Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb
Bakı, 6 oktyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanı Hörmüz boğazından istifadə etmədən beynəlxalq bazara neft göndərdiyi Şərq-Qərb Boru Kəmərinin (“Petroline”) ötürücülük gücünü gündəlik 5,8 milyon barelə çatdırıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral ehtiyatlar naziri Əbdüləziz bin Salman deyib.
Qeyd edək ki, boru kəməri sentyabrın 10-11-də dronlar tərəfindən hədəfə alınıb və nəticədə təxminən 11 gün bağlı qalıb.
“Petroline” Səudiyyə Ərəbistanının ən vacib xam neft nəqli xətlərindən biridir. Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco” tərəfindən idarə olunan boru kəməri ölkənin şərqindəki Abqaiq bölgəsindən Qırmızı dəniz sahilindəki Yanbu limanına qədər təxminən 1200 kilometr uzanır. Boru kəməri Səudiyyə Ərəbistanına Hörmüz boğazından keçmədən neft nəql etmək üçün Qırmızı dənizə alternativ quru yolu təqdim edir.
Kəmərin ötürücülük gücü gündəlik təxminən 7 milyon barel olaraq qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]
Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq
- 06.10.2026 [17:26]
Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb
- 06.10.2026 [17:04]