Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi  ŞƏRH

Bakı, 6 oktyabr, AZƏRTAC

Vətən müharibəsi Cənubi Qafqazda həm geosiyasi, həm də geoiqtisadi kontekstdə köklü dəyişikliklərə yol açdı. Otuz ilə yaxın davam edən işğala son qoyulması və ardınca suverenliyin ölkə boyu tam bərpa edilməsi lokal bir hərbi toqquşmanın yekunlaşması deyildi. Bu, Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə daha geniş mənada müasir beynəlxalq münasibətlər sistemində əhəmiyyətli presedent yaradan tarixi hadisədir. Eyni zamanda, Azərbaycanın postmüharibə dövründə formalaşdırdığı strategiya qazanılmış hərbi zəfərin diplomatik, institusional, iqtisadi və hüquqi müstəvilərdə möhkəmləndirilməsi üzərində qurulmuşdur. Bu proses beynəlxalq hüququn tələblərinin təmin edilməsindən tutmuş, Cənubi Qafqaz vasitəsilə Avrasiya nəqliyyat xəritələrinin yenidən qurulmasına qədər geniş bir sahəni əhatə edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Bayram Əliyev deyib.

“Postmüharibə dövründə Azərbaycanın xarici siyasətində çoxtərəfli diplomatiya və balanslaşdırılmış tərəfdaşlıqlar sistemi keyfiyyətcə yeni mərhələyə keçdi. Qazanılmış hərbi zəfər ölkənin beynəlxalq platformalardakı nüfuzunu birbaşa yüksəltdi. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təşkilatın soyuq müharibədən sonrakı ən dinamik mərhələsi kimi yadda qaldı. Hərəkat daxilində Parlament Şəbəkəsi və Gənclər Təşkilatının təsis olunması institusional irs yaratdı, bu platforma həm də müharibə və postmüharibə dövründə ölkəyə qarşı birtərəfli qətnamə cəhdlərinin neytrallaşdırılmasında diplomatik sipər funksiyasını yerinə yetirdi. Qarabağın azad edilməsi, eyni zamanda, Türk dünyasının coğrafi və geosiyasi bütövlüyü qarşısındakı maneəni aradan qaldırdı. 2021-ci il Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan münasibətləri hərbi-siyasi müttəfiqlik səviyyəsinə yüksəldildi, Türk Dövlətləri Təşkilatı isə məsləhətləşmə formatından strateji təhlükəsizlik və iqtisadi inteqrasiya blokuna doğru çevrilməyə başladı. Azərbaycan burada Mərkəzi Asiya ilə Qərb arasında təbii geopolitik körpü funksiyasını möhkəmləndirdi”, - deyə ekspert əlavə edib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərin reabilitasiyası və yenidən qurulması klassik postmünaqişə rekonstruksiyalarından fərqli olaraq, kənar donorlardan asılı olmadan, milli resurslar hesabına həyata keçirilən irimiqyaslı modernizasiya təcrübəsidir. Füzuli, Zəngilan və Laçında inşa edilən beynəlxalq hava limanları Qarabağın və Şərqi Zəngəzurun logistik şəbəkəyə sürətli inteqrasiyasını təmin etdi. Ağalı kəndindən başlayan və Şuşa, Füzuli, Laçın, Cəbrayıl, Xocalı və digər məntəqələr üzrə davam edən məskunlaşma siyasəti insan kapitalının qaytarılmasını, dağılmış iqtisadi potensialın ölkənin ümumi daxili məhsuluna daxil edilməsini və regionun ekoloji baxımdan xalis sıfır emissiyalı yaşıl enerji zonasına çevrilməsini hədəfləyir. Bu prosesin digər mühüm geoiqtisadi komponenti isə kommunikasiyaların açılması və beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsidir. Qlobal geosiyasi qütbləşmə fonunda Şimal Nəqliyyat Dəhlizinin riskləri artdıqca, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun, yəni Orta Dəhlizin strateji çəkisi kəskin şəkildə yüksəldi. Bu zəncirin mühüm halqası olan Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən daxili keçid rolunu oynamaqla yanaşı, həm də Çin və Mərkəzi Asiyadan Türkiyə və Avropaya qədər uzanan quru arteriyasıdır. Regional miqyasda qarşılıqlı iqtisadi asılılıq şəbəkəsi yaradan bu cür layihələr yeni münaqişə risklərini minimuma endirir. Eyni zamanda, Cənub Qaz Dəhlizinin genişləndirilməsi və Xəzər dənizindən Avropaya qədər planlaşdırılan yaşıl enerji xətləri Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əsas oyunçulardan birinə çevirib.

“Bu irimiqyaslı bərpa və inteqrasiya prosesinin qarşısında duran ən ciddi humanitar və təhlükəsizlik problemi isə kütləvi minalanma amilidir. Otuzillik işğal dövründə və sonrakı təxribat mərhələlərində ərazilərə basdırılmış bir milyondan artıq mina və partlamamış sursat həyat üçün təhlükə yaratmaqla yanaşı, infrastruktur layihələrinin maya dəyərini artırır və Böyük Qayıdış Proqramının tempini yavaşladır. Ermənistan tərəfinin dəqiq xəritələri təqdim etməkdən yayınması mina problemini gizli müharibə elementinə çevirib. Buna baxmayaraq, Azərbaycanın Minatəmizləmə Agentliyi və tərəfdaş qurumlar vasitəsilə apardığı fəaliyyət, eləcə də humanitar minatəmizləmənin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri sırasına daxil edilməsi təşəbbüsü ölkənin qlobal humanitar gündəliyə praktiki töhfəsidir”, - deyə B.Əliyev vurğulayıb.

Ekspert sonda qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər hərbi qüdrətlə yanaşı, dövlətçilik institutunun bütün elementlərinin, siyasi iradə, iqtisadi dayanıqlıq, milli həmrəylik və çevik diplomatiyanın vahid sistem şəklində fəaliyyətinin məntiqi nəticəsidir. Postmüharibə dövründə formalaşan reallıq göstərir ki, Azərbaycan regionda passiv müşahidəçi deyil, Cənubi Qafqazın yeni təhlükəsizlik, əməkdaşlıq və tranzit arxitekturasını müəyyən edən əsas güc mərkəzidir. Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan yenidənqurma təcrübəsi münaqişədən çıxmış regionların bərpası üçün beynəlxalq miqyasda innovativ model kimi çıxış edir və dayanıqlı regional sülhün təmin olunmasına möhkəm zəmin yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq