təsiri altında olan Bəsrə körfəzi və Hörmüz boğazından asılı vəziyyətdə qalacaqsa, Azərbaycan və Türkiyə öz potensiallarını yenidən qiymətləndirməlidirlər. Regiondan yeni nəql marşrutlarının formalaşdırılması və lazım gəldikdə digər mənbələrin də bu marşrutlara inteqrasiyası hər iki ölkənin strateji əhəmiyyətini daha da artıracaq.

Azərbaycan şirkətləri Şərqi Aralıq dənizində də fəaliyyət göstərirlər. Hazırda bölgədə formalaşan geosiyasi şərait Türkiyə üçün müəyyən risklər yaratsa da, Türkiyəni regional enerji tənliyindən kənarda saxlamağa yönəlmiş təşəbbüslərin qarşısını ala biləcək yeni imkanlar da meydana çıxır. Belə bir şəraitdə Azərbaycan–Türkiyə tərəfdaşlığı daha səmərəli şəkildə fəaliyyət göstərə bilər. Bakı və Ankara bu yeni geosiyasi imkanları diqqətlə dəyərləndirməli və onları ortaq strateji maraqlara uyğun şəkildə reallaşdırmalıdır”, - deyə professor qeyd edib.

O vurğulayıb ki, Avropanın enerji sahəsindəki tələbatını və mövcud kəsirini nəzərə alsaq, Türkiyə-Azərbaycan strateji əməkdaşlığı bu boşluğun əhəmiyyətli hissəsinin doldurulmasına töhfə verə bilər. “Bu kontekstdə Azərbaycan və Türkiyə yaşıl enerji keçidinə də xüsusi diqqət yetirməlidirlər. Türkiyə Günəş və külək enerjisi sahəsində son illərdə mühüm nailiyyətlər əldə edib və bərpaolunan enerji sektorunda dünyanın aparıcı ölkələrindən birinə çevrilməkdədir. Bu baxımdan hər iki ölkə külək, Günəş və digər alternativ enerji mənbələrinin imkanlarından maksimum istifadə etməklə yaşıl transformasiyanı sürətləndirə bilər. Bu proses nə qədər sürətli, səmərəli və etibarlı həyata keçirilərsə, Azərbaycan və Türkiyənin regional təsir imkanları da bir o qədər artacaq. Eyni zamanda, Avropa kimi böyük iqtisadi və ticarət məkanları ilə münasibətlərdə hər iki ölkənin mövqeləri daha da möhkəmlənəcək. Türk dünyasının iki mühüm dövləti arasında enerji sahəsində əməkdaşlığın dərinləşməsi yeni geosiyasi və iqtisadi imkanların yaranmasına şərait yaradacaq”, - deyə İsmail Ermağan diqqətə çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir